GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » “Məşğulluğun işğalı” və "Şapka Habil"in əməlləri - ŞOK İDDİA

“Məşğulluğun işğalı” və "Şapka Habil"in əməlləri - ŞOK İDDİA

Tarix: 11-08-2025, 10:28 Bölmə :GündəmXəbər / Manşet Baxış: 2 103


Ötən sayımızda "FETÖ öyrəncisi Sadiq Əliyev dövlətin sosial siyasətinə xəyanət edir? - İDDİA" başlığı altında tənqidi məqalə dərc etmişdik.(https://gundemxeber.az/gundemxeber/94497-feto-oyrencisi-sadiq-eliyev-dovletin-sosial-siyasetine-xeyanet-edir-dda.html)


Bildirmişdik ki, həm Fətullah Gülənin (FETÖ) öyrəncisi Sadiq  Əliyevin, həm də Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq filialının sədri Habil Alıyevin (Alısoy) əlaqədar qurumla bağlı özlərinə rüşvət çetesi yaratmaq üçün etdikləri əməllərə toxunmuşduq. Yazmışdıq ki, Habil Alıyev atdığı addımı yerliçilik və bölgəçilik sütunları üzərində qurur. Bu, o demək deyil ki, gədəbəylilərin qeydinə qalır. Şəxsi mənafeyinə uyğun olduğu təqdirdə bunu edir. Şəxsi mənafeyi naminə dövlətin qurumunu öz şəxsi ambisiyaları doğrultusunda idarə edir. İstənilən kadrı, hətta gədəbəyli olsa belə, gənc və perspektivli, müharibə iştirakçısı, işinin öhdəsindən layiqıncə gəlməsinə baxmayaraq, aldadıb işdən çıxarmaq da əlindən gəlir. İşçilərin rəhbərə qarşı güvənini baltalayan qəssaba çevrilib. İşdən aldadıb çıxarmaq bir ayıb, işə qaytarılmaq adı ilə yalanlar uydurmaq ikinci ayıb. Başına oyun açdıqlarının məhkəməyə müraciət vaxtlarının keçməsindəki oyunbazlıqları tamamilə  ayrıca və inanılmaz, seriallara mövzu olacaq ayıb... Ayıb üzərindən ayıb!..

Etdikləri əməllərə toxunmuşduq. Əvəzinə etdikləri əməllər acınacaqlı vəziyyət ortaya çıxarıb. Dövlət Məşğulluq Agentliyinin keçmiş sədri ilə tələbə yoldaşlığından sui-istifadə edərək yalan məlumatları ilə meydan sulayan Habil Alıyev, indi də yeni sədrlə dostluğundan daha acınacaqlı şəkildə sui-istifadəyə davam edir. Üstəlik, etdiklərindən xəbərsiz və günahsız kimi özünü təqdim edərək işin içindən sıyrılmağa da çalışır. İstər Gədəbəy, istər Şirvan, istərsə də Bakı Regional Məşğulluğun sədri olduğu az zamanda "qəssabına çevrildiyi" işçilərinin dediklərindən məlum olur ki, bütün pis əməllərin baiskarı kimi, özünəməxsus metodla yeni naziri səbəbkar kimi qələmə verir. İyrənc metodlarla idarəçilik bir məqsəd daşıyır: Dövlətə və dövlətçiliyə xəyanət!

"Mənim xəbərim yoxdur, elə mən də xəbərsizəm, Nazirlik edib" deyərək, işin içindən sıyrılmağı da ayrıca metod halına gətirib.

GundemXeber.Az-a daxil olan məlumata görə, Sadiq Əliyevlə Habil Alıyev arasında ticarət əlaqələri var. Kənddən Bakıya gələrkən 5 inək satıb şəhərə yerləşən Habil necə olur ki, qısa müddətdə banklardan 600.000 (Altı yüz min) manat aşağı faizlə kredit götürə bilir? Restoran şəbəkələrinin sahibi olsa da, etdiklərini başqalarının adına sənədləşdirir. Hətta maşınlarını da öz adına sənədləşdirmir. Bankda işlədiyi zamanlarda adı "Şapka Habil" kimi niyə məşhurlaşıb, bunları bilə-bilə Bakı kimi bir şəhərin məşğulluq idarəçiliyinə necə gətirilib?!

İstər “Respublika Bank”da, istərsə də “Yelo Bank”da ləqəbi "Şapka Habil" olub və belə də çağırılıb.

Redaksiyamıza danışan mənbə onu da qeyd edib ki, Habil Alıyev Bakının Mərkəzi küçələrində milyonluq obyektlərə sahibdir. Öz adına olmaması isə düşündürücüdür.

Beləliklə, keçək əsas məsələyə: Dövlət Məşğulluq Agentliyinin rəhbər heyətinə işdən qanunsuz və əsassız olaraq çıxarılan və işə qəbulla bağlı etdiyi çoxsaylı yazılı və şifahi müraciətlərin uzun müddətdir öz həllini tapmaması olduqca maraqlıdır.

Məlumat üçün bildirək ki, test və müsahibə nəticəsində Məşğulluq Mərkəzində aparıcı məsləhətçi vəzifəsinə işə qəbul edilən, staj və sınaq müddətini uğurla başa vuraraq daimi dövlət qulluqçusu adını qazanan işçi aldadılıb və süründürməçiliyə məruz qoyulub. Agentlik tərəfindən  müraciətinin cavabında köməklik göstəriləcəyi bildirilsə də, 21 saylı Ərazi Məşğulluq Mərkəzi filialına yeni təyin olunan müdir Habil Alıyev bir müddətdən sonra işçiyə yaxşı kadr olduğunu, başqa idarəyə göndərmək istəmədiyini və işçini aldadaraq Şəmkir nümayəndəliyinə yaxşı vəzifəyə göndərəcəyini bildirib.

Müdir vəzifəsini icra edən Habil Alıyev heç bir səbəb olmadan cənab Prezidentin müharibə iştirakçılarının işdən çıxarılmaması barədə tapşırığına baxmayaraq, işlədiyi müddətdə heç bir nöqsanı olmadığı halda Vətən müharibəsi qazisi (Bundan sonra Qazi – müəllif.)  ilə əmək müqaviləsinin müddətini uzatmayaraq müqaviləyə xitam verdirib. Hansı ki, o, Qazinin işlədiyi müddət ərzində hər zaman yaxşı işçi olduğunu bildirib və idarədə stajör kimi fəailiyyət göstərən əməkdaşlara nümunə göstərdiyi işçinin müqaviləsinə xitam verdirib. Habil Alıyevdən nə səbəbə bağlanmış əmək müqaviləsinin müddətini uzatmamasının səbəbini soruşduqda, o, özünə yeni KOMANDA yığacağını bildirib. Öz çirkin iddiasından əl çəkməyən müdir Qazidən başqa beş nəfərin də müqaviləsinə xitam verdirərək, əvəzində öz qohumlarını və tanışlarını vəzifəyə təyin etdirib. Redaksiyamıza danışan mənbə iddia edir ki, Habil Alıyev keçmiş Agentlik sədri Mustafa Abbasbəyli ilə yaxın dost olduğuna görə özbaşınalıq edir və hələ də buna göz yumulur.

Şikayət edən şəxs subordinasiya qaydalarına əməl edərək, bu barədə Dövlət Məşğulluq Agentliyinin rəhbər heyətinə məlumat verdiyini də bildirir. Rəhbərlik tərəfindən də bu məsələnin araşdırılacağı və aldadılan işçiyə köməklik ediləcəyi barədə məlumat da verilib. Amma buna baxmayaraq, təxminən üç ay aparılan  araşdırmanın nəticəsi olaraq, işdən haqsız yerə  çıxarılan və işində heç bir nöqsanı olmayan işçinin Habil Alıyevlə bağlanmış müddətli əmək müqaviləsinə qərəzli mövqe tutaraq xitam verilməsi haqda  qərar haqlı hesab olunub. Məhz bu səbəbdən oktyabr ayında 6 saylı Ərazi Məşğulluq Mərkəzi filialına Qazinin işə qəbul olunması haqda qərar verildi. Amma buna baxmayaraq, işə qəbul prosesi zamanı heç bir qanuni əsas olmadan Qazinin anasının əlilliyinin yoxlanılması tələb olundu. Yoxlamadan sonra Qazinin anasının 21 il 7 aylıq əlillik pensiyası dayandırıldı və yenə də işə qəbulu ləngidilib. Belə olan təqdirdə Qazi işçi yenidən Dövlət Məşğulluq Agentliyinə müraciət etmək məcburiyyətində qalıb. Agentlik tərəfindən 2021-ci ilin dekabr ayında işə qəbul üçün sənədlərin Nazirliyə göndərilməsi bildirilib. 9 ay keçdikdən sonra Nazirlikdən Qaziyə işə götürülməyəcəyi haqda bildiriş verilib. Bu zaman Qazi haqqını tələb edəcəyini bildirib və lazimi orqanlara müraciət edəcəyini də deyib. Hətta bu haqsızlığı cənab Prezidentə çatdırılması üçün ölkə mediasına da  müraciət edəcəyini diqqətlərinə çatdırıb. Qazinin belə bir mesajından sonra Agentliyin sədri Mustafa Abbasbəyli bildirib ki, "yazı-pozu ilə iş həll olunmur. Media özü Nazirliyin qabağında kəlləmayallaq dursa belə, biz işə qəbul etmiriksə, etməyəcəyik!" Qazi haqsız yerə işsiz qaldığını və anasının əlilliyinin dayandırılmasını əsas gətirərək fəryad edir. Prezident İlham Əliyevin müharibə iştirakçılarının işlə təmin olunmasına və işdən çıxarılmaması barədə tapşırıqlar verməsinə baxmayaraq, Mustafa Abbasbəyli və Habil Alıyev buna məhəl qoymurlar.

Ardı var...


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • FETÖ öyrəncisi Sadiq Əliyev dövlətin sosial siyasətinə xəyanət edir? - İDDİA

    FETÖ öyrəncisi Sadiq Əliyev dövlətin sosial ...

    29-07-2025, 09:41

  • 
  • Habil Əliyev yeriyə bilmir

    Habil Əliyev yeriyə bilmir ...

    3-10-2014, 13:01

  • 
  • Habil Əliyevin səhhəti yenidən ağırlaşıb

    Habil Əliyevin səhhəti yenidən ağırlaşıb ...

    19-08-2015, 19:43

  • 
  • Vergilər nazirinin müşaviri Habil Məmmədov vəzifəsindən azad olunub

    Vergilər nazirinin müşaviri Habil Məmmədov ...

    4-07-2018, 12:02

  • 
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nə baş verir?

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində nə ...

    28-11-2020, 10:51


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (245)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu