GundemXeber.Az-ın sosial şəbəkələrdən əldə etdiyi məlumata görə, Azərbaycandan olan bir ailə xaricdə olmazın problemlə üz-üzə qalıb.
Belə ki, Azərbaycandan Almaniyaya yaşamağa gedən Gültac xanım Məhəmməd (GülüMaqa) iki azyaşlı uşağı ilə birlikdə rastlaşdığı problemini yoluna qoymaq üçün Almaniyada yaşayan Rəna Nizami adlı bir xanıma yardım üçün müraciət edib. Bundan sonra, Rəna xanım daimi iş birliyində olduğu və Fransanın Laval şəhərində yaşayan sürücü Zahid Rzayevlə əlaqə yaradaraq, ona müraciət edən ailəni Fransaya aparıb, oradan da Azərbaycana yola salınmasını xahiş edib. Maraqlı hal odur ki, həmin vaxt Zahid Rzayevin özü də Almaniyada olub. Bu işbazların danışığından sonra, Rəna Nizami problemlə üzüzə qalan ailənin başçısı Gültac xanımdan 2000 evro pulunu alıb. Pulu aldıqdan sonra isə, adıçəkilən ailənin sürücü Zahid Rzayevlə Fransadan Azərbaycana göndərilməsi üçün yola salıb.
Rəna Nizaminin tanışı sürücü Zahid Rzayev ailəni Fransa Hava Limanına aparıb və onları oradan yola salmaq üçün Gültac Məhəmməd xanımdan barmağındakı nişan üzüyünü istəyib. Gültac xanım nişan üzüyünü verməkdən imtina etdikdə, sürücü ailəni Fransa hava limanının ortasında buraxaraq, aradan çıxıb. Hətta onlara hədə-qorxu da gəlib.
Ən maraqlısı odur ki, ailə Azərbaycana gəlmək istəyərkən, Fransa Hava Limanında saxlanılıb. Gültac xanım heç bir yerə məlumat verməmişdən öncə, Rəna Nizami baş verdiyi andan hadisədən xəbərdar olub. Çünki, o, birinci hadisənin baş verdiyini zəng edərək, bunu saxlanılan ailənin başçısına deyib...
...Hökumət tərəfindən iki azyaşlı uşağı əlindən alınan Gültac Məmməd və həyat yoldaşı Tik-Tok platformasının canlı yayımına çıxaraq, fəryad ediblər və başlarına hər-hansı hadisənin gələcəyi təqdirdə, Rəna Nizamini və sürücü Zahid Rzayevi günahkar hesab edəcəyini bildiriblər.
Amma nə olsun?! Heç nə etmək mümkün olmayıb. Ana köməksizdir və buna görə baş verənləri media vasitəsi olaraq diqqətdə saxlayırıq.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?