Daxili İşlər nazirinin müavini, Daxili Qoşunların komandanı general-mayor Şahin Məmmədov 2014-cü ildə qarşıya qoyulmuş xidməti döyüş tapşırıqlarının yerinə yetirilməsinə hazırlığın vəziyyətinin yoxlanılması məqsədi ilə yanvarın 25-də qoşunların Qubada yeləşən "N" saylı hərbi hissəsində olub.
Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, hərbi hissə komandiri bütün xidmət sahələri üzrə mövcut vəziyyəti məruzə edərək, son illər ərzində hərbi hissənin maddi-texniki bazasının gücləndirildiyini, müasir texnika və avadanlıqlarla təchiz olunduğunu, təlim-tədris prosesinin keyfiyyətlə həyata keçirildiyini bildirib.
Daxili Qoşunların komandanı hərbi hissədə xidməti-döyüş fəaliyyətinin təşkili və şəxsi heyətin sosial-məişət şəraiti ilə də yaxından tanış olub.
O, həmcinin hərbi hissənin tibb məntəqəsində olan əsgərlərin səhhəti ilə maraqlanıb, aparılan müalicənin yüksəldilməsi istiqamətində səylərin artırılmasını önə cəkib.
Nəzəri məşğələlərin keçirildiyi sinif otaqlarına, eləcə də əsgər yataqxanalarına baxılıb, qış mövsümünə uyğun olaraq otaqlarda temperatur rejiminin ciddi nəzarətə götürülməsi barədə tapşırıq verilib.
Sonra general-mayor Ş.Məmmədov hərbi hissədə xüsusi-taktiki təlimi izləyib, bu kimi məşğələlərin keyfiyyətlə və real şəraitə uyğun keçirilməsinə diqqətin artırılmasının vacibliyini vurğulayıb. Hərbi hissənin xidməti-döyüş fəaliyyətinin daha da yüksəldilməsi istiqamətində müvafiq tapşırıq və tövsiyələr hərbi hissə komandanlığının diqqətinə catdırılıb.
Daha sonra Daxili Qoşunların komandanı əsgər valideynləri ilə görüş keçirlib, onların fərdi qaydada müraciətləri dinlənilib. Bir sıra məsələlərin yerindəcə həl olunması üçün müvafiq tapşırıqlar verilib.
Xatırladaq ki, general-mayor Ş.Məmmədov Daxili Qoşunların komandanı vəzifəsinə təyin olunduqdan sonra regionlara səfərinə ilk olaraq keçən həftə Zaqataladakı "N" saylı hərbi hissədən başlayıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?