GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı

Qaxdakı əməliyyat Vidadi İsayevin canına vəlvələ saldı

Tarix: 21-06-2025, 12:03 Bölmə :GündəmXəbər / Manşet Baxış: 461

Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyatla saxlanan Qax rayon icra başçısı Musa Şəkiliyev sayca həbs edilən neçənci belə korrupsioner məmurdur. Son illər həyata keçirilən antikorrupsiya əməliyyatları nəticəsində həbs olunanlar arasında icra başçıları da yer alır. Şəkiliyev də onlardan biri oldu. Çünki regionlarda rüşvətalma, mənimsəmə əndazəni aşmaqdadır. İcra başçıları sahibkarları incidir, əraziləri satır, "ölü can"lar saxlayır, tenderlər vasitəsi ilə maxinasiyaya yol verir, bu da günün birində əməliyyatla nəticələnir. Bu günə kimi Ağstafa, Şəmkir, Yevlax, Biləsuvar, İmişli, Neftçala rayon icra başçıları eyni ittihamlarla həbs olunublar. İndi də Qaxın icra başçısı. Bu nəyi bir daha sübut edir? - həbslərdən dərs çıxarmayanlar var və yenə də özbaşınalıqları, qanunsuzluqları davam etdirirlər. Əminliklə demək mümkündür ki, bu proses Qax rayonu ilə yekunlaşmayacaq. Çünki hansı rayon rəhbərini silkələsən, altından milyonlar, əmlaklar, biznes xanimanı çıxacaq. Ona görə həbslərin davamı şəkk-şübhə doğurmur. Əksinə, fəaliyyəti araşdırılmayan və istintaqa cəlb olunması gecikən bəzi İH rəhbərlərini qeyd etmək mümkündür.

Gundemxeber.az Anxeber.az-a istinadla  bildirir ki, onlardan başda gedəni Bərdə şəhər rəhbəri Vidadi İsayevdir. Onun fəaliyyətinin yüngül şəkildə təftiş olunması kifayətdir ki, Qaxın saxlanan başçısı Şəkiliyev yanında "toya getməli" olsun. Bərdəyə illərdir ki, "gün verib, işıq verməyən" Vidadi İsayevi hansı sirli əllərdirsə, hələ də qorumaqdadır. Halbuki onun barəsində araşdırma başlanması gecikib. Bərdə camaatı hansısa rayonun başçısı həbs ediləndə dərhal ümidlənir. Onların çoxdan gözləntisi var ki, növbə İsayevə çatacaq. Çünki icra başçısı Bərdədə böyükdən kiçiyə, sahibkardan fermerə qədər hamıya "qan uddurub". O, nə şəhid ailəsi nəzərə alıb, nə aztəminatlı ailə nədir dəyər verib, yaşıllıq bilməyib, boş sahə qoymayıb, hara gözünə göründü satıb qurtarıb, iş adamlarının gününü qara edib və bu minvalla varlanıb, Bərdədə və ətraf ərazilərdə, o cümlədən Bakıda saysız-hesabsız obyektlər, villalar, avtomobil kolleksiyası, biznes subyektləri sahibinə çevrilib. Bəs bu pulları başçı maaşı ilə qazanmaq olardımı?

Odur ki, "qara maskalı"ları arzulayan Bərdə camaatı İsayevlə bağlı araşdırmalar aparılmasını gözləməkdədir. Eyni zamanda, belə xəbərlər də gəlməkdədir ki, İsayev və digər İH başçıları Şəkiliyevin həbsindən sonra yenidən əl-ayağa düşüb, ciddi iş rejiminə keçib, müavinlərə səhv buraxmamaq tapşırığı veriblər. Məlumata görə, İsayev daha əvvəl də bu addımları atıb. O zaman hansı məmur həbs olunurdusa, Bərdədə pul yığımı, rüşvət almaq, torpaq satmaq, tikintiyə pul müqabilində icazə vermək, ağacları məhv edib yerini dükan tikmək üçün peşkəş etmək kimi qanunsuz hərəkətlərə qısamüddətli fasilə verilirdi. İndi də Qaxdakı əməliyyat Bərdədə İsayevin canına vəlvələ salıb.

Qeyd edək ki, 15 ildir Bərdədə hökmranlıq edən İsayevin qanunsuz əməlləri və malikanələri, obyektləri barədə mətbuatda geniş məlumatlar dərc olunub. Hətta bir müddət əvvəl yerli sakinin şikayəti əsasında üzə çıxmışdı ki, Bərdənin icra başçısı Vidadi İsayev dövlət qulluqçularını öz evində, obyektlərində qanunsuz olaraq işlədir.

Ona görə də İsayevin fəaliyyətini araşdırmaqla səs-küylü bir prosesin təməli qoyula bilər. Lakin Qax əməliyyatı göstərdi ki, icra başçıları həbsə gedənə qədər öz əməllərindən əl çəkmək istəmirlər və növbənin onlara çatacağına inanmırlar. Lakin günün birində qapı döyülməmiş açılır...

Azər Talıbov

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəmkir, Neftçala və Xətainin icra başçıları vəzifədən uzaqlaşdırılır?

    Şəmkir, Neftçala və Xətainin icra başçıları ...

    8-10-2014, 14:01

  • 
  • Karantin günlərində Qax başsız qalıb... - İDDİA

    Karantin günlərində Qax başsız qalıb... - İDDİA ...

    20-04-2020, 10:27

  • 
  • “Mən deyən adama səs verəcəksiniz” - İcra başçısı Musa Şəkiliyevdən yerli dövlət qurumlarına göstəriş

    “Mən deyən adama səs verəcəksiniz” - İcra başçısı ...

    28-12-2019, 12:30

  • 
  • Bu gün DTX-nin saxladığı icra başçısı kimlərin qohumudur? - ŞOK DETALLAR

    Bu gün DTX-nin saxladığı icra başçısı kimlərin ...

    20-06-2025, 19:04

  • 
  • Bu dəfə Şəhid anası icra başçısını İFŞA ETDİ - NARAZILIQ!

    Bu dəfə Şəhid anası icra başçısını İFŞA ETDİ - ...

    8-07-2021, 10:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu