GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər

COP29 günlərində Bakıda “yaşıl soyqırım” - Nərimanov sakinləri icra hakimiyyətini və tikinti şirkətini ittiham edirlər

Tarix: 19-11-2024, 16:44 Bölmə :GündəmXəbər / Manşet Baxış: 266

bitmap-img6


“Nərimanov rayon İcra Hakimiyyəti və “GOLD RESİDENCE” MMC Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) sərəncamı ilə üzərlərinə qoyulmuş öhdəlikləri yerinə yetirməkdən imtina edir”.

Gundemxeber.az bildirir ki, bu barədə rayonun bir qrup sakininin “AzPolitika”-ya müraciətində deyilir. Şikayətçilər bildirirlər ki, BŞİH-in 26 yanvar 2024-cü il tarixli, 11 nömrəli Sərəncamı ilə Fətəli Xan Xoyski prospekti 128, 130 və Əhməd Rəcəbli küçəsi 5B ünvanlarında yerləşən 1.178 ha torpaq sahəsi mülkiyyətçilərin razılığı əsasında çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün “GOLD RESİDENCE” MMC-nin istifadəsinə verilib.
Qeyd olunur ki, sərəncama əsasən, sahənin zəbt olunmasının, yaşıllıqların məhv edilməsinin qarşısının alınması sifarişçiyə tapşırılıb və sözügedən bəndlərin yerinə yetirilməməsi sərəncamın ləğvinə əsas olmalıdır. Sakinlər bildirirlər ki, sərəncamın icrasına nəzarət isə Nərimanov rayon İcra Hakimiyyətinə həvalə edilib, lakin nə “GOLD RESİDENCE” MMC, nə də ki, İcra hakimiyyəti üzərlərinə qoyulan tapşırıqları icra etmirlər:
“Belə ki, bu sərəncamdan sui-istifadə edən “GOLD RESİDENCE” MMC 1,178 ha əvəzinə 3 hektara yaxın ərazini qanunsuz olaraq hasara alıb. Fətəli Xan Xoyski prospekti 128 və 130 nömrəli yataqxana binaları və Əhməd Rəcəbli küçəsi 5B ünvanında yerləşən binanın söküntüsü üçün oradakı mənzil və obyekt sahibləri ilə qarşılıqlı razılıq əsasında məsələləri həll etmək əvəzinə, onları aldadaraq, hədə-qorxu qələrək, şantaj və ya digər qanunsuz vasitələrdən istifadə edərək özünə sərf edən ucuz qiymətlərlə əldə edib. Bir neçə mənzil və obyekt sahibinin MMC ilə razılaşmamasına və hazırda həmin binalarda yaşamalarına baxmayaraq MMC onlara qanunsuz təsir göstərərək söküntü işlərinə başlayıb. Binaları kommunal xidmətlərdən ayıraraq, sakinləri susuz, qazsız qoyublar. 
Sərəncamda göstərilən əraziyə daxil olmayan, Aşıq Molla Cümə küçəsi 28 nömrəli binanın həyətində yerləşən daş qarajlara da göz dikən MMC-nin rəhbərləri bəzi qaraj sahiblərini aldatmağa nail olaraq ucuz qiymətə alıb, bəzilərini isə sahibləri ilə razılaşmadan, onlardan xəbərsiz gecə ilə sökərək, mülk sahiblərinə külli miqdarda zərər vurublar. Çox təəsüf ki, polis və digər aidiyyəti dövlət orqanları həmin mülk sahiblərinin haqlı şikayətlərinə baxmır, lazımi tədbir görmürlər”, - deyə müraciətdə qeyd olunur.

Müraciət müəllifləri onu da bildirirlər ki, bu qanunsuzluqlardan başqa “GOLD RESİDENCE” MMC ərazidə “yaşıl terror” da törədir: “Belə ki, BİŞH-nin Sərəncamında göstərilən əraziyə daxil olmayan Aşıq Molla Cümə küçəsi 28 nömrəli binanın Fətəli Xan Xoyski prospektinə baxan yan tərəfində salınmış yaşıllıq ərazisinə göz dikən MMC sahibləri prospekt boyunca «Gloriya» gül dükanınadək ərazini qanunsuz olaraq hasara alıb. Lakin BİŞH və Nərimanov rayon İcra Hakimiyyəti nədənsə bu qanunsuzluğa göz yumurlar. 1992-ci ildə bina sakinləri tərəfindən salınmış həmin yaşıllığa əvvəlki icra başçıları dəstək verib, Hacıbala Abutalıbov isə 2002-ci ildə zeytun ağacı hədiyyə etmişdi. Bina sakinlərinin müraciətinə əsasən, həmin yaşıllıq ərazisindəki 70-dən çox ağac Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq qeydiyyata alınıb, qorunub-saxlanılması Nərimanov rayon İcra Hakimiyyətinə və Yaşıllaşdırma İdarəsinə həvalə edilib”.

Sakinlər vurğulayırlar ki, buna baxmayaraq, “GOLD RESİDENCE” MMC-nin rəhbərləri müxtəlif əsassız bəhanələrlə həmin yaşıllığı məhv etməyə çalışırlar. Qeyd olunur ki, özünü MMC-nin direktoru kimi təqdim edən Elnur Hüseynovun bina sakinlərinə verdiyi məlumata əsasən, yaşıllığı söküb yerinə svaylar vurulacaq ki, 9 mərtəbəli yaşayış binası sürüşməsin. “Danışığından mühəndis ixtisasına malik olmadığı hiss olunan, amma çoxmərtəbəli bina inşa etməyə hazırlaşan Elnur Hüseynov sakinləri belə gülməli sözlərlə aldatmağa çalışıb yaşıllığı ələ keçirməyə hazırlaşır”, - müəlliflər bildirirlər.
Sakinlərin sözlərinə görə, Aşıq Molla Cümə küçəsindəki 28 nömrəli bina və ətrafdakı binaların ərazisində başqa yaşıllıq ərazisi və sakinlərin asudə vaxtını keçirməyə digər yerlər yoxdur: “Bu yaşıllıq zonası sanki dəmir-betondan ibarət bir okeanda adadır. Bunu qoruyub saxlamaq hər bir vətəndaşın və dövlət qulluqçusunun borcudur. Ümummilli Lider Heydər Əliyev deyirdi ki, «Bakıda bir ağacı əkib böyütmək bir övladı böyütməyə bərabərdir, çünki Bakıda ağac əkmək çətindir. Hesab edin ki, bir ağac kəsən mənim qollarımı kəsir". “GOLD RESİDENCE” MMC-nin rəhbərləri çox güman ki, Ulu Öndərin bu sözlərini unudub, Prezident İlham Əliyevin bu barədə göstərişlərini isə ümumiyyətlə veclərinə belə almırlar”.
Müəlliflər hesab edirlər ki, qeyd olunanlara görə BŞİH-in 26 yanvar 2024-cü il tarixli 11 nömrəli Sərəncamı ləğv olunmalı, aidiyyəti dövlət qurumları qanunsuzluğu törədənlər barədə ölçü götürməli, həmin yaşıllığın qorunub-saxlanılması üçün müvafiq tədbirləri həyata keçirməlidirlər.


GUNDEMXEBER.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gold Residence“ Nərimanov sakinlərini mühasirədə saxlayır - ŞİKAYƏT

    “Gold Residence“ Nərimanov sakinlərini mühasirədə ...

    26-08-2024, 13:27

  • 
  • Abutalıbovun şirkəti ev yıxır

    Abutalıbovun şirkəti ev yıxır ...

    12-02-2013, 11:00

  • 
  • Bakı Şəhər Prokurorluğunun və BŞİH-in nümayəndələrindən ibarət qrup “Lifttəmir”də yoxlamalara başlayıb

    Bakı Şəhər Prokurorluğunun və BŞİH-in ...

    4-10-2018, 11:39

  • 
  • Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri azaldılır

    Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri ...

    15-03-2016, 13:08

  • 
  • Bakıda 16 mərtəbəli yaşayış binasının icazəsiz tikintisi dayandırıldı

    Bakıda 16 mərtəbəli yaşayış binasının icazəsiz ...

    20-06-2018, 11:23


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu