Sözügedən bank, kampaniya çərçivəsində, 31 oktyabra qədər “Xalqkart” plastik kartlarının pulsuz təqdim ediləcəyini, sosial şəbəkə hesablarından elan etmiş, lakin dediyini etməmişdir. Belə ki, oktyabrın 31-i tarixində linkə daxil olaraq, müvafiq blankları doldurub, sifarişi təsdiqləməyə çalışanlar, kartın ÖDƏNİŞLİ (!) olduğunu görmüşlər!
Başqa sözlə, qosqoca bank, vədinə sadiq qalmamış, kampaniyanı vaxtından tez bitirmiş və hətta, bununla bağlı rəsmi açıqlama belə, verməyə ehtiyac duymamışdır!
Sifarişi ləğv olunan və etiraz edən müştərilərə isə bank, “limit bitibdir”, "qərar belədir" deyə absurd "izahlar" vermişdir.
Bu isə, aşkar şəkildə müştəri və vətəndaş haqlarının pozulması, bankın saxtakarlıq etməsi anlamına gəlir. Çünki, bu, ən azından, sifariş prosesinə və blankın doldurulmasına dəqiqələrlə vaxt və enerji ayıran insanlara hörmətsizlikdir!
Üstəlik də, sanki elə belə də olmalıymış davranan sözügedən bank qurumunun, etibar və məsuliyyət şkalasını da müəyyən edən bir parometrdir.
P.S. Qeyd edək ki, Mərkəzi Bank, hələki bu anormallığa reaksiya bildirməyib. Görünür ki, ya bankları yetərincə izləmirlər, ya da çoxlu sayda müştərinin durub təzədən vaxt ayırıb, şikayət ərizəsi yazmalarını gözləyirlər!
Yazıda adıçəkilən bankın rəsmi şəxslərinin də mövqeyini dinləməyə hazırıq.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?