GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » DÖVLƏTİN ŞƏHİDDƏN QANPULU TƏLƏBİNƏ SON QOYULACAQMI?

DÖVLƏTİN ŞƏHİDDƏN QANPULU TƏLƏBİNƏ SON QOYULACAQMI?

Tarix: 3-10-2024, 11:13 Bölmə :GündəmXəbər / Manşet Baxış: 277


“Əmək pensiyaları haqqında” qanun Qarabağ qazilərinə niyə tətbiq olunmur?


“Hərbi qulluqçuların pensiya təminatı” haqqında 29.04.1992-ci il tarixli qanunun ləğv edilərək , 2006-cı il ildən pensiyaların ödənilməsinin “Əmək pensiyaları haqqında” qanuna uyğun olaraq DSMFə verilməsi hərbi pensiyaçılara ciddi problemlər yaradıb və hələ də bu problemlər çözülmür. Belə görüntü yaranır ki, yeni qanun hərbiçilərə aid deyil. Ən birincisi, qanunun 26.1-ci maddəsinin tələbinə əməl edilməyib. Həmin maddəyə görə , əvvəllər təyin edilmiş pensiyanın ümumi məbləği ( bütün ƏLAVƏLƏR, LƏĞV EDİLMİŞ GÜZƏŞTLƏRİN ƏVƏZİNƏ VERİLƏN KOMPENSASİYALAR və ödəmələrlə birlikdə) dəyişdirilmədən şərti çevrilməsi aparılır. DSMF isə Prezidentin 26.12.2001 tarixli “Kommunal , nəqliyyat və digər xidmətlər üzrə GÜZƏŞTLƏRİN aylıq MÜAVİNƏTLƏRLƏ ƏVƏZ OLUNMASI haqqında” 613 saylı Fərmanı əsasında Qarabağ əlillərinə verilən 26 manatı , Prezidentin 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyadan olan bir sıra vətəndaşlara DÖVLƏT YARDIMININ artırılması haqqında” Sərəncamına əsasən 50000-70000 manat (hazırda 10-14 manat) arası aylıq yardımı kəsib. Və nə bərpa edir, nə də yeni qazilərə (eləcə də şəhid ailələrinə) şamil edir. 

Əmək pensiyasını “Əmək pensiyaları haqqında” qanuna uyğun ödəməyə borclu olan dövlət orqanı 2006-cı ildə qəbul edilmiş “Sosial müavinətlər haqqında” qanunun (11.1.5 maddəsinin) prezident aktlarına qadağa qoyduğunu bildirir . Əsassız əsaslandırma göz önündədir. Birincisi, əmək pensiyaçısına “Sosial müavinətlər haqqında” qanunun tətbiq edilməsi yolverilməzdir; ikincisi , prezident aktlarının adından görünür ki, savaş ƏLİLLƏRİNƏ ləğv edilən güzəştin əvəzinə aylıq müavinət və dövlət yardımı verilməsi qərara alınıb və aktların icrasının tətbiqini qərarlaşdıran NK müavinətlərin pensiya alanlara ödənməsini ƏƏSMN tabeliyində DSMF-in üzərinə qoyub. DSMF yetkililəri isə güzəşt əvəzi kompensasiyanı qanunsuz olaraq və bilərəkdən qadağa amacı ilə “sosial müavinət” kimi sırıyırlar. Halbuki prezident aktı müavinəti ünvanladığı sosial kateqoriyanı konkret göstərir: ƏLİLLİYİ OLAN ŞƏXS! Şəxs əlildirsə, MÜTLƏQ ya ƏMƏK PENSİYASI alır, ya da SOSİAL MÜAVİNƏT. Yəni prezident aktı ilə Qarabağ əlillərinə ayrılan müavinət həm əmək pensiyası , həm də sosial müavinət alanlara nəzərdə tutulub. Bunu anla(t)maq bu qədər çətindir? “Sosial müavinətlər haqqında” qanunun əmək pensiyaçılarına nə aidliyi var? Qarabağ əlillərinə gəldikdə, əmək pensiyası hüququ olmayanlara müəyyən edilən sosial müavinətin məbləği hazırda 270 manatdır və qanunun 5-ci maddəsinə görə, bir neçə sosial müavinət hüququ olanlara müavinətin ən yuxarısı seçilir. DSMF yetkililərinin məntiqindən belə çıxır ki, Qarabağ əlili 270 manatlıq müavinət əvəzinə , on dəfədən də az 26 manatı seçib?! Və indi də əmək pensiyaçısı kateqoriyasına keçdiyindən həmin 26 manatlıq sosial müavinətin verilməsi “Sosial müavinətlər haqqında” qanunun 11.1.5 maddəsi əsasında dayandırılıb ?! Onu da vurğulayaq ki, Prezidentin 29.12.2000 tarixli 597 saylı “ Əlil olmuş və digər kateqoriyadan olan bir sıra vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamında , ümumiyyətlə, “kommunal” sözü yer almır, amma Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial bu aktla ayrılan müavinətin də “kommunal xidmətlərə görə sosial müavinət” adı ilə verilməsinə qadağa qoyub.(?) Görəsən, bu nağıllara nəzarətedici qurumların “rüsum haqqı” nə qədərdir? Bu özbaşınalığa son qoyulmursa, onda qazi, şəhidlərin haqqının , qanpulunun “nəzarət qaydasında” ortaq yeyilməsi şübhələri əsaslıdır. 

Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsini də Prezidentin 23.12.2021 tarixli , 1525 saylı fərmanı ilə hərbi vəzifə maaşlarına müəyyən edilən 20 faizlik əlavəyə uyğun Qarabağ əlillərinə , şəhid ailələrinə, hərbi pensiyaçılara tətbiq etməyib. Bu maddə 13.05.2022 tarixli qanunla ləğv edilib və Filial 2022-ci ildə qəbul edilən qanunu geriyə- 2021-ci il tarixli prezident aktına təbiq edərək 20 faizlik əlavəni hesablamaqdan imtina edir. Halbuki Konstitusiyanın 149-cu maddəsinin Vll hissəsinə görə, qanunun geriyə qüvvəsi yoxdur; yalnız hüquqi və fiziki şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ-hüquqi aktları qüvvəsi geriyə şamil edilir. Filial niyə qazilərin, şəhid ailələrinin durumunu pisləşdirən qanunu geriyə tətbiq edir, anlamaq olmur. Yeri gəlmişkən , həmin 13.05.2022 tarixli qanuna dəyişikliklə “Əmək pensiyaları haqqında” qanuna 37.3.2-1 maddəsi əlavə edilib. Bu maddəyə görə, əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş əlil və şəhid ailələrinin pensiyaları onların ƏRİZƏLƏRİ əsasında 37.3.1 və 37.3.2 maddələrinə əsasən yenidən hesablanır. Qanunda yazılıb ki,yaşa, əlilliyə görə pensiya təyin edilmiş şəxs İŞLƏMƏKDƏ DAVAM EDƏRSƏ, onun pensiya təyin olunduqdan , ..İŞLƏMƏYƏN ƏMƏK PENSİYAÇISI KATEQORİYASINA KEÇDİYİ TARİXƏDƏK olan dövr üzrə toplanan pensiya kapitalına və həmin kateqoriyaya keçdiyi tarixdəki ..sığorta stajına əsasən , əmək pensiyasının sığorta hissəsi AVTOMATLAŞDIRILMIŞ qaydada, Qanunun 20-ci maddəsinə əsasən əmək pensiyasına qulluq stajına görə əlavə təyin edilmiş şəxslərin ,yəni HƏRBİ ƏLİLLƏRİN və ŞƏHİD AİLƏLƏRİNİN pensiyaları isə ƏRİZƏLƏRİ əsasında YENİDƏN HESABLANIR. Qanunverici İŞLƏMƏKDƏ DAVAM EDƏN pensiyaçıların yığılan pensiya kapitalına uyğun pensiyalarının YENİDƏN HESABLANMASINI təsbit edir, pensiyanı yenidən hesablamalı orqan- Filial isə imtina edir ki, pensiyaçı İŞLƏMƏKDƏ DAVAM EDİR.(?) Absurd deyilmi? “İşləməyən əmək pensiyaçısı kateqoriyası” deyildikdə isə yaşa, əliliyə görə, son yaş həddinin nəzərdə tutulması aydındır. Yoxsa, yaşa, əlilliyə görə pensiya təyin olunduqdan sonra İŞLƏMƏKDƏ DAVAM ETMƏYƏ görə pensiya YENİDƏN HESABLANMAZDI. Ümumiyyətlə, qanunvericiliyin tələbləri savaş adamlarına şamil edilmir. Onda bu qanunların qəbul edilməsinə nə ehtiyac var? Yalnız qadağalar tətbiq edilir. Qarabağ əlilləri və şəhid ailərinin ləğv edilən 29.2 maddəsi əsasında əvvəllər tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyinin artımına uyğun pensiyalarının yenidən hesablanmasından imtina, bilirsiniz necə əsaslandırılıb? Orduya yararsız əlil, şəhid hərbçi SIĞORTA HAQQI ÖDƏMİR! GÜLÜNCDÜR, ŞƏHİDDƏN MƏCBURİ SIĞORTA HAQQI ÖDƏMƏK TƏLƏB OLUNUR! (?) Bəyəm şəhid , qazi-əlil canını, qanını verdiyi DÖVLƏTƏ şəhid , əlil olandan sonra QANPULU – SIĞORTA HAQQI ödəməlidir? Dövlət şəhidə qanpulu verməlidir, yoxsa şəhid dövlətə? Yeni tərkibli köhnə Milli Məclis bu absurdluğa son qoyacaqmı? 


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DSMF-in məhkəmə qərarı olmadan pensiyanı azaltması, kəsməsi- özbaşınalıqdır

    DSMF-in məhkəmə qərarı olmadan pensiyanı ...

    18-12-2023, 10:04

  • 
  • Nazirliklər Prezidentin fərmanını , NK-nın qərarını dəyişə bilər?

    Nazirliklər Prezidentin fərmanını NK-nın qərarını ...

    16-03-2022, 09:15

  • 
  • Hökumətin sosial müdafiə, yoxsa sosial mənimsəmə siyasəti

    Hökumətin sosial müdafiə, yoxsa sosial mənimsəmə ...

    18-04-2022, 09:17

  • 
  • Hökumətdən  və  Konstitusiya Məhkəməsindən hərbiçilərə təxribat

    Hökumətdən və Konstitusiya Məhkəməsindən ...

    11-05-2022, 17:24

  • 
  • Qazi və şəhid ailələrinin, hərbi pensiyaçıların daha hansı hüquqları ləğv ediləcək?

    Qazi və şəhid ailələrinin, hərbi pensiyaçıların ...

    25-04-2022, 16:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (363)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu