GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Soçidə reysə buraxılmayan qazi Moskvadan səfir Bülbüloğlu ilə bir uçaqda gəlib

Soçidə reysə buraxılmayan qazi Moskvadan səfir Bülbüloğlu ilə bir uçaqda gəlib

Tarix: 23-08-2024, 10:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 775


Azərbaycan dövləti öz vətəndaşlarının hüquqlarını qoruyacaqmı?


Bu ilin 13 iyulundan 23-ə kimi mənə qulluq edən həyat yoldaşımla birgə Rusiyanın Soçi şəhərində müalicədə olmuşam. Qayıdan baş ( bu ifadə bir yerdə də yazıla bilər- M. B.) 23.07.2023-cü ildə saat 4-40-da Soçinin Adler aeroportunda registrasiyadanqeydiyyatdan , saat 6-27-də minik prosedurlarından ( pasport, gömrük, sərhəd xidməti ) keçib, 6-40-da minik qapısına yaxınlaşsaq da, saat 7-00 Soçi- Bakı J2 8632 reysinə buraxılmadıq. Qapıda ( ingiliscə gate-“geyt”) dayanan Orta Asiya ( ya özbək, ya qazax...) kökənli qadın və kişi uçaq xidmətçiləri miniyə gecikdiyimizi , ən azı 20 dəqiqə qalmış gəlməli olduğumuzu bildirib açıq qapıdan içəri buraxmadılar. Biz hələ uçuşa 17-18 dəqiqə qaldığını, Soçidə verilən biletin üstündə uçuşa 15 dəqiqə qalmış miniyin yekunlaşdığını bildirsək də, burada qaydaların fərqli olduğunu dedilər. Biz Bakıya minik vaxtının, uçuş qapısının belə elan olunmadığını, gecikmədiyimizi kamera, saat görüntüləri ilə sübut etsək də, rüşvətə, korrupsiyaya bulaşmış ( bu iddiada olmağımız yerlərin verilməsinə rüşvət istəyib, ala bilmədiklərindən birimizə 31A, o birimizə 38C yerinin verilməsindən qaynaqlanır) Soçi aeroportunun Bakıya xidmət edən personalı özbaşınalıqla sübutlarımıza baxmadı. Hətta Azərbaycanın da , RF-nin də qoşulduğu beynəlxalq daşımalarla bağlı 12.10.1929-cu il tarixli Varşava Konvensiyasının (1955, 1971-ci il Haaqa Konvensiyası ilə yenilənib) tələbinə zidd olaraq heç bir akt tərtib etmədən “lotuluqla” geri qaytarıldıq. 

Bizə nə biletin dəyəri qaytarıldı, nə də başqa reyslə yola salındıq. Məcbur olub Bakıdan borc-xərc dördqat baha qiymətə (1616 manata) Aeroflotun Soçi- Moskva- Bakı reysinə bilet aldıq. 23.07.2024-cü il saat 21-30 MoskvaBakı reysində ən qabaqkı oturacaqda hörmətli səfirimiz Polad Bülbüloğlu başıaşağı oturmuşdu. (Başını qaldırsaydı, salam verəcəkdim, onsuz da dərdimizi dinləməyəcəkdi, heç yeri də deyildi)

Gələn kimi birinci növbədə Soçi aeroportuna qarşı Adlerdə təqdim etdiyim yazılı iddianı- pretenziyanı bir daha elektron poçtla (təbii ki, rus dilində) təqdim etdim və bu iddianı-pretenziyanı Azərbaycanın və Rusiya Federasiyasının səfirliklərinə, Ombudsmanlarına, prokurorluqlarına göndərdim. RF-nin Azərbaycandakı səfirliyi anında cavab verdi ki, ilk növbədə uçuşu həyata keçirən daşıyıcıya- Azərbaycan Hava Yollarına qarşı iddia-pretenziya irəli sürülməli və Azərbaycanın Rusiyadakı səfirliyi öz vətəndaşlarının hüquqlarını qorumalıdır. ( bu məktub pretenziya-iddia ilə birlikdə AZAL-a təqdim olunub). Azərbaycanın Rusiyadakı səfirliyindən isə heç bir səs-soraq yoxdur. Bircə Azərbaycan XİN-dən zəng edib, Azərbaycan vətəndaşı olmağımızı sübut edən sənədləri istəyiblər və anında emaillə təqdim olunub.

 Prokurorluğa gəldikdə , burada da RF-nin operativliyi qarşısında Azərbaycanın susqunluğu ortadadır. RF baş prokurorluğunun böyük prokuroru Biryukova Marina Mixaylovna, Cənub Nəqliyyat Prokurorluğunun nəqliyyatda qanunların icrasına nəzarət şöbəsinin rəisi Rüstəm Rəhimoviç Abdullayev rəsmi cavablarla şikayətin qeydə alındığını bildirib, aiddiyatı üzrə göndəriblər.

 Bizim baş prokurorluğun, beynəlxalq əlaqələr idarəsinin rəisi Erkin Əlixanovun, müavini , xanım Samirə Nəcəfzadənin uyğun olaraq [email protected] və [email protected] hökumət elektron poçtları isə hələ də susur. Elə bil heç belə prokurorluq, belə idarə yoxdur. Eləcə də Ombudsman əlil vətəndaşlarının ölkədən qıraqda da(!) pozulmuş hüquqlarına heç bir reaksiya vermir. AZAL-ın Soçidəki nümayəndəliyinin hərəkətsizliyi, Bakıya yalan bilgi verməsi də araşdırma predmetidir. Öncə Bakıya bildirilib ki, guya biz registrasiyaya gecikmişik. Bunun yalan olduğunu, kamera görüntülərinə, sərnişinlərin siyahısına (biz reysə buraxılmamışıqsa, yerlərimiz də boş olmalıdı) baxmağı bildirəndə isə minik qapısında 6-47-də olduğumuz xəbəri verilib. Halbuki başımıza gələnlər və kamera görüntüləri bunu yalanlayır. Bir də lap belə olsun, bəyəm uçuşa 13 dəqiqə qalmayıb? Niyə bir dəqiqəlik vaxtla uçaq salonuna keçməyimizə imkan verilməyib? Bir sual da düşündürücüdür, niyə Bakı reysinə xidmətə azərbaycanlı(lar) qoyulmur ? 

Bəyəm Soçidə azərbaycanlı yoxdur? Azərbaycanlı olsaydı, bəlkə Qarabağ qazisi, əlil, veteranlığımıza görə bizi hüququmuzdan məhrum etməzdi. (Ümumiyyətlə, Bakı reysinə xidmət edənlərin AZAL-ın qaydalarından xəbərsiz olmaları da ciddi pozuntudur). Yeri gəlmişkən, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova da müraciət olunub. Komitə sədri Fuad Muradovun üç çağırış Milli Məclisin üzvü olduğu, Polad Bülbüloğlunun hazırda səfirlikdən imtina edib, deputatlığa namizəd olduğunu vurğulamaqda amacım(ız) nədir? Açıqlamıram, bircə onu demək istəyirəm ki, millətə də belə səfir kimi vəkillik ediləcəksə, vay bu millətin, vətəndaşın hüququna! 


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Soçidə sərnişin təyyarəsi enmə zamanı alışıb, xəsarət alanlar var

    Soçidə sərnişin təyyarəsi enmə zamanı alışıb, ...

    1-09-2018, 11:39

  • 
  • AZAL qeydiyyat qaydalarını sərtləşdirib

    AZAL qeydiyyat qaydalarını sərtləşdirib ...

    5-01-2018, 15:30

  • 
  • Soçi olimpiadasının açılış mərasimi başladı - (Canlı)

    Soçi olimpiadasının açılış mərasimi başladı - ...

    7-02-2014, 20:51

  • 
  • Gəncədə minik maşınları toqquşdu

    Gəncədə minik maşınları toqquşdu ...

    28-09-2015, 19:46

  • 
  • Almanlar: “Braziliyanı 90 dəqiqə ərzində məğlub edəcəyik”

    Almanlar: “Braziliyanı 90 dəqiqə ərzində məğlub ...

    8-07-2014, 17:42


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu