GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hökumətdən və Konstitusiya Məhkəməsindən hərbiçilərə təxribat

Hökumətdən və Konstitusiya Məhkəməsindən hərbiçilərə təxribat

Tarix: 11-05-2022, 17:24 Bölmə :Cəmiyyət Baxış: 789


“Əmək pensiyaları haqqında” qanun yalnız hərbi pensiyaçıların ziyanına şərh edilib


Dədələrimizin deyimidir, isinmədik istisinə, kor olduq tüstüsünə. Biz də hökumətdən meşədən meyvə yığılması, bulaqdan, quyudan su götürülməsi qadağasından özgə bir diqqət görmədik. Başlıca görəvi qanunun, prezidentin aktlarının  tətbiq edilməsini həyata keçirmək olan Nazirlər Kabineti (NK) gerçəkdə normativ hüquqi aktların icrasına qadağa qoymaqla məşğuldur. Düzdür, mərkəzi icra hakimiyyəti orqanları da qanuna hörmətsizlikdə NK-dan geri qalmır, amma bu orqanların qadağalarının norma olmadığı, özbaşınalıqdan qaynaqlandığı da bəllidir. NK isə. ..

2002-ci ilə kimi Qarabağ əlilləri və veteranları kommunal, nəqliyyat və digər xidmətlərin haqqının ödənilməsindən qanunla azad idilər. Hökumət bu “azadlığı” qazilərə çox gördü və güzəştlərin əvəzinə pul kompensasiyasının ödənilməsi qərara alındı.  Prezidentin 26.12.2001 tarixli 613 saylı “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” fərmanı ilə bu kompensasiyanın məbləği öncə 18 manat, sonra 26 manat müəyyən edildi və. ..çox keçmədən unuduldu. Nə xidmət haqlarının artırılmasına uyğun indeksasiya həyata keçirildi, nə də ümumiyyətlə verilməsi. Qazilər xidmət haqqından azadolma  əvəzinə müavinətlə təmin olunma  hüquqlarını məhkəmə yolu ilə də əldə edə bilmədilər. Dəhşətdir, (bir çox hallarda) MƏHKƏMƏ HAKİMİYYƏTİ NK QƏRARININ PREZİDENT FƏRMANINDAN ÜSTÜN OLDUĞUNU QƏRARLAŞDIRIB! (?) Hələ də NK fərmanın tətbiq edilməsini pensiya ödəyən quruma məcbur etmir. Elə Prezidentin 29.12.2000 tarixli 597 saylı “Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında” Sərəncamının icrasını da eləcə. NK özünün qəbul etdiyi 09.01.2013 tarixli ərzaq payı normasının ikiqat artırılması haqqında qərarının icrasını da onuncu ildir təmin etməkdən imtina edir. Bu məsələdə, sosial xidmət göstərilməsində olduğu kimi, ikitirəlikdir : hərbi qurumlar Xüsusi Şərtlərlə Təyinat Mərkəzini , Mərkəz hərbi qurumları nişan verir. 

Qarabağ zəfərindən sonra da  hökumətin Azərbaycan Respublikası Silahlı Qüvvələrinə qarşı təxribat xarakterli aktları sürür. Təsəvvür edin, Prezidentin 23.12.2021 tarixli 1525 saylı fərmanı ilə hərbi qulluqçuların vəzifə maaşlarına aylıq 20 faizlik əlavəyə uyğun olaraq  hərbçilərin pensiyası “Əmək pensiyaları haqqında” qanunun 29. 2 maddəsinə əsasən yenidən hesablanmır. ƏƏSMN tabeliyində DSMF-in Xüsusi Şərtlərlə Təyinat Mərkəzi bunu Konstitusiya Məhkəməsinin 15.05.2020 tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun  1.0.1, 1.02, 1.0.5 və 20.14-cü maddələrinin  şərh edilməsinə dair” qərarı ilə əsaslandırır. İstənilən şərhin qanundan üstün ola bilməzliyini, “Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsində bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına əlavə almaq hüququ olan şəxslərin tutduğu vəzifələr üzrə əməkhaqqılarının – təminat xərcliyinin  SONRADAN artırıldıqda pensiyanın da  bu artıma uyğun olaraq yenidən hesablanmalı olmasını bir qırağa qoyub, hərbi pensiyaçılara ayrı-seçkiliyi diqqətə çatdıraq. 

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Konstitusiyanın 130-cu maddəsinin IV hissəsinə əsasən Konstitusiya Məhkəməsinə məhz hərbi qulluqçuların pensiyalarının hesablandığı 20.14 -cü maddənin şərh edilməsinə sorğu göndərməsi və “qadağa istəyi”nə nail olması silahlı güclərə təxribatdan özgə bir şey deyil! Plenum qərara alıb ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1 , 1.0.2,  1.0.5, 9.5 və 20.14 maddələri əsasında şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən əlavələr nəzərə alına bilməz. Xüsusi Şərtlərlə Təyinat Mərkəzi də bu şərhi Konstitusiyanın özündən də üstün tutub, yalnız hərbi qulluqçuların pensiyalarının artırılmasını gerçəkləşdirmir. NK və Kostitusiya Məhkəməsi “Əmək pensiyaları haqqında” Qanunun 29.2 maddəsindən özgə onu da unudurlar ki, hərbi qulluqçuların sığortaçısı  dövlətin özüdür ! Eyni zamanda, niyə yalnız 20.14 maddəsinə əsasən pensiya hesablanan hərbi qulluqçulara “sonrakı artımlar” şərh edilir”? Şərhlə pensiyanı artırmaqdan imtina yaxşı şeydirsə, elə hökumət üzvlərinə, deputatlara, hakimlərə, prokurorluq, ədliyyə, fövqəladə hallar orqanlarına aid olan digər  20-ci maddə “pensiyalarına” da şərh verilsin də! Hökumət Qarabağı 44 günə alan Azərbaycan Silahlı Qüvvələrindən nə pislik görüb ki, fikri – zikri onların təminatına “badalaq” gəlməkdir? Belə çıxır, sabah Şuşanı dişi – dırnağı ilə fəth edən döyüşçülər pensiyaya çıxanda təminatları sonradan artırılmayacaq ? “Əlavə”nin artımı şərtləndirməyi” iddia edilərək  FATEHLƏRİN PENSİYALARI “ƏMƏK PENSİYALARI HAQQINDA” QANUNUN 29.2 MADDƏSİNƏ ƏSASƏN YENİDƏN HESABLANMAYACAQ? 

NK “Əmək pensiyaları haqqında” Qanunun 29.2 maddəsinə hansı ŞƏRHİ sifariş verəcək? 


Məğrur Bədəlsoy

GundemXeber.Az


 P. S. Az qala yaddan çıxmışdı, müharibə əlillərinin pensiyaları “Əmək pensiyaları haqqında” qanunun  20.16 -cı,  şəhid ailələrinin pensiyaları 20.17 -ci maddələrinə əsasən hesablanır. Yəni istənilən halda Qarabağ əlilləri və şəhid ailələrinin pensiyalarının yenidən hesablanması hər bir şərhdən qorunur!


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qazi və şəhid ailələrinin, hərbi pensiyaçıların daha hansı hüquqları ləğv ediləcək?

    Qazi və şəhid ailələrinin, hərbi pensiyaçıların ...

    25-04-2022, 16:49

  • 
  • Prezidentdən yeni Sərəncam

    Prezidentdən yeni Sərəncam ...

    8-02-2015, 12:49

  • 
  • İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər haqqında fərman imzaladı

    İlham Əliyev Vergi Məcəlləsində dəyişikliklər ...

    10-01-2015, 21:16

  • 
  • "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna dəyişiklik edildi

    "Əməliyyat-axtarış fəaliyyəti haqqında" ...

    11-02-2014, 01:49

  • 
  • “Veteranlar haqqında” qanuna əlavələr və dəyişikliklər edildi

    “Veteranlar haqqında” qanuna əlavələr və ...

    8-02-2015, 12:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu