GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Azercell” niyə özəlləşdirilmir? - TƏFƏRRÜAT

“Azercell” niyə özəlləşdirilmir? - TƏFƏRRÜAT

Tarix: 2-06-2025, 15:32 Bölmə :GündəmXəbər / Manşet Baxış: 267

Yadınızdadırsa, 2014-cü ildə Naxçıvan MR-da fəaliyyət göstərən “Naxtel” mobil operatoru 4-cü mobil operator olaraq ümümrespublika operatoru olmaq üçün lisenziya almağa hazırlaşırdı. “Azercell-in təhdidindən sonra bu qərardan imtina etdi. Belə ki, həmin vaxt “Naxtel”-ə ölkə ərazisində öz şəbəkəsini quranadək milli rouminq vasitəsi ilə “Azercell” şəbəkəsi üzərindən fəaliyyət göstərmək təklif olunmuşdu. “Naxtel” Naxçıvanda fəaliyyətə başlayanda “Azercell” ilə onsuz da milli rouminq müqaviləsi var idi. Yəni, indi də “Naxtel” abunəçiləri Naxçıvandan kənarda ölkənin bütün rayon və şəhərlərində “Azercell” şəbəkəsi üzərindən xidmət ala bilər. “Naxtel”-in 4-cü mobil operator olaraq ümümrespublika operatoru kimi fəaliyyət göstərmək niyyətinin olduğunu bilən “Azercell” bu baş verərsə, “Naxtel” ilə milli rouminq müqaviləsinə xidmət verəciyini “Naxtel”-ə bildirir. “Naxtel”-in isə ölkə ərazisində öz şəbəkəsini qurmaq üçün texniki və maddi imkanı olmadığı üçün ümumrespublika operatoru kimi fəaliyyət göstərmək istəyindən “Azercell”-in "sayəsində" imtina edir. “Azercell”-in bərbad xidmət və keyfiyyəti qiymətləri hər ay artırdığı hər kəsə bəllidir. Oda bəllidir ki, şirkət 29 ildir ki, mobil bazarda 51,3%-lik inhisarçı mövqeyə sahibdir. Monopolist şirkət bir il sonra, yəni, 2015-ci ildə “Delta Telecom” və “SAZZ” şirkətinində 4-cü mobil operator olaraq bazara girməsinə imkan verməyib. İllər əvvəl ölkədə fəaliyyət göstərən yerli mobil operatorlardan biri ilə ölkədə ilk 3G şəbəkəsini quran, abunəçilərinin sayı sürətlə artan “Vodafone” mobil operatoru da 2012-ci ildə “Azercell”-in təzyiqlərinə davam gətirə bilməyib ölkəni tərk etmişdir. “Azercell” həmçinin 4G şəbəkəsi uzrə lisenziyanı digər mobil operatorlara təzyiq göstərərək 2012-ci ildə ilk özü almışdır. Yeni 010 prefiksini də digər mobil operatora təzyiq göstərərək ilk özü almaq istəsə də, digər mobil operator haqlı olaraq artıq haqsızlığa dözməyərək Antiinhisar Siyasəti və İstehlak Bazarına Nəzarət Palatasına müraciət edərək yeni 099 prefikisini ilk özü almışdır. “Azercell” Mobil Nömrələrin Daşınması xidmətini də 9 il ləngitmişdir. Bunu əvvəlki rabitə naziri də dəfələrlə MNP xidmətini “Azercell”-in ləngitdiyini bildirmişdi. Həmin vaxt mən də bu xidməti 9 il “Azercell”-in ləngitdiyini media vasitəsi ilə ictiamiləşdirmişdim. “Azercell” gözəl bilir ki, hər hansısa bir şirkət 4-cü mobil operator olaraq bazara girsə, şirkətin bərbad xidmətlərindən və yüksək tariflərindən təngə gəlmiş abunəçiləri “Azercell”-dən imtina edəcək və şirkətin 29 illik monopoliyası sona çatacaq. Məlum olduğu kimi, əksər ölkələrdə bazara yeni mobil operatorlar girir. Məsələn, Özbəkistanda “Vodafone” mobil operatoru 4-cü mobil operator olaraq fəaliyyətə başladı. Türkiyədə bazarda 3 mobil operator və “NetGSM”, “Digitürk” və s. virtual mobil operatorlar olsa da, “Türksat” 4-cü mobil operator olaraq fəaliyyət göstərməyə hazırlaşır. Bizdə isə illərdir “Azercell” monopolist mövqeyi ilə bazarda rəqabət mühitinin olmasına imkan vermir. Monopoliyanın nəticəsidir ki, mobil rabitə sahəsində illərdir hər keçən gün xidmət səviyyəsi dahada bərbad vəziyyətə düşür, qiymətlər isə hər ay durmadan artır.

Əslində şirkətin maliyyə hesabatlarını gizlətməsinin səbəbi mətbuatın şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsidir. Məlum olduğu kimi şirkətin əvvəlki səhmdarı TeliaSonera Özbəkistandakı korrupsiya qalmaqalından sonra 2015-ci ildə Avrasiya regionunu tərk edəcəyini açıqlamışdı və Azercell 3 il sərmayəsiz qaldığı üçün zərərlə çalışmağa başlamışdı. Həmin vaxt Azercell-in xidmət səviyyəsi və keyfiyyəti geriləmiş, Müştəri Xidmətlərinin çoxu bağlanmış, şirkət 60-dan çox işçisini ixtisar etmək məcburiyyətində qalmışdı. Nəhayət 2018-ci ilin mart ayında TeliaSonera-nın Azercell-dəki 51%-lik səhmlərini 222,5 milyon manata Rabitə Nazirliyinə məxsus AzinTelecom şirkəti almışdır. Həmin vaxt Rabitə Nazirliyi hər kəsi əmin edirdi ki, şirkət mənfəətlə fəaliyyət göstərməyə başlayandan sonra yenidən özəlləşdiriləcək. Görünür Azercell artıq çoxdan gəlirlə fəaliyyət göstərməyə başlayandan sonra mətbuatın haqlı olaraq zaman-zaman şirkətin özəlləşmə məsələsini gündəmə gətirməsindən sonra narahat olub şirkətin mənfəətlə fəaliyyət göstərdiyini gizlətmək üçün şirkət son 2 ilin maliyyə hesabatını açıqlamaqdan imtina etdi və əvvəl açıqladığı bütün maliyyə hesabatlarını saytdan sildilər. TeliaSonera-nın səhmlərini dövlətə satdığı digər ölkələrdə məsələn Qazaxıstan və Gürcüstanda Qazaxıstan və Gürcüstan hökümətləri Kcell və Geocell-in səhmlərini Qazaxıstan dövləti Qətər şirkətinə, Gürcüstan höküməti isə Avropa şirkətinə çoxdan satıblar. Bizdə isə 7 ildən çoxdur ki, Rabitə Nazirliyi Azercell-i yenidən özəlləşdirmək istəmir. Əslində Azercell-lə bağlı bütün şikayətlərin kökündə Azercell-in özəlləşdirilməsi məsələsi dayanır. Yəni mobil rabitə sahəsində rəqabət mühitini gücləndirmək üçün Azercell mütləq təcili olaraq özəlləşdirilməli və bazarda mobil operator sayı artırılmalıdır. Məlum olduğu kimi bir neçə ildir mobil rabitə sahəsində keyfiyyət və xidmət səviyyəsi bərbad vəziyyətə düşüb, qiymətlər isə durmadan artır. Azercell-də aylıq abunə haqqı olmayan bir dənədə olsun tarif paketi yoxdur. Kütləvi şəkildə şikayətlərə baxmayaraq şirkət yaşlı nəsili və internetdən istifadə etməyən təbəqəni nəzərə almayaraq “Azercellim”, “Bölge”, “Gencsim”, “Her Yere”, “Bizimkiler” tarif paketlərində 25 Fevral tarixindən etibarən aylıq 2 AZN müqabilində 25 şəbəkədaxili dəqiqə və 250 MB internet paketi təqdim edir. Bundan başqa digər mobil operatorlardan fərqli olaraq Azercell abunəçilərinə şəbəkədaxili danışıq üçün belə rahat danışıq imkanı verən tarif paketi istifadəyə vermir. Mobil Nömrələrin Daşınması xidməti ilə bağlı xüsusi tarif paketləri və böyük həcmdə həftəlik internet paketləri mövcud deyil. Bakı və Sumqayıt şəhərlərinin mərkəzi hissələrində 4G şəbəkəsində internetin sürəti 10-20 Mb/s arası dəyişir digər mobil operatorlarda isə bu göstərici 70-90 Mb/s arası dəyişir. Ən acınacaqlısı isə “call center”-ə bununla bağlı şikayət etdikdə operatorlar bununla bağlı heç bir problem görmürlər. Yəni, Azercell-ə görə 4G şəbəsində 10-20 Mb/s "normal" göstəricidir. Halbuki, qiymətləri müqayisə etdikdə Azercell ölkənin ən bahalı mobil operatorudur, buna baxmayaraq xidmət səviyyəsi və keyfiyyət 0-dır.


İlkin Məmmədkərimov

GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda azad rəqabət mühitinin yaranmasına nəyə görə imkan vermirlər? - MONOPOLİYA

    Azərbaycanda azad rəqabət mühitinin yaranmasına ...

    30-06-2024, 14:12

  • 
  • Azercell “İlin Mobil Operatoru” seçildi

    Azercell “İlin Mobil Operatoru” seçildi ...

    21-12-2015, 19:24

  • 
  • Azercell şəbəkəsi güclənməkdə davam edir

    Azercell şəbəkəsi güclənməkdə davam edir ...

    8-07-2015, 20:18

  • 
  • Azercell-in 4G sürəti indi Gəncədə!

    Azercell-in 4G sürəti indi Gəncədə! ...

    15-09-2017, 17:53

  • 
  • Azercell-dən cəbhə xəttinə dəstək

    Azercell-dən cəbhə xəttinə dəstək ...

    5-04-2016, 14:32


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (301)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu