GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Azərbaycanın RF-dəki səfirliyi, məhkəməsi, AZAL Rusiya tabeliyindədir?

Azərbaycanın RF-dəki səfirliyi, məhkəməsi, AZAL Rusiya tabeliyindədir?

Tarix: 3-05-2025, 23:33 Bölmə :GündəmXəbər / Manşet Baxış: 438


Qroznıya uçan uçağımızın terror qurbanı olmasından 5 ay keçdi. Hələ də bu olaya hüquqi qiymət verilməyib. Amma bir ara qızğın ittihamlar, “rus casuslarının ifşası” gündəmi zəbt etmişdi. Rusiya tərəfi də geriyə addım atmaq fikrində deyildi, olayda bizim uçaq heyətini günahlandırır, narıncı boyanmış “qara qutu”nun danışmasını” saxtalaşdırmağa ümid edirdi. Azərbaycan xalqının çıxardığı gerçəklik isə acı idi: 

HAKİM OLASI BAKI DÖVLƏT UNİVERSİTETİ DİPLOMLU HÜQUQÇU QIZ-GƏLİNLƏRİMİZ, XANIMLARIMIZ ən yaxşı halda HAVA BƏLƏDÇİSİ, SAXTA DAĞISTAN DİPLOMLU “HÜQUQÇULAR” HAKİM KÜRSÜSÜNDƏ!

Hələ bəxtimiz onda gətirdi ki, dövlət başçısı olaya etirazını bildirdi, Rusiya tərəfinin üzr istəməsini tələb etdi. Yoxsa AZAL-a qalsaydı, günahı sərnişinlərin boynuna qoymaq məharətini göstərəcəkdi! Bu fikrə düşməyimiz boşuna, havadan deyil, başımıza gələnlərdən qaynaqlanır. 23.07.2024-cü ildə J2 8632 Soçi-Bakı saat 7-00 reysinə gecikmədiyimiz halda Soçidə reysə buraxılmadıq və bu özbaşınalıq bizə iki min manata başa gəldi. 10 aydır nə AZAL, nə XİN, Rusiyadakı səfirliyimiz, nə də Baş prokurorluğun beynəlxalq əlaqələr idarəsi Azərbaycan vətəndaşlarının xarici ölkədə hüquqlarının pozulmasına heç bir reaksiya vermir. Hətta adi sayılan sərnişinlərin siyahısı və kamera görüntülərinin təqdimolunması barədə sorğular da cavabsızdır. RF prokurorluğuna elektron şikayətlərə cavab olaraq Soçi aeroportu rəsmi məktubla saat-6-46-da (təkrar şikayətimizdə isə 6-41-də) minik qapısında olduğumuzu, yəni gecikmədiyimizi bildirdi. RF prokurorluğu da faktla bağlı cinayət işi qaldırmaqdan imtinanı əsaslandıra bilmədiyindən hər cavabından yuxarı prokurorluğa şikayət etməkdəyik. Hazırda şikayətimiz RF baş prokurorluğu instansiyasındadır. RF baş prokurorluğunun idarə rəisi V.Q. Tyulkovun razı olmadığımız 21.01.2025-ci il tarixli cavabından şikayətimizə hələ baxılmayıb. RF Baş prokurorluğu aşağı prokurorluqların rüşvət, korrupsiya əməllərinə hüquqi qiymət vermək istəmədiyindən, bizim gecikdiyimizi, bu səbəbdən reysə buraxılmamağımızı, yerlərimizin isə 1994-cü il Çikaqo Konvensiyasına əsasən RF-dən deport olunan anonim Azərbaycan vətəndaşına ƏVƏZSİZ (rusca:bezvozmezdno) verildiyini bildirib. Yəni cinayət faktı göz önündədir, sübuta ehtiyacı yoxdur. Şikayətimiz də elə bu məntiqsiz cavabla bağlıdır. Axı bizim gecikəcəyimizi (!) AZAL-ın Soçi nümayəndəliyi, Soçi aeroportu haradan bilirdi ki, yerlərimizi RF-dən deport edilən anonim Azərbaycan vətəndaşlarına verib ? Baxın, bizim yerlər reysə miniyin tamamlandığı 6-45-dən sonra, yəni ən tezi 6-46-da satışa çıxarıla, başqasına verilə bilərdi, bu isə mümkün deyil. Ən başlıcası, biz özümüz , bildirildiyinə görə, 6-46-da minik qapısında olmuşuq. Belə çıxır, bizim yerimizi 6-46-da başqasına veriblər ki, bəs 1994-cü il Çikaqo Konvensiyası bunu tələb edir? Təkcə bu faktın özü cinayətkar saxtalığı, Soçi aeroportunun, AZAL-ın Soçi nümayəndəliyinin rüşvət, korrupsiya əməllərini sübut edir. Biz hələ Soçi aeroportunun AZAL-a xidmət edən kassirinin rüşvət tələb edib, ala bilməyəndə əlil cütlüyün birinə 31A, o birinə 38 C yerlərinin təhkim edilməsini demirik. RF prokurorluğu bu rüşvət faktını AZAL nümayəndəliyinin boynuna qoyub, qiymət verməkdən imtina edir. Beynəlxalq Çikaqo Konvensiyasını özbaşınalığa əsas edənlər bizim hüququmuzun beynəlxalq Monreal Konvensiyası ilə qorunmasından xəbərsizdirlər, ya da özlərini savadsızlığa, bilgisizliyə qoyublar. Azərbaycanın da, Rusiyanın da qoşulduğu 28 may 1999-cu il tarixli Monreal “Beynəlxalq hava daşımalarının bəzi qaydalarının unifikasiyası üçün Konvensiya”nın 19-cu maddəsinə görə, daşıyıcı sərnişinlərin, baqajın və ya yükün daşınması zamanı ləngimə nəticəsində baş vermiş zərərə görə məsuliyyət daşıyır. Konvensiyanın 22-ci maddəsinə görə, ...ləngimə nəticəsində zərər vurulduğu halda daşıyıcının hər bir sərnişinə münasibətdə məsuliyyəti 4150 xüsusi borcalma hüququnun məbləği ilə məhdudlaşır. 23-cü maddəyə görə, xüsusi borcalma hüququnun məbləği Beynəlxalq Valyuta Fondunun öz əməliyyatları və hedablaşmaları üçün tətbiq etdiyi qiymətləndirmə metoduna uyğun olaraq hesablanır. Beynəlxalq Monreal Konvensiyasının 35-ci maddəsində məsuliyyət haqqında iddianın hava gəmisinin təyinat yerinə çatdığı andan etibarən iki il müddətində qaldırılması təsbit olunub. İddia qaldırılan Nəsimi məhkəməsi (h. Ramin Xəlilov) 6 aydır iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin heç bir vəsatətinə, ərizəsinə, dövlət hesabına vəkillə təminatı , işin arbitraj məhkəməsinin həllinə verilməsi barədə müraciətlərinə baxmır. Məhkəmə faktiki olaraq cavabdeh AZAL-ın vəkili rolunda çıxış edir. AZAL özü özünü RF-nin şirkəti kimi aparır. Özbaşınalığa baxın, 1-ci dərəcəli Qarabağ əlili 10 aydır cavabdehdən kamera görüntülərini, sərnişinlərin siyahısını ala bilmir, MPM-in 78.2 maddəsi əsasən cavabdehdə olan bu sübutların məhkəməyə təqdim edilməsinə ərizə verir, baxılmır, amma AZAL Moskvadakı nümayəndəliyi vasitəsilə RF prokurorluğunun cavabını dəyişdirir. (?). Mübahisə reysə gecikmə ilə bağlıdırsa, kamera görüntülərinin, sərnişinlərin siyahısının məhkəməyə təqdim edilməsi ilə kimin haqlı olmasını müəyyən etmək su içmək kimi bir şeydir. Aeroportun içindəki kameraların işləmədiyini iddia etmək ki mümkün deyil. Rusiya tərəfi öz rüşvətxorlarını, korrupsionerlərini elə rüşvət qarşılığında belə qoruyur, kamera görüntülərinin təqdim olunmasını təmin etmir, hətta Çikaqo Konvesiyası ilə yerlərimizin deport olunmuş şəxslərə verilməsini, əlilliyimiz haqqında AZAL-ın xəbər vermədiyini bildirir, bəs özümüzünkü olan AZAL-a, RF-dəki səfirliyimizə, məhkəmələrimizə nə gəlib? Niyə adicə sərnişin siyahısının, kamera görüntülərinin üzə çıxmasında maraqlı deyillər? Qoy kamera görüntüsünü ortaya, sübut et ki, gecikmişik. Yoxsa, RF prokurorluğunun saxta məktublarını daha da saxtalaşdırmaq, dəyişdirməklə məsuliyyətdən yayınmaq mümkünsüzdür. Ən azı, beynəlxalq Monreal Konvensiyasının pozulması ilə beynəlxalq məhkəmələr barışmayacaq. Görəsən,Azərbaycan məhkəmələri, səfirliyi, daşıyıcısı niyə Rusiyanın yanındadır, ünlü gülməcədə deyildiyi kimi, ona “əmoğluluq” edirlər?


Məğrur Bədəlsoy

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Soçidə reysə buraxılmayan qazi Moskvadan səfir Bülbüloğlu ilə bir uçaqda gəlib

    Soçidə reysə buraxılmayan qazi Moskvadan səfir ...

    23-08-2024, 10:44

  • 
  • Putin Türkiyənin üzr istəməsini gözləyir

    Putin Türkiyənin üzr istəməsini gözləyir ...

    26-11-2015, 16:52

  • 
  • XİN Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqdan imtina edir

    XİN Azərbaycan vətəndaşlarının hüquqlarını ...

    22-10-2024, 17:00

  • 
  • AZAL sərnişinlərin yükünü gecikdirib - QALMAQAL

    AZAL sərnişinlərin yükünü gecikdirib - QALMAQAL ...

    18-08-2014, 01:10

  • 
  • AZAL qiymətləri artıracaq? - Rəsmi cavab

    AZAL qiymətləri artıracaq? - Rəsmi cavab ...

    22-01-2017, 16:07


Təqvim

«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Arxiv xəbərlər

May 2025 (226)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1091)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu