GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə tətbiq olunmur

“Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə tətbiq olunmur

Tarix: 2-11-2023, 12:30 Bölmə :Cəmiyyət Baxış: 316

Dövlətin sosial müdafiə siyasəti – korrupsiyanın caynağında


Sosial müdafiə qurumlarının, pensiyaçıların , necə deyərlər, masaüstü kitabının “Əmək pensiyaları haqqında” qanun olması adından bəlli edir. 17 ildir qüvvədə olan bu normativ hüquqi aktın tətbiqi və icrası məcburi olsa da, ƏƏSMN, tabeliyindəki qurumlar qanun maddələrini ləğv edildikdən sonra “tətbiq edirlər”. Özü də pensiyaçıların durumunu pisləşdirən qanunu geriyə şamil etməklə. Halbuki dövlətin ən yüksək hüquqi və birbaşa qüvvəyə malik olan qanununun – Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə görə, qanunun geriyə qüvvəsi yoxdur; yalnız fiziki və hüquqi şəxslərin vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların geriyə qüvvəsi var.

“Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi ilə 1-ci dərəcəli Qarabağ əlillərinə 110 manat, 2-ci dərəcəlilərə 77 manat, 3-cü dərəcəlilərə 55 manat  aylıq əlavə nəzərdə tutulurdu. Qanunun qüvvədə olduğu 15 il müddətində pensiya orqanı bu maddəni tətbiq etməyi “unutdu”; nə Maliyyə Nazirliyi, nə Hesablama Palatası, nə prokurorluq, nə də ali dövlət hakimiyyəti orqanları “unutqanlığa” qiymət verdi. Sadəcə, hərə əlil-qazilərin yardımından öz haqqını götürüb susdu. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qanunu yalnız 17 il sonra  1-ci dərəcəli Qarabağ əlilinin məhkəmə qaydasında haqq etdiyi 110 manatı 6 ildən sonra kəsməklə “yad edib”. Qazilərin pensiyasına yad ilgiyə baxın, Filial dövlətin adından çıxarılan məhkəmə qərarını qanunun 2021-ci ildən ləğv etdiyini - qanunu qəbul etmiş hakimiyyət orqanına, məhkəmə qərarını qəbul etmiş məhkəməyə, dövlətin ali icra hakimiyyəti orqanına da sırıyır !(?) Və dövlət hakimiyyəti orqanları da dövlətin əsas qanununa hörmətsizliyi dövlət aktı kimi qəbul edirlər.(?) Bəs Konstitusiyanın 149-cu maddəsinin VII hissəsi necə olsun, axı əlilin vəziyyətini 110 manat pisləşdirən qanun 15 il qabağa necə şamil edilir? Dövlət orqanları əlillərə münasibətdə qanunun geriyə qüvvəsinin olduğunu bildirirlər. Şəxsən Prezident Administrasiyasında bu “qüvvə”nin qüvvəsini” izah ediblər. 

Pensiya qanununun 29.2 maddəsi əsasında hərbi qulluqçu əlillərin, şəhid ailələrinin əvvəllər tutmuş olduqları vəzifələr üzrə təminat xərcliyi artırıldıqda, onların pensiyaları bu artıma uyğun yenidən hesablanırdı. Bu maddə 05.11.2022 tarixli “diqqət və qayğı” qanunu ilə ləğv edildi ki, hərbi xidmətə yararsız əlil, dünyasını cənnətə dəyişən şəhid dövlətə məcburi sığorta haqqı ödəmir.(?) Belə hökumətdən, belə dövlət sosial siyasətindən kim inciyər? Şəhiddən məcburi sığorta haqqı tələb edilir!(?) Bu maddə 2023-cü ildən qüvvəyə minsə də, yenə də DSMF, yanındakı pensiya orqanları qanunu geriyə şamil edərək Prezidentin 23.12.2021 tarixli, 1525 saylı hərbçilərin maaşlarına 20 faizlik əlavənin 29.2 maddəsinə əsasən yenidən hesablanmalı olmasına qadağa qoyublar. 

“Əmək pensiyaları haqqında” qanuna 05.05.2022 tarixli qanunla əlavə edilən 37.3.2-1 maddəsinin tətbiqi də gerçəkləşmir. DSMF-in Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yenə də qanunu qərəzə, cibinə uyğun izah edir. Sözügedən maddədə yazılıb ki, qanunun 20-ci maddəsi əsasında qulluq stajına görə pensiyalarına əlavə alan şəxslər – Qarabağ qaziləri, əlilləri, şəhid ailələri bu kateqoriyaya aiddir- əlilliyə , yaşa görə işləməyən əmək pensiyası kateqoriyasına keçdikdən sonra işləməkdə davam edərlərsə,müraciətləri əsasında pensiyaları yığılan sığorta kapitalına uyğun yenidən hesablanır. DSMF-in sözügedən filialı isə qazi müraciətinə imtina cavabı verir ki, qazi işləməkdə davam edir.(?) Əlavə izaha ehtiyac varmı? Qanun əlilliyə görə işləməyən kateqoriyaya keçənlərin sonradan işlərini davam etdirmələrinə görə pensiyanın artırılmasını təsbit edir, Filial isə bundan imtina edir ki, iş davam etdirilir.(?) Absurd əsaslanma deyilmi? Məhkəməyə müraciətlərə də sosial yardım gücü ilə qadağa qoyulub. Məhkəmə qərarını özbaşına ləğv edən sosial müdafiə sistemindən nəsə gözləmək də yersizdir. Ölkədə qanun, Konstitusiya, məhkəmə qüvvədə deyil, qüvvədə olan rüşvət, korrupsiyadır. Gerçəkdə dövlətin sosial müdafiə siyasəti, məhkəmə hüquq sistemi korrupsiyanın girovluğundadır.

Hələ ki, pensiya təminatı, sosial müdafiə siyasətində qanun, Konstitusiya yox, məmur qərəzi, “cib düşgünlüyü” qüvvədədir. Bu qüvvə geriyə də şamil olunur. Haçanacan?


Məğrur Bədəlsoy

Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 44 günün doğma, son 3 ilin yad-ögey oğulları

    44 günün doğma, son 3 ilin yad-ögey oğulları ...

    19-08-2023, 16:18

  • 
  • Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi absurddur

    Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi ...

    26-09-2023, 15:01

  • 
  • Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə qanun tanıyır , nə Konstitusiya

    Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial nə ...

    18-07-2023, 08:32

  • 
  • Bir qrup müəllim Emin Əmrullayevdən Prezidentə şikayət edib

    Bir qrup müəllim Emin Əmrullayevdən Prezidentə ...

    25-08-2022, 10:39

  • 
  • Prezident əmək pensiyalarının artırılmasını nəzərdə tutan qanunu TƏSDİQLƏDİ

    Prezident əmək pensiyalarının artırılmasını ...

    28-02-2019, 11:17


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu