GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Daxili Qoşunların Hərbi Hospitalına indi səriştəsizlər işə götürülür: Bu, əvvəldən işləyən bacarıqlı həkimlərin işini kölgədə qoyur — FAKTLAR DA BUNU DEYİR

Daxili Qoşunların Hərbi Hospitalına indi səriştəsizlər işə götürülür: Bu, əvvəldən işləyən bacarıqlı həkimlərin işini kölgədə qoyur — FAKTLAR DA BUNU DEYİR

Tarix: 9-05-2025, 15:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 158


Qanlı-qadalı günlərdə yaranan Daxili Qoşunların Hərbi Hospitalı elə 1992 — 1993-cü illərdə, döyüşlərin qızğın gedən çağlarında qoşunların kiçik bir həkim kontingenti ilə fəaliyyətə başlayıb. Bir sözlə, hospitalın yaranması torpaqlarımızın azadlığı uğrunda erməni təcavüzkarlarına qarşı ağır döyüş əməliyyatlarının aparıldığı bir dövrə təsadüf edir.

Onda Daxili Qoşunların yaralanan hərbi qulluqçuları digər tibb müəssislərində müalicə olunurdular. Bir müddət keçəndən sonra isə, qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirən, bilik və bacarıqlarını, peşəkarlıq səviyyələrini getdikcə artıran bu kiçik həkim kontingenti hərbi qulluqçularımızın və onların ailə üzvlərinin sağlamlığının keşiyində duran böyük bir tibbi personala çevrildi. O zaman zəruri tibbi avadanlıqların çatışmadığına baxmayaraq, əzmkar və fədakar həkim personalı üzərinə düşən tapşırıqları layiqincə yerinə yetirərək, yaralıların tez bir zamanda sağlamlıqlarını bərpa edərək, onları yenidən döyüş meydanlarına qaytara bilirdilər.

Ümumiyyətlə, yarandığı ilk günlərdə ön cəbhədə yüzlərlə yaralı döyüşçülərimizi ölümün pəncəsindən xilas edən hospitalın tibb işçilərinin fəaliyyəti yüksək qiymətləndirilib. Daxili Qoşunların şəxsi heyətinin sağlamlığının keşiyində müsəlləh əsgər kimi duran hospitalın tibb işçiləri vəzifələrinin öhdəsindən məharətlə gələrək, hərbi qulluqçularımızın qısa bir müddətdə keyfiyyətlə müalicə olunmasını təmin ediblər. Fəaliyyəti yüksək dəyərləndirilən Hərbi Hospitalın keçdiyi şərəfli döyüş yolu gənc həkimlərimiz üçün də bir örnək rolunu oynayıb.

Çox təəssüf ki, yazının girişini də dedikləri əsasında qələmə aldığımız etibarlı mənbənin belə bir tibb müəssisəsində son vaxtlar baş verən neqativ hallar barəsində Arazpress.com-a dedikləri, əvvəlki fəaliyyəti haqqında deyilən xoş sözlərə kölgə salır.

“Özüm bu hospitalla əlaqəliyəm və çox təəssüf edirəm ki, ölkə mətbuatı son vaxtlar barəsində yaxşı olmayan yazılar verir. Yazıların əksəriyyəti də,  Daxili Qoşunların Hərbi Hospitalında müayinə və müalicə olunan hərbi qulluqçular və onların ailə üzvləri adından redaksiyalara daxil olan çox sayda şikayət məktubları əsasında qələmə alınır. Dəhşət ondadır ki, hətta kəskin ağrılar diaqnozu ilə hospitala daxil olanlar müayinə zamanı olmazın çətinliklərlə üzləşirlər. Və bu çətinliklərin yaranmasında əsas günahkar olaraq, rəhbər şəxslərin adlarını öndə çəkirlər.

Məsələn, bu yaxınlarda media vasitələrində kütləvi şəkildə bu mövzuda belə bir yazı dərc olundu: Şikayətçi deyirdi ki, hospitalda ondan 5 min istədilər. Bu boyda pulu isə o verə bilmir ki, müalicəsini uğurla həyata keçirsin və sağalaraq yenidən xidmət yerinə qayıtmağa nail olsun. Dərdini rəhbər şəxslərə də deyib. Nə olsun?!. Son ümid yeri olaraq, Mehriban xanım Əliyevaya müraciət etməyi qərara alıb.

Bəli, belə şikayətçilər çoxdur və hospitala ümidləri qalmayıb” — etibarlı mənbə deyir.

Onun sözlərinə görə, şikayətçi olan bir hərbçi isə, ona qarşı hospital rəisinin özünün kobudluq göstərdiyini mətbuata söyləyib. O, deyib ki, bu hospitalda çalışıb və ağır xəstəliyilə əlaqədar hərbidən tərxis olunmaq məcburiyyətində qalıb:

“Azərbaycanda müalicəm mümkün olmadı və xaricə getməyi qərara aldım. Dəfələrlə rəisin yanında oldum. Gördü ki, əlimdə heç nə yoxdur. Sonda mənə qarşı kobudluq edərək bildirdi ki, atama borcu yoxdur cibindən xərc çəkib, məni Türkiyəyə göndərə. Məni otağından qovdu və axırda məni kimlərinsə sifarişi nəticəsində hərbidən xəstəliklə pensiyasız tərxis etdilər.

Nə pensiya verdilər, nə də bir işlə məşğul ola bilmədim. Ailəmi dolandıra və kirayə pulunu ödəyə bilmirəm. Bütün bu problemlərimin hamısını yazıb yuxarılara göndərmişəm. Əfsuslar olsun k, şikayətimi təmin etmədilər.

Mehriban xanım Əliyevaya ünvanladığım müraciət baxılmaq üçün Daxili Qoşunların rəhbərliyinə göndərildi. Ancaq Daxili Qoşunların rəhbərliyi Mehriban xanımın tapşırığına əməl etmədi. Ona görə də, dərdimi bir daha mətbuat vasitəsilə Mehriban xanıma çatdırmaq istədim. Bundan sonra daha pis aqibətlə üzləşdim…”.

Etibarlı mənbənin redaksiyamıza ötürdüyü daha bir xoşagəlməz məlumat son vaxtlar hospitala işə qəbulla bağlı yaradılan neqativliklə bağlıdır. Onun dediyindən məlum olur ki, ötən illər ərzində tibbi personal arasındakı şərəfli xidmət və fədakarlıq  nümunəsi göstərən təcrübəli mütəxəssislərin işə qəbuluna xüsusi diqqət yetirilib. Lakin son vaxtlar bunun əksi müşahidə olunur.

“Həkimlərin və digər tibbi personalın bu hospitalda müxtəlif tibbi ixtisaslar üzrə vakant hərbi və mülki vəzifələrə işə qəbulu ilə bağlı tələblərə indi qətiyyən fikir verən yoxdur. Yarandığı gündən bu Hərbi Hospitalın rəisi olan tibb xidməti polkovnik-leytenantı Şəmsəddin Heydərovun şəxsən özünün günahları ucbatından yaranıb bu neqativlik. Əlimdə fakt var və qəti şəkildə deyə bilərəm ki, son aylar ərzində 10 — 15 minlik rüşvətlə sertifikasiyadan keçməyən 3 nəfər burada işə qəbul olunub. Ortada komissiya rəyi belə yoxdur. Qiymətləndirmə zamanı həkim-mütəxəssislərin peşəkar fəaliyyətləri və şəxsi keyfiyyətləri nəzərə alınmayıb. Halbuki onların xeyli müddət ərzində peşəkar fəaliyyətləri üzrə yerinə yetirməli olduqları göstəricilər əsas kimi qeyd edilməliydi. Onlar nə cərrahi, nə terapevtik, nə radioloq, nə anestezioloq-reanimatoloq, nə də ki, digər ixtisaslar üzrə də mütəxəssis deyillər. Məhz bu səriştəsizlərə görədir ki, öncədən işləyən bacarıqlı mütəxəssislərə də ümid və inam qalmayıb./araz.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Daxili Qoşunların yeni komandanı kimdir...

    Daxili Qoşunların yeni komandanı kimdir... ...

    18-11-2013, 18:37

  • 
  • Prezident Daxili Qoşunların hərbi hissəsinin açılışında

    Prezident Daxili Qoşunların hərbi hissəsinin ...

    12-03-2021, 12:39

  • 
  • General hərbi hissədə döyüş hazırlığını yoxladı - Foto

    General hərbi hissədə döyüş hazırlığını yoxladı - ...

    25-01-2014, 15:12

  • 
  • Rövşən Əkbərov Daxili Qoşunların komandanı gətirilir

    Rövşən Əkbərov Daxili Qoşunların komandanı ...

    23-10-2013, 10:53

  • 
  • Daxili Qoşunların statusuna dəyişiklik edilir

    Daxili Qoşunların statusuna dəyişiklik edilir ...

    24-01-2017, 20:32


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (225)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu