Bank Respublika ötən il sosial şəbəkəyə natamam reklam elanı yerləşdirib.
Bankın reklamlarında əks olunan məlumata əsasən, nağd kredit almaq istəyən müştərilər üçün minimum əmək haqqı tələbi ləğv olunub. Aksiyaya qədər bankdan kredit əldə etmək istəyən müştərilər ən az 350 manat rəsmi əmək haqqı aldıqları barədə sənəd təqdim etməli idilər.
gundemxeber.az "Ölkə.Az"a istinadla xəbər verir ki, “Kredit şərtləri daha yüngül oldu!” adı altında başlayan aksiyanın reklamlarında əks olunan məlumatlar ilə bankın müştəri xidmətləri razılaşmır.
Reklamda bildirilir ki, kredit üzrə illik faiz dərəcəsi 2% endirilərək indi 26%-dən başlayır. Həmçinin, 5 000 AZN-dәk nağd kredit zaminsiz verilә bilәr. 2% -lik endirim, yalnız əmək haqqını bankın plastik kartı ilə alan müştərilərə aiddir. Əmək haqqını bankın plastik kartı ilə almayan müştərilərə (qeyri-müştərilər) 2 000 manata qədər 29%, 2 000 manatdan sonra isə 28% illik faiz dərəcəsi tətbiq edilir. Bundan başqa reklamda 5 000 manatadək nağd kredit zaminsiz verilә bilәr məlumatı da ətraflı izah edilməyib.
Müştəri xidmətlərinin verdiyi məlumata görə, 1 000 manatadək alınan kreditlər zaminsiz verilməsi məsələsinə baxıla bilər. Yəni, buna da mütəxəssis qərar verəcək.
Reklamında minimal əmək haqqı tələbini ləğv edən bank, müştərinin nə qədər kredit almasının əmək haqqından asılı olduğunu bildirir.
Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanununun 18.0.5. maddəsi malların (xidmətlərin, işlərin) mənşəyi, kəmiyyəti və keyfiyyəti, yararlılıq müddəti, satış şərtləri, qiyməti barədə yalan və (və ya) natamam məlumatlar verməklə, yaxud yolverilməz reklam vasitəsilə satıcılar və (və ya) reklamçılar tərəfindən istehlakçıların (istifadəçilərin) aldadılmasının qarşısının alınması, bankın sözügedən reklamında natamam reklam verməsinə icazə vermir. Bundan başqa reklam haqqında qanunun 4.2. maddəsində qeyd olunub ki, reklam əmtəə istehlakçılarının seçimini stimullaşdırmalı, onları aldatmamalı və çaşqınlıq hissi yaratmamalıdır. Xəbərin başlığı çaşqınlıq hissi yaradır. İstehlakçılar bankdan hansısa aksiya çərçivəsində hədiyyə qazanacaqlarını düşünə bilərlər.
Ətraflı məlumat üçün daxil olunan linkdə isə "Yeni İl ərəfəsində Bank Respublikadan nağd kredit alanlara 150 manatadək xüsusi həddiyə kartları təqdim olunacaq . Hədiyyə olunan məbləği həmin müştərilər partnyor şəbəkəsində xərcləyə biləcəklər.
Kredit məbləğindən asılı olaraq, hədiyyə kartları 20, 50, 100 və 150 manat civarında nəzərdə tutulub. Bayram kampaniyasına əsasən, "Kampaniya Dekabrın 18-dən – 15 Yanvar 2018-ci il tarixinədək davam edəcək" məlumatları yerləşdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?