GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » DAHA BİR JURNALİSTLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT OLUNDU

DAHA BİR JURNALİSTLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT OLUNDU

Tarix: 12-07-2013, 16:44 Bölmə :Ölkə Baxış: 762
DAHA BİR JURNALİSTLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT OLUNDU

Bir sıra tanınmış ictimai xadimlər və müxtəlif KİV-lərdə çalışan 20-dən artıq redaktor və jurnalist daha bir həmkarlarına dəstək vermək xahişilə Prezident İlham Əliyevə müraciət ediblər.

Müraciətdə ölkə başçısından Teleqraf.com saytının redaktoru Zahid Nurəliyev və həyat yoldaşı Rəna Hacıyevanın jurnalistikada 15 illik təcrübəsini, eləcə də ailənin vəziyyətini – ev və torpaq sahələrinin olmamasını, uşaq serebral iflici xəstəliyindən əziyyət çəkən azyaşlı qızlarının fasiləsiz və ciddi müalicəyə ehtiyacı olmasını, maddi imkansızlığını nəzərə alaraq, jurnalistlər üçün tikilən binadan onlara mənzil ayrılmasına yardım etməsi xahiş olunur.

Müraciətdə deyilir: "Cənab Prezident! Biz, bu müraciəti imzalayanlar Sizin jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamınızı yüksək qiymətləndirir və bunu Azərbaycan jurnalistlərinə diqqət və qayğınızın göstəricisi hesab edirik.

Bu il jurnalistlərin peşə bayramı ərəfəsində mənzilə ehtiyacı olan media nümayəndələrinə yeni mənzillərin açarlarının təqdim olunacağı gözlənilir və bu, bizi çox sevindirir.

Sizə müraciət etməkdə məqsədimiz isə mənzilə kəskin ehtiyacı olan, lakin müəyyən edilən şərtlərdən birinə cavab verməyən və bu səbəbdən mənzil alacaq jurnalistlərin siyahısından kənarda qalan jurnalistlərimizdən birinə - Teleqraf.com saytının redaktoru Zahid Nurəliyevə istisna hal kimi yardım etməyinizlə bağlıdır. Belə ki, jurnalistikada 15 illik təcrübəsi olsa da, hazırda onun çalışdığı KİV iki ildir ki, fəaliyyətə başlayıb. Müəyyən olunan şərtlərdə isə bildirilir ki, mənzillər son 3 ildə mütəmadi olaraq yayımlanan KİV-də (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) 5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlara verilə bilər" - deyə, müraciətdə bilidirilir.

Qeyd edək ki, Zahid Nurəliyev Azərbaycan Dövlət Pedoqoji Universitetinin tarix fakültəsini bitirib. 1998-ci ilin fevral ayından “Avrasiya” qəzetində çalışmağa başlayıb. O vaxtdan etibarən müxtəlif aparıcı qəzetlərdə - “Bu gün”, “Reytinq”, ”Mərkəz”, “Politika”, “Ölkə” və s. müxbir, şöbə müdiri, redaktor vəzifələrində çalışıb.

2012-ci ilin iyun ayından etibarən isə “Gündəlik Teleqraf” qəzetinin internet versiyasının – Teleqraf.com saytının redaktorudur.

Jurnalist kimi fəaliyyətə başladığı 1998-ci ildən indiyə kimi heç bir siyasi partiyanın üzvü olmayıb. Jurnalist fəaliyyəti zamanı peşə etikasına əməl etməyə çalışıb. Fəaliyyətinə görə heç zaman məhkəməyə çəkilməyib və Mətbuat Şurası tərəfindən tənbehlə qarşılaşmayıb.
Ailəlidir, iki övladı var.

Həyat yoldaşı Rəna Hacıyeva Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. 1994-cü ildən etibarən “7 gün”, “Yeni Müsavat” qəzetlərində, “Space” telekanalında, “OK Azərbaycan” jurnalında çalışıb. Lakin ailənin azyaşlı qızı “uşaq serebral iflici” xəstəliyindən əziyyət çəkdiyi üçün onunla məşğul olmaq məcburiyyətindədir və 2007-ci ildən etibarən işləmir.

Zahid Nurəliyev və həyat yoldaşına məxsus hər hansı daşınmaz əmlak, avtomobil, o cümlədən mənzil yoxdur. Ailə 2003-cü ildən bu günədək o qədər də əlverişli şəraiti olmayan kirayə mənzillərdə yaşamağa məcburdur. Həm xəstə uşağın müalicəsi, həm kirayə xərci ailənin maddi vəziyyətini daha da acınacaqlı edir.

Müraciət müəllifləri bildirilər ki, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncam mənzilə ciddi ehtiyacı olan bu ailənin uzun illərin kirayənişin həyatının əzab-əziyyətindən qurtulacağına dair böyük ümidlər yaradıb: "Xahiş edirik ki, Zahid Nurəliyev və həyat yoldaşının jurnalistikada 15 illik təcrübəsini, eləcə də ailənin vəziyyətini – ev və torpaq sahələrinin olmamasını, azyaşlı qızlarının fasiləsiz və ciddi müalicəyə ehtiyacı olmasını, maddi imkansızlığını nəzərə alaraq, jurnalistlər üçün tikilən binadan onlara mənzil ayrılmasına göstəriş verəsiniz".

Müraciəti "Ədalət" qəzetinin baş redaktoru İradə Tuncay, APA-nın redaktorları - Nurşən Quliyev, Şahin Cəfərli, Cavid İsmayıl, Məhbubə Qasımbəyli, "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu, yazıçı-publisist Nəriman Əbdülrəhmanlı, telejurnalist Anar Yusifoğlu, Tərəfsiz (Parlament) Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlı, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Lent.az saytının redaktoru Səbuhi Məmmədli, Kulis.az-ın redaktoru Qan Turalı, Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Rey Kərimoğlu, jurnalistlər Məmməd Süleymanov, Samirə Əhmədbəyli,Kifayət Haqverdiyeva, Jalə Seyidli, Səbinə Əvəzqızı, Mahir Mehdi, Elxan Salahov imzalayıblar.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Komada olan jurnalistlə bağlı İlham Əliyevə müraciət olundu

    Komada olan jurnalistlə bağlı İlham Əliyevə ...

    31-12-2013, 00:31

  • 
  • ŞAHİN AĞABƏYLİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT OLUNDU

    ŞAHİN AĞABƏYLİ İLƏ BAĞLI PREZİDENTƏ MÜRACİƏT ...

    21-06-2013, 16:58

  • 
  • Dünya Azərbaycanlıları Assambleyasından Prezidentə ANS-in yayımının bərpası ilə bağlı müraciət olundu

    Dünya Azərbaycanlıları Assambleyasından ...

    13-08-2016, 10:06

  • 
  • 156-cə mənzil "Xalq qəzeti"nin baş redaktoruna verildi

    156-cə mənzil "Xalq qəzeti"nin baş ...

    26-07-2013, 13:01

  • 
  • Jurnalistlər üçün tikilən binanın təhvil veriləcəyi tarix açıqlandı

    Jurnalistlər üçün tikilən binanın təhvil ...

    7-03-2016, 14:38


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu