GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Şantajçı direktorun hekayəlik əməlləri — FAKTLAR NƏLƏRİ DEMİR?!

Şantajçı direktorun hekayəlik əməlləri — FAKTLAR NƏLƏRİ DEMİR?!

Tarix: 24-09-2024, 19:10 Bölmə :GündəmXəbər / Manşet Baxış: 417

Azərbaycanın ümumtəhsil müəssisələrində təhsilin keyfiyyəti ilə bağlı aparılan araşdırmaların, mütəxəssis açıqlamalarının nəticələri təəssüf doğurur. Konkret onu demək olur ki, ölkənin 4430 orta ümumtəhsil məktəbinin çoxundakı məlum nöqsan və çatışmazlıqlar, eyni zamanda, şagird nəticələrində müşahidə edilən geriləmələr, üstəlik, idarəçilikdə yaranan xaotik durum təhsil sisteminin yenilənməsi qarşısında ciddi əngələ çevrilib. Elə, bu günlərdə birdən-birə 64 məktəb direktorunun işdən çıxarılmasını da, buna bağlayanlar çox olur. Əsasən onu deyirlər ki, ölkənin orta məktəblərinin idarə olunmasında şəffaflıq təmin edilməlidir. Bu səbəbdən, direktorların dəyişilməsi zərurətə çevrilib. Təhsil prosesi əsasən direktorların və onların ətrafındakıların əllərində cəmləşdiyinə görə, həmin şəxslərin şəffaf və obyektiv olmaları təmin edilməlidir.

Əməlləri xoşagəlməz direktorlardan biri də, indi barəsində danışacağımız Astara şəhərindəki F. Əliyarov adına 6 saylı tam orta məktəbin direktoru
Ülviyyə Bayramovadır. Bu yazı qəhrəmanımızın barəsində danışılanlar bir daha: “Dünya düzələn deyil!”, — deyir: “Hər şey olduğu kimi qalacaq, hər kəs istədiyini edəcək”.

Ülviyyə Bayramova istədiyini edənlərdəndir. Qadın olsa da, onu yaxşı yöndən qələmə verən yoxdur. Rəhbər kürsüsünə əyləşəndən isə, onu pis yöndən xarakterizə edənlər lap çoxdur. Elə, barəsində çox şey danışıldığı üçün də, bu yazı qələmə alınıb.

Keçək əsas mətləbə: Bu direktor istədiyini etməkdən çəkinmədiyi üçün, işçisini pis görüntülər hesabına şantaja məruz qoymaqla, onu “ram edə bilib”. Fakt budur ki, buna görə də, xətrinə dəyən tapılmayıb. Baxın, ölkədə hətta getdikcə çoxalan bıçaqlanma hadisələrinin günahkarları — bıçaqlayanlar mövcud qanunlarımızın tələblərinə uyğun cəzalarını alırlar. Həbsə atılaraq, layiq olduqları mənəvi-psixoloji gərginlik və sıxıntılarla üz-üzə qalır, belə bir sarsıntılar məngənəsində etdiklərinə görə peşimançılıqlarını çəkirlər. Lakin ölümdən betər şantaj əməlləri törədənlər üçün, peşimançılıq anlamı hələ də başa düşülən deyil. Eynən, heç bir ciddi səbəb olmadan işçisinə şər-böhran damğası vurmaqla, onu işindən atan bu direktor kimi. Ən ağrılısı budur ki, törətdiyi bu və bu kimi digər bəd əməlləri mövcud qanunlar çərçivəsində alması mütləq hüquqi qiymət anlamını uzun zamandır gözlədə bilir.

Nə yaxşı ki, ortada heç olmasa ictimai qınaq anlamı qalır — Ülviyyə Bayramova firon direktor kimi özünü tanıtsa da, həyata keçirə bildiyi şantaj əməllərinə görə, layiq olduğu belə bir qınağa tuş gəlib. Konkret desək, ictimaiyyət tərəfindən təsirli qiymətini alandan və kəskin haqlı qınaqlarla üz-üzə qalandan bəri, o, tam olaraq “arzuolunmaz fiqura” çevrilib. Məhz ona görə ki, 6 il öncə “zavuç” olarkən gənc alimimiz, məktəbin psixoloqu, hamının Yunis Dürüst kimi yaxşı tanıdığı ictimai fəal Daşqın Əliyevə qarşı barışmaz bir mövqe nümayiş etdirib. Psixoloq-alimin bu barədə İnstaqram səhifəsində yazdığı statusu oxuyandan sonra, bir daha anlayırsan ki, sən demə, həyat başlı-başına, boşuna deyilmiş. Doğrudan da, hər şeyin kökündə bir hikmət durur.

Elə, buna görə də, heç bir şərhə ehtiyac duymayan həmin statusu diqqətinizə çatdırırıq:

“İbrət yönlü hekayə: “Zavuç” necə rəzil oldu?!

İndi ölkə gündəmini zəbt edən bir məktəb var — bir vaxtlar mən də işləmişəm burada. O vaxtlar Astara şəhərindəki 6 saylı bu tam orta məktəbdə “zavuç” vəzifəsini bir qadın tutmuşdu. Direktordan fərqli şəkildə aqressiv hərəkətlər etməkdən sanki ruh alırdı. Məni işimdən uzaqlaşdırmaq üçün, əleyhimə, birbaşa yox, dolayı üsul və yollarla nələr etmirdi?! Sanki etdiklərindən rahatlıq tapırdı. O, bir mənə qarşı belə deyildi, gözü götürmədiyi çoxlarını belə iyrənc metodlarla gözümçıxdıya salır, başlarına oyun açırdı. Üstünlük verdiyi belə bir qapalı fəaliyyət metodu açıq-aşkar izini də buraxmırdı.

Lakin bir dəfə özünü saxlaya bilmədi və mənə qarşı inanılmaz və gülməli bir ittihamda bulundu: “Bu nədir, sizin dərsinizdə uşaqlar bezdirici səs-küy salırlar!”. Özü də, bunu, kolektiv içində deyirdi! Deyəcəksiniz ki, desin də, burda nə var ki?! Axı, belə deyildi, kənardan onun dediyi sözlər, bəlkə də adi görünə bilər. Lakin onu qeyd edim ki, onun dedikləri açıq-aşkar böhtan idi. Şantaja olmayan belə bir “faktla” əl atmaq istəyirdi. Hamı isə yaxşı bilirdi ki, mən müəllim yox, psixoloq idim. Psixoloq isə, məktəbdə dərs demir, axı!

Düzdür, bəzən mən “zavuçun” heç nəyi veclərinə almayan sevimli müəllim yaxınlarının yerinə dərsə girib, onları əvəz edirdim. Özü də, heç bir təmanna güdmədən, sırf məktəbin nizam-intizamı pozulmasın və uşaqlar koridora tökülüşməsinlər deyə, bunu edirdim. Yəni “zavuçun” və müəllimlərin yükünü belimdə daşıyırdım. Bax, əvəzində aldığım təşəkkür də bu oldu: “Dərsinizdə uşaqlar səs salırlar, səs-küyləri başqa siniflərə geçir, onlara rahatlıq vermirsən!”.

Özüm bu qadına çox layiqli və dramatik motivli bir cavab verə, onu pis duruma sala bilərdim. Lakin özümü saxlaya, necə deyərlər, əsəbimi boğaraq, cilovlaya bildim. Ürəyimdə dedim: “Ulu Tanrım böyükdür, hər şeyi görəndir! Qoy, sənə cavabı Böyük Allahım versin!”.
Doğrudan da, Uca Yaradan hər şeyi görəndir! Çox keçmədən, “zavuç” qadın, direktorla birləşib, məni, “pis maddəylə” işdən çıxarmaqla, istəyini reallaşdıra, az sonra vəzifəsindən qovulan direktorun yerinə keçə, düz 5 il bu məktəbdə maraqlı tryuklar və inanılmaz şoular göstərə bilsə də, etdikləri başına bəlaya çevrildi.
İndi bir günün içində rəzil olub. İstəyinə çatmaq üçün yalandan mənə: “Uşaqlar sənin dərsində səs salır!” — deyən Ülviyyə Bayramovanın törətdiyi bəd əməllər elə bir səs çıxarıb ki, əks-sədası bütün Azərbaycana yayılıb. Çox çəkməz, direktorun qarşısındakı bu qorxu tandeminin rezonansı bu yaxınlarda hamıya məlum olar!..”.

Fərhad MƏMMƏDOV,
Səməndər QURBANOV,
araz.az xəbər portalının xüsusi müxbirləri.

REDAKSİYADAN:

Qeyd edək ki, təhsildə rüsvayçılıq məkanları əsasən orta məktəblərdir. Onlardan biri Saray qəsəbəsində yerləşən Azim Müzəffərov adına 2 saylı tam orta məktəbdir. Bu məktəbdə yaranan anarxiyaya, xoşagəlməz idarəetməyə Elm və Təhsil Nazirliyinin rəhbər şəxsləri də göz yumurlar. Məhz buna görədir ki, məktəb direktoru Səkinə Abbasova istədiyini etməkdən çəkinmir — eynən, Ülviyyə Bayramova kimi! Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeşron – Xızı Regional Təhsil İdarəsinin Abşeron – Xızı rayonları üzrə sektor müdiri Sənan Xəlilov da ona yaxınlıq edirlər deyə, direktor qanunsuz əməllərinə görə məsuliyyətə cəlb olunmur. Deyilənlər barədə araz.az-ın geniş araşdırma yazısını bu yaxınlarda dəyərli oxucularımızın diqqətinə çatdıracağıq.

Məsələ ilə bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq. Saytımızı izləməyi unutmayın.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Orta məktəblərdə pullu təhsil proqramları olacaq

    Orta məktəblərdə pullu təhsil proqramları olacaq ...

    15-11-2018, 15:12

  • 
  • Şəmkir rayonunda orta məktəb direktorlarını aşağılamağın onlayn metodunu tapıblar.

    Şəmkir rayonunda orta məktəb direktorlarını ...

    1-07-2015, 18:58

  • 
  • Azərbaycanın ümumtəhsil məktəblərində tədris ili başa çatıb

    Azərbaycanın ümumtəhsil məktəblərində tədris ili ...

    14-06-2018, 12:13

  • 
  • Bakıda məktəb bağlandı

    Bakıda məktəb bağlandı ...

    16-05-2014, 10:56

  • 
  • Orta məktəblərin buraxılış siniflərində yekun attestasiyaya dair dəyişikliklər açıqlandı

    Orta məktəblərin buraxılış siniflərində yekun ...

    27-05-2013, 11:56


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (268)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu