GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Hakim Qumru Əliyeva ona etiraz edən qazini 300 manat cərimələyib

Hakim Qumru Əliyeva ona etiraz edən qazini 300 manat cərimələyib

Tarix: 19-05-2025, 10:15 Bölmə :GündəmXəbər / Manşet Baxış: 389


 Nizami məhkəməsinin (də!) öz məcəlləsi var?


140028632 VÖEN-li Qumru Əliyeva məhkəmədə sahibkarlıqla məşğuldur?


Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Xumar Mərdanova, Vahid Sadıqov və Sabit Bəhrəmzadədən ibarət “troykası”nın kollegiyanın sədri Rafael Eyvazovun sifarişi ilə 1-ci dərəcəli Qarabağ əlilini yataqdan  məhkəməyə müraciət etdiyinə görə Novruz bayramı günlərində elə yatağında 400 manat cərimə etməsindən, anında ƏN-in  Nizami  icra məmuru Aslanov Əlihüseyn Zayralı oğluna  icra sənədi verməsindən media bilgi yayıb. Heç demə, məhkəmələrin özlərinin “ştatlı” icra məmurları varmış! İcranın operativliyinə baxın, icra sənədi cərimə qərarından qabaq qəbul edilib!(??) Bəs Konstitusiya, qanun, Mülki Prosessual Məcəllə (MPM) nə deyir? Konstitusiya hər kəsin qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etməyə, inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verir. MPM-in 4.2 maddəsinə görə, məhkəməyə müraciət etmək hüququndan imtina olunması etibarsızdır. MPM-də cərimələr qoyulması da yazılıb, amma bu cərimələrin maddi hüquqa- məhkəməyə müraciətə görə tətbiqi yazılmayıb. Cərimələrin anında icraya yönləndirilməsi isə heç yazılmayıb. Əksinə, cərimə olunan şəxsin  onun   götürülməsi və ya miqdarının azaldılmasına 20 gün müddətində ərizə verə bilməsi MPM-in 127-ci maddəsində doğrulanıb. “Troyka” qıraqdan qərəzli sifarişə elə uyub ki, apellyasiya instansiyası olduğunu da unudub, MPM-i də; qərəzini 1-ci dərəcəli qazinin üzərində tətbiq edib.

Bakı şəhəri, Nizami məhkəməsinin hakimi Qumru Əliyeva yuxarı məhkəmənin “vahid məhkəmə cəriməsi təcrübəsini” faşizm üzərində QƏLƏBƏ BAYRAMI günlərində 1-ci dərəcəli Qarabağ əlilini 300 manat cərimə etməklə “uğurlu” qərəzlə sınayıb. “Humanist” cərimədir, 400 manat deyil, 100 manat azdır. Di gəl, bu cərimə də MPM-də nəzərdə tutulmayıb. Hakim Qumru Əliyeva iddiaçı 1-ci dərəcəli Qarabağ qazisini hakimə etiraz etdiyinə görə cərimələyib. (?) MPM-in 21.5 maddəsinə görə, əgər etiraz məhkəmə prosesini ləngitmək məqsədilə edilmişsə və ya etirazın dəlilləri uydurma olaraq həqiqətə uyğun deyildirsə, etirazı vermiş tərəf 110 manatadək cərimə edilə bilər. Qumru Əliyevanın “humanist” qərəzi cərimənin 3 dəfə artığına nədən olub. Eləcə də, qazinin etirazı nə uydurmadır, nə də prosesi ləngitmək məqsədi daşımır. Ən başlıcası, MPM-in 22-ci maddəsinin tələbinə görə hakimə etiraza məhkəmənin sədri baxmalıdır, etiraz edilən hakimin özü yox. Əslində etiraz elə hakim Qumru Əliyevanın süründürməçiliyindən, 7 aydır istehlakçı hüququnun müdafiəsi ilə bağlı “Azəriqaz”ın, 4 aydır “Bakcell”-in vəkili rolunda çıxış etməsindən, 2 dəfə ləğv olunan işinə yenidən hakim təyin edilməsindən qaynaqlanır. Qərəzli “humanistliyə” baxın, qazi müalicə ocağında olanda 1400028632 VÖEN-i aktiv olan hakim Qumru Əliyeva məlumat alıb ki, 25 il qabaq qazinin VÖEN-i olub,  bu nədənlə istehlakçı hüququnun müdafiəsi ilə bağlı iş  kommersiya mübahisəsi olduğundan Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir. Halbuki, 1-cisi, istehlakçı hüququnun müdafiəsi ilə bağlı işlərə ümumi məhkəmələrdə baxılır; 2-cisi, VÖEN-in aktiv-passiv olmasından asılı olmayaraq qazdan, sudan, işıqdan şəxsi istehlak məqsədilə yararlanılması kommersiya mübahisəsi sayıla bilməz. Hakimin  VÖEN-i aktivdirsə, sahibkarlıq fəaliyyəti ilə məşğul olur? 3-cüsü, “aidiyyatı” üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilən  qərardad qazi xəstəxanada olanda çıxarıldığından mütləq ləğv edilməlidir.

 Qumru Əliyeva isə xəstəxana epikrizinin müddətin buraxılmasının üzrlü sayılmasına əsas vermədiyi qərarına gəlib və işi aidiyyatla bağlı olduğundan kassasiya instansiyasına göndərmək yerinə, Bakı Apellyasiya Məhkəməsinə göndərib. Orada isə Xumar Mərdanovanın sədri olduğu “troyka” qazini 400 manat cərimə edib və 4 aydır məhkəmə prosesi ləngidilir, icraat tamam itib. Buna görə Məhkəmə Hüquq Şurası cəza tədbiri görməlidir, amma cəzalanan 17 ildir istehlakçı hüququnu tələb edən  iddiaçı qazi olur. Mobil operatorun vəkili rolunda çıxış edən hakim Qumru Əliyeva birinci dəfə işi aidiyyat pozuntusuna görə qaytarıb, qərardadı ləğv olunanda isə ərizəni baxılmamış saxlayıb ki, tərəflər hazırlıq iclasına gəlməyib. Bu yol Bakı Apellyasiya Məhkəməsi qərardadı ləğv edib. İş yenə də qərardadı 2 dəfə ləğv edilən Qumru Əliyevaya verildiyindən ona etiraz da əsaslıdır. Bu etiraz isə qaziyə 300 manat cərimə “qazandırıb”. Özbaşınalığa baxın, hakimə qərəzinə, obyektiv olmadığına, faktiki qarşı tərəfə vəkillik etdiyinə, süründürməçiliyə görə etiraz edən iddiaçı qazi bu etirazına görə cərimə olunur! (?) Bu, faktiki olaraq vətəndaşın məhkəmə təminatı hüququna, Konstitusiyaya kobud qadağa deməkdir. Görək, Ali Məhkəmə, Məhkəmə Hüququ Şurası kobud hüquq pozuntusuna, məhkəmə müdafiəsi hüququna qadağaya qiymət verəcək, yoxsa cərimələr həbslə sonuclanacaq?

... Hakim Qumru Əliyevaya yeni etiraz elektron kabinetdən təqdim edilib. Etiraza görə 300 manatlıq cərimə tətbiq edən hakimin qərəzsizliyi, obyektivliyi, işdə marağının olmaması böyük şübhə altındadır...

M. AĞSU

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı Apellyasiya Məhkəməsi 4 aydır qərarını vermir

    Bakı Apellyasiya Məhkəməsi 4 aydır qərarını vermir ...

    24-11-2021, 22:05

  • 
  • “Azərişıq”ın texniki şərti rüşvətə görə icra etməməsi ümumi (publik) hüquq özbaşınalığıdır ?

    “Azərişıq”ın texniki şərti rüşvətə görə icra ...

    1-08-2023, 15:21

  • 
  • Məhkəmə Dövlət Komitəsinin sədr müavinini cərimələyib

    Məhkəmə Dövlət Komitəsinin sədr müavinini ...

    6-12-2013, 14:04

  • 
  • Yasamal məhkəməsinin 13 aydan sonra “ərizəyə baxış”ı

    Yasamal məhkəməsinin 13 aydan sonra “ərizəyə ...

    5-05-2022, 09:09

  • 
  • Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ağlasığmaz ayrı-seçkilik Nə ərizələrinə baxılır, nə də şikayətləri apellyasiya instansiyasına göndərilir

    Nərimanov məhkəməsindən Qarabağ əlillərinə qarşı ...

    28-12-2019, 12:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu