GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Qarabağa sertifikatı olmayan həkimləri göndərirlər” – Tibbi Bərpa İnstitutunun elmi işçiləri ölkə başçısına şikayət yazırlar...

“Qarabağa sertifikatı olmayan həkimləri göndərirlər” – Tibbi Bərpa İnstitutunun elmi işçiləri ölkə başçısına şikayət yazırlar...

Tarix: 17-03-2025, 09:59 Bölmə :GündəmXəbər / Manşet Baxış: 605

(III hissə)

 

“Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin idarəçiliyinin bərbad bir ili” sərlövhəli tənqidi məqaləmiz işıq üzü görəndən sonra mart ayının ilk günlərindən başlayaraq GundemXeber.Az saytında Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçilərinin ölkə başçısına, birinci xanıma və surətini əlaqədar qurumlara ünvanladıqları şikayəti təqdim olunmuşdur. Qeyd edək ki, mətni kifayət qədər uzun olan şikayətnamənin dərc olunmuş birinci və ikinci hissələri elmi və tibbi ictimaiyyət arasında rezonans doğurub.  

Xatırladaq ki, şikayətin 14 bəndlik iki hissəsində İnstitutun baş direktoru Mətanət Əfəndiyevanın  işçilər arasında ayrı-seçkilik etməsindən, hüquqpozmalara rəvac verməsindən, süni şəkildə elmi fəaliyyətə və gənc elmi kadrların hazırlanmasına məhdudiyyətlər qoyulmasından, qazilərə verilən yemək menyusunda əskiklik olmasıından, direktorun yarıtmaz idarəçilik siyasətinə etiraz edən işçilərin daim aşağlanmasından və s. qanunsuzluqlardan bəhs olunurdu.

İndi isə Şikayətnamənin ardını təqdim edirik:

15. Xəstələrin diaqnozları sığortadan gələn bonusa uyğunlaşır - yəni, müvafiq Bundle sistemi öyrənilərək şöbə müdiri Pərviz Axundov tərəfindən, çünki əvvəl o sığorta şöbəsinin müdiri vəzifəsində çalışıb, hansı diaqnoza daha çox pul gəlirsə onu təyin edir və öz həkimlərinə tövsiyə edir, onlar da xəstənin diaqnozunu dəyişdirirlər ki, daha çox bonus alsınlar. Əks göstərişləri olan onkoloji xəstələr fizioterapevtik müalicəyə yatırılır - bonus və əlavə qazanc naminə.

16. Azərbaycan Respublikasının qənunvericiliyinə əsasən şöbə müdiri vəzifəsində çalışan şəxslər stasionar şəraitdə xəstə aparmamalıdılar, lakin bütün şöbələrin müdirləri xəstə aparır. Boş vakant şöbə müdiri vəzifələri isə mövcud kadrlardan seçilmir.

17. Sertifikasiya imtahanlarından keçməyən həkimlərə xəstə aparmağa icazə verilir. Yaxud, sənədlərdə başqa həkimlərin adı gedir, faktiki isə xəstəni sertifikatı olmayan həkim aparır. Tibbi xidmətin keyfiyyəti artıq şübhə yaradır. Yüksək dərəcəli peşəkar həkimlərə, ən əsası Səhiyyə nazirinin 07.03.2023-cü il tarixli, 3-28/3-1-68/2023 nömrəli əmrinə və o əmrin 1 nömrəli əlavəsinə əsasən Səhiyyə naziri tərəfindən seçilən mütəxəssis ekspertlərinə hörmətsizlik və xəstə verilməməsi, lakin qazinin epikrizini cıran və buna görə töhmət alan həkimə verilməsi çox gülünc və acınacaqlı haldır.

18. İnstituta gələn xəstələr ehtiyac olmadan, eyni zamanda müxtəlif mütəxəssislərə və həddindən artıq lazımsız bahalı müayinələrə yönəldilir, xəstələrin əllərində təzə müayinələr ola-ola, yenidən institut daxili müayinələrə göndərilir - bu da həm dövlət budcəsinə ziyandır, həm institutun avadanlığının lazımsız aşınmasıdır, həm institutun kabinetlərində və dəhlizlərində daimi sıxlığa və müxtəlif virusların yüksək yoluxma dərəcəsinə səbəb olur, təsdiq edilməmiş süni əks göstərişlər uydurulur, aylarla, illərlə bu institutda mütəmadi müalicə olunan və əlilliyi olan xəstələrin müalicə olunmağına maneə törədilir. Amma ödəniş müqabilində onları qəbul edirlər - necə olur ki, həmin xəstələrdə əks göstəriş pul verəndə yoxa çıxır? Bəzi xəstələrin doğrudan da əks göstərişi olanda fizioterapiyaya, onların o əks göstərişləri “itirilir”, xəstəlik tarixçələrinə qoyulmur rüşvət müqabilində, lakin onlara rüşvət almaqda mane olan bəzi həkimlər institutda aparılan və falsifikasiya edilən yalnış analiz cavablarına görə cəzalandırılırlar. Stasionar şəraitdə müalicə üçün növbə gözləyən xəstələr nə hikmətdirsə, pul, rüşvət verməyəndə aylarla, hətta illərlə növbə gözləyir, rüşvət verənlər isə şöbə müdirinə, dərhal qəbul olunur. Qəbul komissiyasında böyük pozuntular baş verir.

19. Respublikamızda tibb elminə heç bir xeyiri olmayan, yüksək maddiyyət tələb edən əhəmiyyətsiz tədbirlər keçirilir, o tədbirlərə büdcədən pul ayrılır, lakin işçilərin o tədbirlərdə öz hesablarına iştirak etməyə məcbur olunurlar. Tədbirlərdə iştirakı güya elmi fəaliyyətin yüksəlməsinə yönəlib, yalandan kurs, təlim, konfrans adı ilə pullar xərclənir, elə həmin artıq büdcəsi institutun hesabından ayrılan tədbirə farm-şirkətlərdən də əlavə pullar alınır. Görün, nə gözəl alqoritm qurulub, deyilmi?

20. Rəhbərlik güya elmi çıxışa görə, ya da kurs keçməyə görə öz yaxın çevrəsindən olan həkimləri xaricə ezamiyyə xərcləri qarşılanaraq göndərir, lakin bizim dəfələrlə xaricdə mötəbər təlimlər və kurslar keçməyə getməyimizə ezamiyyə xərclərinin qarşılanmayacağı və iş vaxtı icazə verilməyəcəyi bildirilir. Nəticədə biz məcbur olub məzuniyyətimizi kurs keçməyə sərf edirik və öz cibimizdən bu təlimlərə qatılırıq. Amma hesabat dövründə bu qazandığımız təcrübəni və sertifikatları rəhbərlik öz hesabına çıxır, çünki Səhiyyə Nazirliyinə elmi faəliyyəti bizim hesabımıza göstərə bilir.

21. Qarabağın işqaldan azad olunmuş rayonlarında yaşayan həmvətənlərimiz o qədər dəyərsizdilər ki, sertifikatları olmayan həkimləri göndərirlər onları müayinə və müalicə etməyə?! Praktik fəaliyyətlə məşğul olmaq üçün Şəhadətnaməsi olmayan həkimlər niyə müəssisədə qalıb? Niyə pasient aparır? İnstitutun kameraları tam açılıb bütün bu pozuntular yoxlanmalıdır. Niyə onların fəaliyyətinə Səhiyyə Nazirliyi icazə vermədiyi halda Böyük Qayıdış proqramına qatılmağa və orda xəstələrə müayinə və müalicə etməyə imkan yaradır?

22. Direktor çevrəsindən ona yaxın olan həkimlərlə birlikdə hüquqlarını tələb edən həkimlərə qarşi çirkin əməllər qururlar. İnstitutda müalicə almış xəstələrə zənglə evlərindən xəstəxanaya çağırıb və ya stasionar müalicə dövründə axşam növbəsində onlara yaxınlaşıb təlimatlandıraraq, həkimə qarşi şikayət ərizəsini yazmaga sovq edirlər. Beləliklə, böhtan ataraq, onlara "lazımsız" həkimləri uzaqlaşdırmaga çalışırlar. Savadlı həkimləri xəstələrin gözündə alçaldırlar, ictimai nüfuzlaranı yerə salırlar. Müdrik rəhrbər işçisinin şərəf və ləyaqətini qorumağa borcludur. Əvəzində direktorumuz tabeliyində olanlar arasında intriqa yaradır. Haqlarını tələb etməyə çalışan savadlı və təcrübəli əməkdaşlara qarşı süni  təxribat yaratmaga çalışan direktor, rəfiqəsi оlаn şöbə müdirinin kobud səhvlərini ört-basdır etdi. Yuxarıda sadalanan noqsan və iradlar bizim şərəf və ləyaqətimizə toxunur, Azərbaycanın elmi genefonduna zərər verir. Biz həm maddi, həm fiziki, həm də mənavi ziyan çəkirik, biz haqqımızı istəyirik. Bizə yardım edin. Biz Sizə böyük ümidlə müraciət edirik.

23. Həddindən artıq əmək münasibətləri pozuntuları mövcuddur. İşçinin əvəzinə alınan əmək haqqılar, ''virtual əmək haqqı kartları", уаlnış hesblanan və verilməyən məzuniyyətlər, ezamiyyətlər, bonuslar, mukafatlar, əvəzçilik üzrə maaşlar və kompensasiyalar... Əmək müqaviləsinə qərəzli şəkildə qeyri-qanuni dəyişikliklər edilir, kollektiv müqavilə nəzərə alınmır, qeyri-qanuni şəkildə işçinin razılığı olmadan əmək şəraiti “zərərli”dən “normal”a dəyişdirilir, əmək haqqı azaldılır, aylıq sabit mükafatlar silinərək qeyd edilmir müqavilədə, aydın dildə yazılan Ьinngnalt qanunvericilik və əmrlər qeyri-adi formatda ozünəməxsus formada interpretasiya edilərək nə hikmətdirsə ancaq rəhbərliyə sərf edən şəkildə, işçinin qazancını isə azaldan şəkildə izah olunur.

Cənab Prezident, Sizdən xahiş edirik ki, bizim institutda ədalətin bərpasına köməklik edəsiniz, çünki institutumuz xaosun, qanunsuzluğun hökm sürməməli oldugu dovlət qurumudur. Xahiş edirik, institutun baş direktoru Mətanət Əfəndiyeva, baş həkimi Nurlana Əliyeva, şöbə mildiri Pərviz Axundov bu institutda rəvac verdikləri hökmranlıq və vəzifələrindən sui-istifadə, rüşvətxorluq, dövlət büdcəsini mənimsəmə və işçilərin haqqına girmənin qarşısının alınması üçün işdən azad edilsinlər.


P.S. Şikayətçilər 3 nəfərdən çoxdur. Amma ərizəni imzalamaga ehtiyat etdilər.

1. Məmmədova Mərziyyə Yusif qızı, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu (ЕТТВİ) Kliniki-neyrofizioloji laboratoriyasının böyük elmi işçisi, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu Etik Komitənin katibl, Əziz Əliyev аdınа Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Nevrologiya vg Klinik Neyrofiziologiya kafedrası assistenti, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti (Səhiyyə Nazirinin 07.03.2023-cü il tarixli 3-28/3-1-68/2023 nomrəli əmrinə və о əmrin 1 nömrəli əlavəsinə əsasən).

2. Sadıqova Gülzar Sabir qızı, Elmi Tədqiqat Тibbi Bərpa İnstitutu Artrologiya bölməsinin kiçik elmi işçisi.

3. Babayeva Samirə Nəriman qızı, Elmi-Tədqiqat Тibbi Bərpa İnstitutu Artrologiya bölməsinin kiçik elmi işçisi.


GundemXeber.Az

P.S. Baxmayaraq ki, Redaksiyamıza ünvanlanan şikayət məktubunda ittiham olunan Respublika Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun baş direktorunun və digər rəhbər şəxslərin də mövqelərini dinləməyə hazırıq.

 

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Rusca təhsil almış alimlərə xüsusi imtiyaz tanınır” - Tibbi Bərpa İnstitutunun elmi işçilərindən ölkə başçısına şikayət

    “Rusca təhsil almış alimlərə xüsusi imtiyaz ...

    5-03-2025, 10:26

  • 
  • Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin idarəçiliyinin bərbad bir ili - ÖZBAŞINALIQ

    Arxası Rusiyaya bağlı olan İnstitut rəhbərinin ...

    3-02-2025, 09:49

  • 
  • AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ

    AMEA-NIN BAŞ ELMİ İŞÇİSİ İNTİHAR ETDİ ...

    4-06-2013, 17:38

  • 
  • “Direktor qaziləri təhqir edir” - Tibbi Bərpa İnstitutunun elmi işçiləri ölkə başçısına şikayət yazdılar

    “Direktor qaziləri təhqir edir” - Tibbi Bərpa ...

    3-03-2025, 13:24

  • 
  • İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: - İşdən azad olunanda bütün elektron məlumat bazasını silib?

    İnstitut direktoru ilə bağlı ağlasığmaz İDDİA: - ...

    17-05-2022, 18:44


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu