Məlum olduğu kimi dekabrın 25-də Azərbaycan aviaşirkətinin Bakıdan Qroznıya uçan “Embraer 190” təyyarəsi Rusiyanın zenit raket kompleksi hava hücumundan müdafiə sistemi (havadan müdafiə üçün istifadə edilən zenit-raket kompleksi) tərəfindən vurulub.
Təyyarə ruslar tərəfindən vurulduqdan sonra, Xəzər dənizi istiqamətinə yönləndirilib. Məqsədləri də o olub ki, təyyarə Xəzər dənizində batırılsın və ortada heç bir fakt qalmasın. Amma pilot komandiri kapitan İqor Kşnyakin cəsarətli manevrlər edərək dənizə yox, Qazaxıstanın Aktau şəhəri yaxınlığındakı torpaqlı əraziyə eniş edib.
Ruslar isə təyyarənin Çeçenistanın paytaxtı Qroznıya enməsinə icazə verməli və insanların həyatını xilas etməli idilər. Amma bunu etmədilər. Hətta təyyarənin Qroznıya eniş etməsinə də icazə vermədilər.
Görünən odur ki, bu hadisədə birbaşa cinayət məsuliyyətini Rusiya hökuməti daşıyır.
Artıq Türkiyə təyyarənin vurulmasını araşdırmaq məqsədilə Azərbaycana 8 nəfərlik istintaq qrupu göndərilməsi barədə qərarını verib. Ankaranın da araşdırmalara qoşulması təkcə türkiyəli mütəxəssislərin təcrübə və bacarıqlarından istifadə etmək məqsədi daşımır, bu, həm də təyyarənin vurulduğunu gizlətməyə, istintaqın gedişinə təsir etməyə çalışan Rusiyaya Azərbaycanın yalnız olmadığı, eyni zamanda, Bakının geri çəkilməyəcəyi mesajının verilməsidir.
Qeyd edək ki, ötən gün Rusiya təyyarə qəzasını araşdıran istintaq komissiyasına qoşulmağı xahiş etsə də bu xahişdən Qazaxıstan tərəfi imtina edib.
İstintaq komissiyasının üzvü qeyd edib ki, "bütün faktlar, sübutlar və qara qutu bizdə olacaq." Hərhalda Türkiyə işin peşindədir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?