GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qazinin pensiyasını yeyən XŞTMF-nin direktoru Şahin Əliyevin və müavini Eldar Qurbanovun cinayət işi Ali Məhkəmədə

Qazinin pensiyasını yeyən XŞTMF-nin direktoru Şahin Əliyevin və müavini Eldar Qurbanovun cinayət işi Ali Məhkəmədə

Tarix: 9-10-2024, 18:26 Bölmə :GündəmXəbər / Manşet Baxış: 835


Xüsusi ittihamlı şikayətə 22 yanvar 2025-ci ildə baxılacaq


Pensiya sistemində özbaşınalıq, hərbi əlillərin, qazilərin pensiyalarının mənimsəmə amacı ilə düzgün hesablanmaması , özəlliklə, ZƏFƏRlə bitən savaşdan sonra daha da qərəzlə sürdürülür. Qərəzli sosial təminat , müdafiə xidmətinə baxın, qanunun ləğv edilməsi ilə pensiyaların azaldılması geriyə tətbiq olunur, hətta məhkəmə qərarlarını sıradan məmur ləğv edərək pensiyalara əlavə olunan vəsait mənimsənilir. Belə sosial təminatın Konstitusiyaya zidd olmasına, birbaşa cinayət məsuliyyəti yaratmasına baxmayaraq, nə prokurorluq, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti, nə Ombudsman, nə hökumətin, dövlətin özü özbaşınalığa son qoyur. 

Hərə öz payını alıb susur. Məhkəməyə gəldikdə, məhkəmə dövlətin adından çıxardığı qərarının icrasını belə təmin etdirə bilmir, daha düzü, etmək istəmir.Bu sətirlərin yazarının pensiyasının düzgün hesablanmamasından şikayətinə cavab olaraq DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının ( XŞTMF) direktoru Şahin Əliyev 26.01.2023-cü il tarixli, müavini Eldar Qurbanov 22.02.2023 tarixli məktubla pensiyanın məhkəmə qərarı ilə əlavə olunan 110 manatla birgə 1112,44 manat olduğunu, 30 gün ərzində məhkəməyə müraciət etməyi bildiriblər. Mart ayında Bakı İnzibati Məhkəməsi iddianı icraata götürüb, cavabdeh XŞTMF 01.04.2023-cü ildən pensiyaya məhkəmə qərarı ilə əlavə olunan 110 manatı özbaşınalıqla , qərəzlə kəsərək , artırmaq əvəzinə 139 manat azaldıb 973,65 manata salıb. Düz 18 aydır bu mənimsəmə cinayətinə qiymət verilmir.

 Əksinə, 1-ci dərəcəli Qarabağ qazisinə qulluq edən həyat yoldaşının pensiyası da azaldılıb. Prokurorluğun “dişsizliyi” , 161-ə , 961-ə yüzlərlə, məktubla minə yaxın şikayətlərə qanuna uyğun baxmaması Qarabağ qazisini xüsusi ittiham qaydasında şikayət verməyə vadar edib. Hər iki aşağı instansiya Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 302.1.5 , 302.2.2 maddələrinə əsasən xüsusi ittiham qaydasında verilmiş şikayət ictimai və ya ictimai-xüsusi ittiham qaydasında araşdırılmalı olduğundan İSTİNTAQ AİDİYYATI üzrə göndərilməsinə qərar verməli olduğu halda, bunu etməyib. Heç Ali Məhkəmə Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21.02.2014 tarixli Qərarının 13-cü bəndinə də əməl edilməyib. Həmin bənddə yazılıb ki, şikayətdə ictimai və ya ictimai xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan cinayətlər haqqında məlumat olduqda məhkəmə hazırlıq iclasının qərarı ilə CPM-in 207.6-cı maddəsinə əsasən onda olan bütün məlumatları DƏRHAL BAXILMASI üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən PROKURORA göndərir.

Pensiyasından, ailəsinin təminatından məhrum edilən , əlilliyinin alınacağı ilə şantaj edilən Qarabağ qazisinin şikayəti hazırda Ali Məhkəmənin icraatındadır. Cinayət işinə baxılması 22 yanvar 2025-ci ilə təyin edilib.

Məğrur Bədəlsoy



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DSMF-in pensiya təminatı orqanlarının məhkəmə dələduzluğu 9 aydır sürür

    DSMF-in pensiya təminatı orqanlarının məhkəmə ...

    28-11-2023, 20:36

  • 
  • DSMF-in məhkəmə qərarı olmadan pensiyanı azaltması, kəsməsi- özbaşınalıqdır

    DSMF-in məhkəmə qərarı olmadan pensiyanı ...

    18-12-2023, 10:04

  • 
  • “Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə tətbiq olunmur

    “Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə ...

    2-11-2023, 12:30

  • 
  • Baş prokurorluğun şikayətlərə qadağasının yeni metodu

    Baş prokurorluğun şikayətlərə qadağasının yeni ...

    29-12-2023, 19:54

  • 
  • ATA DÖVLƏTİN , ANA VƏTƏNİN pensiyaçılara ayırdığı ALİMENTİ araçı fond filialı yeyir

    ATA DÖVLƏTİN ANA VƏTƏNİN pensiyaçılara ayırdığı ...

    4-09-2023, 21:49


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (372)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu