GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Nəsimi məhkəməsi (Ramin Xəlilov) qanuna “düzəliş” edib

Nəsimi məhkəməsi (Ramin Xəlilov) qanuna “düzəliş” edib

Tarix: 5-06-2025, 19:16 Bölmə :GündəmXəbər / Manşet Baxış: 278

Dövlət hesabına vəkillə təminatda məhkəmənin ikili standartı


Səhiyyə Nazirliyinin rəyi ilə müalicəyə getdiyimiz Soçidən  23.07.2024-cü ildə  qayıdanda  J28632 Soçi-Bakı reysinə dələduzluqla buraxılmamağımıza 11 aydır hüquqi qiymət verilmir. Nə Xarici İşlər Nazirliyi, RF-dəki səfirliyimiz, nə diaspora ilə iş komitəsi 1-ci dərəcəli Qarabağ əlilinin və ona qulluq edən 2-ci dərəcəli həyat yoldaşının pozulmuş hüquqlarının bərpasına yardım edir, AZAL isə açıq şəkildə saxtalıqla məşğuldur. Təsəvvür edin, 11 aydır kamera görüntülərinin, sərnişin siyahısının təqdim edilməsindən imtina edilir. RF prokurorluğuna elektron şikayətlərimizə  21.01.2025-ci il tarixli sonuncu cavabdan şikayətimizə 5 aydır cavab yoxdur. Yəqin daha saxta cavablarını əsaslandırmağa bəhanə tapmırlar. İndiyədək bizim gecikdiyimizi, saat 6-45 əvəzinə 6-46-da minik qapısında olduğumuzu, bu səbəbdən yerlərimizin 1944-cü il  Çikaqo Konvensiyasına əsasən, RF-dən deport edilən şəxsə PULSUZ (rusca: BEZVOZMEZDNO) verildiyi bildirilirdi. Biz də şikayətimizdə bu faktın cinayəti açıq-aşkar ortaya qoyduğunu sübut etdiyini, yerlərimizin qabaqcadan elə minik qapısında, ya da uçaq salonuna gedən yolda satıldığını bildirib, cinayət işi qaldırılmasını, dəyən maddi-mənəvi ziyanın beynəlxalq Monreal Konvensiyasına əsasən ödənilməsini tələb etmişik. Biz yarım-bir dəqiqə gecikmişiksə, yerlərimiz yalnız bundan sonra kiməsə verilə bilərdi, halbuki bizə yerlərimizin artıq əvvəlcədən tutulduğu bildirilir. RF baş prokurorluğu Soçi və Cənub nəqliyyat prokurorluqlarının, AZAL-ın RF-dəki nümayəndəliyinin uydurduqları “deportasiya əməliyyatı”nın qarşısında cavab verməkdə acizdir. Ən azından deport olunan şəxs anonim ola bilməz axı!

Azərbaycanın RF-dəki səfirliyi 11 aydır susur, amma Rusiyanın Bakıdakı səfirliyi şikayətimizə anında cavab verib ki, ilk növbədə daşıyıcı şirkətə- AZAL-a qarşı pretenziya irəli sürülməli, RF-dəki Azərbaycan konsulluğu öz vətəndaşlarının hüquqlarını qorumalıdır. Bunu Azərbaycan Respublikası Konstitusiyasının 53-cü maddəsi də doğrulayır: “Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının HÜQUQİ MÜDAFİƏSİNƏ təminat verir və onlara HAMİLİK edir”. Bizə isə XİN, RF-dəki səfirliyimiz, diasporamız, baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi, AZAL-ın özü nəinki hüquqi yardım edir, əksinə hüququmuza saxtalıqla qadağa qoyub. Heç məhkəmə təminatı hüququmuz, dövlət hesabına hüquqi yardımla təminat hüququmuz da tanınmır.

8 aydır Bakının Nəsimi rayon məhkəməsinin hakimi Ramin Xəlilov heç bir müraciətimizə, vəsatətimizə, işin arbitraj məhkəməsinin həllinə verilməsi, iclasın videokonfrans əlaqə sistemi vasitəsilə keçirilməsi, dövlət hesabına vəkillə təminatımız barədə ərizələrimizə baxmır. Ən başlıcası, MPM-in 78.2 maddəsi əsasında cavabdeh AZAL-da olan iş üçün əsas önəm daşıyan sübutların – kamera görüntülərinin və sərnişin siyahısının təqdim olunması haqqında vəsatətə baxıb, bu sübutları tələb etmir. İşin arbitrajın həlinə verilməsini hakim özü təklif etməli olduğu halda (MPM-in 167.1.5 maddəsi), bu barədə ərizələrimizə də 3 aydır MPM-ə “dəyişiklik- DÜZƏLİŞ” edərək baxmır. Təsəvvür edin, MPM-də birinci instansiyanın qərardadından tərəfin qərardadı çıxarmış məhkəməyə ŞİKAYƏT VERƏ BİLMƏSİ təsbit olunub, hakim Ramin Xəlilov isə özbaşınalıqla qanuna DÜZƏLİŞ edib ki, “qərardaddan KASSASİYA ŞİKAYƏTİ VERİLƏ BİLƏR”.(?) MƏHKƏMƏNİN QANUNA DÜZƏLİŞ ETMƏK, DƏYİŞDİRMƏK SƏLAHİYYƏTİ VAR? Hələ ki Məhkəmə Hüquq Şurası məhkəmələrin qanun “yaradıcılığına” qiymət vermir.

Ramin Xəlilov 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından da imtina edib ki, pensiyası, gəlirləri vəkilin haqqını ödəməyə yetər. (?) Halbuki qanunvericilikdə əlillərin “gəlir deklorasiyası” verməsi, məhkəmənin gəlirlər haqında məlumat toplaması yazılmayıb. Ən azı, onda çıxarlar, xərclər də hesablanmalıdır. Nəsimi məhkəməsinin hakimi Ramin Xəlilovun 1-ci dərəcəli Qarabağ əlilinin dövlət hesabına vəkillə təminatından imtinası məhkəmə təcrübəsinin vahidliyi prinsipinin də pozulması deməkdir. Həmin məhkəmənin hakimi Vüsalə Musayeva ABB-yə qarşı işdə ərizə vermədiyi halda, həmin Qarabağ əlilinə “müharibə veteranı” kimi Ayaz Məmmədzadəni dövlət hesabına vəkil edib. Necə olur, əlil ərizə verəndə vəkildən imtina edilir ki, dövlət büdcəsi çökəcək, amma ərizə verməyəndə dövlət büdcəsini Ayaz Məmmədzadənin göstərmədiyi xidməti ilə “77 manat çökdürüblər”? VK da bu ikili standarta “Ramin Xəlilovun hakimlik fəaliyyəti ilə bağlı olduğundan” münasibət bildirə bilmədiyini təkrar edir. Bəs Vüsalə Musayevanın özünə Ayaz Məmmədzadəni vəkil etməsinə, vəkilin hakimlə ortaqlıqda büdcəni 77 manat “çökdürməsinə” necə, VK münasibətini belə bildirir?

Hakim Ramin Xəlilovun açıq-aşkar cavabdehə vəkillik xidməti göstərməsi, hətta qanuna dəyişiklik, düzəliş etməsi, 8 aydır süründürməçilik etməsi, işi arbitrajın həllinə verməkdən imtinası hakimə etiraza əsas, 1-ci dərəcəli Qarabağ əlilinə dövlət hesabına vəkil ayrılmasına haqq verir. Nəsimi məhkəməsinin, hakim Ramin Xəlilovun vəkilin xidmətinə ehtiyacı olan 1-ci dərəcəli Qarabağ əlilini hüquqi yardımsız qoyub, qarşı tərəfə vəkillik xidmətinə Məhkəmə Hüquq Şurası qiymət verməyə borcludur. Verəcəkmi?

Məğrur Bədəlsoy

P. S. Bakı Apellyasiya Məhkəməsi də dövlət hesabına vəkillə təminatda ikili standartlara üstünlük verir. Hətta kassasiya şikayətinə də “gəlir bəyannaməsi”, “büdcənin çökmə təhlükəsi” əsasında” vəkillə təminatdan imtina etməklə qadağa qoyulur. İnzibati Kollegiyanın üzvləri Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov, Aytən Oruczadə...iki ildir vəkildən qərəzli imtina özbaşınalığını sürdürürlər. Mülki Kollegiya da onlardan geri qalmır. Rafael Eyvazovun sədrlik etdiyi heyət 1-ci dərəcəli əlilə kassasiya şikayəti verməyə vəkildən imtina edib ki, gəlirləri vəkilin xidmətini ödəməyə çatır. Eyni kollegiyanın başqa heyəti (sədrlik edən Vahid Sadıqov) isə eyni əlilə dövlət hesabına vəkil ayırmasını belə əsaslandırb ki, işləyib-işləməsindən asılı olmayaraq 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrılmalıdır.


Gundemxeber.az


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın RF-dəki səfirliyi, məhkəməsi, AZAL Rusiya tabeliyindədir?

    Azərbaycanın RF-dəki səfirliyi, məhkəməsi, AZAL ...

    13-05-2025, 09:47

  • 
  • Azərbaycanın RF-dəki səfirliyi, məhkəməsi, AZAL Rusiya tabeliyindədir?

    Azərbaycanın RF-dəki səfirliyi, məhkəməsi, AZAL ...

    3-05-2025, 23:33

  • 
  • XİN Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqdan imtina edir

    XİN Azərbaycan vətəndaşlarının hüquqlarını ...

    22-10-2024, 17:00

  • 
  • İnsan hüquqları üzrə müvəkkili müvəkkillikdən imtina edir

    İnsan hüquqları üzrə müvəkkili müvəkkillikdən ...

    19-12-2021, 22:08

  • 
  • Ali Məhkəmə “Rəvan” sığorta şirkətinin rüşvətini Konstitusiyadan üstün tutub

    Ali Məhkəmə “Rəvan” sığorta şirkətinin rüşvətini ...

    17-10-2020, 15:46


Təqvim

«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Arxiv xəbərlər

İyun 2025 (298)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu