Ağsu rayonu, Yenilik kənd sakini Fərzəliyev Natiq Aslan oğlunun yol polisinin İlkin və Rais adlı əməkdaşlarının şərləmə ilə ondan rüşvət alması faktına hələ də qiymət verilmir. Uşaq çağından atasını itirən Natiq əlinin zəhməti ilə dolanır, ailəsinin ruzisini alın təri ilə çıxarır. Ağsu polisi isə onun alın təri ilə qazandığına göz dikib. 10 iyun 2024-cü ildə maşınını rayon mərkəzindəki “Oba” marketin yanında saxlayıb, içəri girmək istərkən İlkin və Rais adlı iki yol polisi əməkdaşı onu çağırıb maşınının “prujin”lərinin kəsik olduğunu deyiblər. Vətəndaş maşını mühafizə polisində işləyən Mirzəxanlı Nurlan Tahir oğlundan aldığını deyəndə, Rais adlı polis zorakılıqla Natiqin maşınını sürüb polis şöbəsinə getməklə hədələyib. Ortalıq 20 metr gedəndən sonra polislər şərləmə əməliyyatının “istintaqına” başlayıb, maşının yiyəsindən nəşə çəkib-çəkmədiyini soruşublar.
Qətiyyətli “yox” cavabını alanda hədə qorxu ilə guya alkohol testindən keçirib, üflədib 3 faiz nəşəli olduğuna “qərar veriblər”. Maşını aldığı Nurlana zəng edib başına gələnləri danışanda , Nurlan polislərlə danışıb və şərlənən şəxsə deyib ki, polislərə 500 manat vermək lazımdır, yoxsa Şəkiyə alkotestə göndərib, narkotik istifadəçisi etdirib həbs edəcəklər. Nurlandan borca 500 manat alıb polislərə verməsini kəndin ağsaqqalı, şəhid atası Sərkər Pənahov biləndə rüşvətxor polislərə zəng edib Nurlan vasitəsilə 500 manatı qaytardıb. Bir ay sonra 10 iyul 2024-cü ildə həmin yol polisləri Natiq Fərzəliyevi saxlayıb, maşına Nurlanın verdiyi etibarnamənin müddətinin bitdiyini deyiblər. Yenidən maşını aldığı şəxsə zəng edən Natiqə etibarnəmə verən Nurlan bu yol polislərə 700 manat vermək gərəkdiyini bildirib.
Axı etibarnaməsiz maşın sürməyin cəriməsi bu boyda deyil! Nurlan bir ay qabaqkı qaytarılan 500 manatı öz cibindən verdiyini, 700 manatın 200 manatının İlkin və Raisə çatacağını deyib. Beləcə ölkə vətəndaşı “narkotik istifadəçisi” şərləməsindən etibarnaməsiz maşın sürməyə görə rüşvətə təhrik edilib . Lap oğru qanunudur, 500 manatı qaytardığına görə 40 faiz də “əsas” rüşvət haqqı”na əlavə hesablanıb.
Ağsu (yol) polisinin rüşvət, şərləmə əməliyyatından DİN rəhbərliyinə şikayət edən vətəndaşın şikayətinin araşdırılması DİN Baş Dövlət Yol Polisinə ( BDYPİ) tapşırılıb. BDYPİ-nin rəis müavini, polis polkovnik-leytenantı Pərvin Səfərəliyevin Ağsu RPŞ-nin rəisi , polis polkovniki Oruc Əmiraslanova Natiq Aslan oğlu Fərzəliyevin müraciətinə baxılıb görülmüş tədbirlər barəsində məlumat verilməsi haqqında bir neçə məktubunun isə nəticəsi yoxdur. Nə rüşvət, şər polisləri cəzalanıb, nə vətəndaşın pulu qaytarılıb.
Yazdıq ki, polisin hüquq qoruyan adını rüşvət, şər adına dəyişənlərin hüquqa zidd əməllərinə hüquq qiyməti verilsin.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?