Abşeron Rayon, Mehdiabad qəsəbəsi, Mehdiabad-Balaxanı şossesində fəaliyyət göstərən OBA marketdə quraşdırılıb əhalinin "istifadəsinə verilən" 5246 nömrəli MPAY terminalı neçə aylardır ki, düzgün işləmir. (başı gicəllənib)
Yerli sakinlər yaxınlıqda olan marketdə quraşdırılan terminala ümidli olub gecə saatlarında kommunal ödənişini etsələr də bu əməliyyat uğursuz alınır. Belə ki, maye qaz və digər kommunal üçün müəyyən məbləğdə pul ödənilsə də karta daxilolma əməliyyatı mümkün olmur.
Bu da onu deməyə əsas verir ki, MPAY terminalı düzgün işləmədiyinə görə yerli sakinlər gecəyarısı əzab-əziyyətə düçar olurlar və eyni zamanda ödədikləri məbləğdən də məhrum olurlar. Məlumat üçün bildirək ki, 08.04.2025-ci il tarixdə, saat 23:34 radələrində maye qaz üçün nəzərdə tutulmuş məbləğ karta vurulur, amma ödəniş olunmur. Buna görə bərpa sisteminə daxil olunur, sistemdə yuxarıda qeyd olunan vaxt görünmür. Nəinki vaxt, heç məbləğ də görünmür.
Bu da insanları həm qəzəbləndirir, həm də narahatlıqlarına səbəb olur. Belə bir problemlərlə üzüzə qalan istifadəçilər dəfələrlə terminalın üzərində qeyd olunan (012) 525 20 30 telefon nömrəsinə zəng edib iradlarını bildirsələr də buna məhəl qoyan olmur.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?