GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » XİN Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqdan imtina edir

XİN Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqdan imtina edir

Tarix: 22-10-2024, 17:00 Bölmə :GündəmXəbər / Manşet Baxış: 1 187


Konsulluq xidmətinin işi nədən ibarətdir?

Azərbaycana hava yolu ilə sənədsiz casuslar göndərilir


Media müalicəyə getdikləri Soçidən Bakıya reysə buraxılmayan Qarabağ qazisi ailəsinin üzləşdiyi problemdən yazıb. Qısaca onu deyək ki, əlil cütlüyün gecikmədiyi halda J2 8632 reysini yerinə yetirən uçağa minməsinə yol verilməməsi Azərbaycan tərəfini maraqlandırmır. Rusiya tərəfi - prokurorluq hələ də araşdırma aparır və hər cavabında AZAL-ın , onun Soçi nümayəndəliyinin qanunsuz əməllərini açıqlayır. Cənub nəqliyyat prokurorluğu bildirib ki, biz AZAL-ın qaydasına görə, 6-45-də minik qapısında olmalıydıq, 6-45-30 saniyədə olmuşuq , yəni yarım dəqiqə gecikdiyimizə görə bizi reysə buraxmayıblar. Bəs bizim yerimizdə kim uçub, bəyəm sərnişinlərin siyahısını əldə etmək belə çətindir? RF tərəfi- prokurorluq 106 yerlik uçaqda 105 nəfərin uçduğunu bildirib və bizə verilən yerlərin sənədləşmə olmadan (?) RF-dən deport edilən Azərbaycan vətəndaşına verildiyini bildirib. Bununla Rusiya prokurorluğu AZAL-ın Soçi nümayəndəliyini “dimdiyindən tora düşürüb”. Axı , birincisi, yarım, bir dəqiqənin içində, lap 5 dəqiqə olsun, kimisə gecikənin yerinə yerləşdirmək olmaz! Deməli, korrupsiya cinayəti yolu ilə bizim yerimizi sənədləşməsiz , bilet yazmadan elə minik qapısının ağzında, trapa gedən yolda satıblar. İkincisi, bəyəm deport edilən şəxs anonimdir, kimliyi, qadın-kişiliyi bilinmir? Deport olunubsa, onu deportasiya edən məhkəmə icraçıları, Soçi Federal miqrasiya xidmətinin əməkdaşları da aeroportda yola salmalı idilər. Və ən başlıcası, deport olunan şəxs biletsiz , sənədsiz uça bilməz.

 Bəlkə elə bu şəxs casusdur, bileti olmadan uçağa xidmət edən əslən azərbaycanlı olmayan personal (Soçidə AZAL-ın nümayəndələri , biz gördüyümüzə görə, Orta Asiya mənşəli şəxslərdirM. B.) buraxıb Azərbaycana? Quru yollarını 4 ildir bağlamışıq ki, casuslar gələ bilər, hava yolu ilə gəlmək lap asandır ki! Baxın, Qarabağ qazisinin adı ilə, onun bileti, pulu ilə gələn kimdir, nə AZAL bunu açıqlayır, nə Soçi aeroportu. Fikrimizcə, Azərbaycan DTXsı, ya Xarici Kəşfiyyat Xidməti bu faktı araşdırmağa borcludur. XİN-in konsulluq idarəsi isə işini görməkdən, Rusiyada hüququ pozulan, reysə “lotuluqla” buraxılmayan Azərbaycan vətəndaşlarının hüquqlarını qorumaqdan imtina edir. 3 ayda bir dəfə də olsun RF-dəki Azərbaycan səfirliyi adi bir cavab da verməyib. Halbuki keçmiş səfir Polad Bülbüloğlu anında onlayn müraciətlə bilgiləndirilib , hətta reysə buraxılmayan, məcburən Soçi- Moska -Bakı reysinə dördqat bahasına bilet alan vətəndaşlarla birlikdə eyni uçaqda Bakıya gəlib. Onu əvəzləyən Rəhman Mustafayevə müraciətlərə də baxılmır. XİN-in konsulluq idarəsinin rəisi Emil Səfərov hüququ pozulan vətəndaşların şikayətini RF-dəki səfirliyə göndərməkdənsə, AZAL-a göndərib və sonuncunun ənənəvi saxta cavabını şikayətçiyə yönləndirib. Təkrar şikayətlərə isə baxmır, “dedığım dedik”dir prinsipi ilə isə hüquq qorunmur. Deyəsən, Azərbaycanda bütün dövlət qurumları “bir-birinin ağzına tüpürüb”, hamı işini görmək yerinə, “poçtalyonluq edir”. Yeri gəlmişkən, “baş poçtalyon” Ombudsman, bu yol heç bir cavab verməyib. Yəqin Rusiya onun “dairəsinə” aid olmadığından, şikayəti aidiyyatı üzrə  göndərə də bilmir. Amma XİN-ə göndərə və onun verdiyi cavabı 3 dəfə təkrar edə bilərdi. Belə poçtalyonluq xidməti ilə isə nə hüquq qorunar, nə də dövlət (marağı). Sənədsiz şəxslər hava yolu ilə qazilərin pulu hesabına gəlib , casusluq xidmətini sürdürərlər.

...Yazı tamamlanan anda XİN katibliyinin elektron poçtundan konsulluq idarəsinin rəisi Emil Səfərovun növbəti “dedığım dedikdir” cavabı gəldi: “ Bildirmək istərdik ki, 03.10.2024-cü il tarixli müraciətinizdə göstərilən məsələnin araşdırılması istiqamətində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) səlahiyyətləri çərçivəsində görülmüş mümkün tədbirlər və onun nəticəsinə dair XİN-in ...12.09.2024-cü il tarixli məktubu ilə sizə cavab verilmişdir”. İndi söz Azərbaycan Respublikasının Konstitusiyasındadır , desin görək, bu cavab Ona, konkret 53-cü maddəyə uyğundurmu? 53-cü Konstitusiya maddəsinin III hissəsini “AİDİYYATI ÜZRƏ” XİN-in , konsulluq idarəsinin , RF-dəki səfirliyin diqqətinə çatdırırıq: “ Azərbaycan Respublikası onun ərazisindən kənarda müvəqqəti və ya daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının HÜQUQİ MÜDAFİƏSİNƏ təminat verir və onlara HAMİLİK EDİR”. Hüquqa təminat, hamilik poçtayonluqla, “dedığım dedikdir”lə olur? Cavab gərəkməz, sual ritorikdir...


Məğrur Bədəlsoy


  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Soçidə reysə buraxılmayan qazi Moskvadan səfir Bülbüloğlu ilə bir uçaqda gəlib

    Soçidə reysə buraxılmayan qazi Moskvadan səfir ...

    23-08-2024, 10:44

  • 
  • "Türk Hava Yolları"nın təyyarələri də Bakıya uçacaq? - AZAL-dan CAVAB

    "Türk Hava Yolları"nın təyyarələri də ...

    15-06-2020, 12:30

  • 
  • AZAL sərnişinlərin yükünü gecikdirib - QALMAQAL

    AZAL sərnişinlərin yükünü gecikdirib - QALMAQAL ...

    18-08-2014, 01:10

  • 
  • AZAL: Bakıdan beynəlxalq istiqamət üzrə yalnız Moskva və Londona uçuşlar yerinə yetiriləcək

    AZAL: Bakıdan beynəlxalq istiqamət üzrə yalnız ...

    26-03-2020, 21:28

  • 
  • Cahangir Əsgərov nazirdən bir reysə 300 min manat tələb edib

    Cahangir Əsgərov nazirdən bir reysə 300 min manat ...

    1-10-2013, 23:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (230)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu