Ötən gün Bakının Nəsimi rayonunda polisi vurub qaçan sürücü yaxalanıb. Rəşid Behbudov küçəsində yol polisinə tabe olmayan, polisi avtomobili ilə vurub bir neçə metr sürüyən sürücünün Ağsu sakini, 25 yaşlı Cavid Həsənov olması müəyyənləşib. APA TV-nin xəbərinə görə, hadisəni idarə etdiyi i 90 VT 023 dövlət nömrə nişanlı "Lada Priora" markalı maşınla törədən sürücü qorxduğunu deyib: "Rəşid Behbudov küçəsinə çıxdım. Bu zaman yol polisi məni saxladı. Bundan əvvəl, başqa bir polis əməkdaşı "saxla" demişdi, saxlamamışdım. Sənəd istəyəndə, zəng etmək üçün telefonu götürdüm, dedi "qapını aç" açmadım. Bir az qorxdum. Bir az bankla bağlı problemim vardı deyə qorxdum. Bundan sonra polis maşına yumruq atdı. Mən də maşını sürüb qaçdım. Məqsədim qaçmaq idi onu vurmaq yox".
Polis əməkdaşı maşının kapotunda sürükləndikdən sonra yerə düşüb. Cavid Həsənov isə ona yardım etmək əvəzinə ərazidən sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov deyib ki, qeyd edilən ərazidə yaradılan süni sıxlıq zamanı həmin sürücüyə məcburi "dayan" əmri verilib: "Lakin sürücü buna məhəl qoymadan polis əməkdaşını maşının ön hissəsinin üzərində bir neçə metr apardıqdan sonra yerə atıb. Həmin yol polisi əməkdaşı kəllə beyin travması və sümüyünün sınması diaqnozu ilə tibbi müalicə alır. "
Cavid Həsənov isə hadisəni törədən vaxt spirtli içki qəbul etmədiyini deyir: "Çox peşmanam. Cavanam yəqin ki, şeytan yoldan çıxarıb".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?