Ukrayna rəsmiləri An-26 hərbi təyyarəsinin vurulmasını təsdiq ediblər.
Ukrayna antiterror qərargahı Luqansk ərazisində vurulmuş təyyarənin zenit-raket kompleksinin köməyi ilə vurulduğu qeyd olunur. Hadisə zamanı təyyarəçi xilas olmağa imkan tapıb.
Vurulmuş An-26 ekipajı əlaqəyə çıxaraq təyyarənin raket silahından vurulduğunu bildirib. Hadisə Rusiya sərhədində baş verdiyindən ehtimal olunur ki, təyyarəyə raket Rusiya Federasiyasının ərazisindən atılıb.
Ukrayna müdafiə naziri Valeri Qeletey hadisə barədə Ukrayna Prezidenti Petro Poroşenkoya məlumat verib. Bu haqda prezidentin mətbuat xidməti bildirib. "Nəzərə alsaq ki, təyyarə 6500 metr hündürlükdə gedirdi, o zaman həmin məsafədə zenit kompleksi ilə onun vurulması qeyri-mümkündür, yəni təyyarə başqa silahla vurulub. Təyyarə Rusiya Federasiyasının ərazisindən atılan daha güclü raket silahı ilə vurulub” , - deyə prezidentin mətbuat xidməti bildirib
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?