GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Maliyyə nazirinin müavini Anar Kərimov ƏƏSMN-də də müavindir?

Tarix: 14-08-2025, 17:27 Bölmə :GündəmXəbər / Manşet Baxış: 128

Şərafət Məmmədova, Pərviz Hüseynov, Ceyhun Məmmədov “inzibati üçlüyü”nün növbəti qeyri-prosessuallığı ƏƏSM naziri Sahil Babayevin 18.02.2020-ci il tarixli əmri ilə DSMF-də yaradılan Məhkəmə Mübahisələri ilə İş İdarəsinin (hazırda Mərkəzi Filial) pensiyaçıların,

Qarabağ əlillərinin, müharibə veteranlarının, qazilərin, şəhid ailələrinin... sosial təminat, məhkəmə müdafiəsi hüququna qadağa olması, qanunsuzluğu, Konstitusiyaya zidd olması şübhə doğurmayan faktdır. Ən başlıcası, icra hakimiyyəti orqanında məhkəmə filialı yaradıla bilməz və bu qurumun məramı da açıq şəkildə vətəndaşların dövlət tərəfindən sosial müdafiəsinə məhkəmə qaydasında “peşəkar” qadağadan özgə bir şey deyil. Elə filialın əsas məramı da (sonradan bir az da təkmilləşdirilən) əmrdə göstərilib: “Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi Filial ƏMƏK PENSİYALARI, SOSİAL MÜAVİNƏTLƏR, ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI və s. məsələlərlə bağlı Nazirlik və Fonda, eləcə də Fondun filiallarına qarşı MƏHKƏMƏDƏ qaldırılan İDDİALAR, Fondun İDDİAÇI və ÜÇÜNCÜ ŞƏXS qismində çıxış etdiyi işlər üzrə MƏHKƏMƏLƏRDƏ təmsilçilik və hüquqi müdafiəsini təmin edir”. Haqlı sual doğur, bəs nazirliyin hüquq şöbəsi nədən ötrüdür? Eyni zamanda, filialın toxunulmazlığı da üzə çıxır. Yəni bütün mübahisələrdə filiala qarşı nə iddia qaldırmaq olar, nə də başqa hüquqi tədbir görülə bilər. Məhkəmələr özləri buna yol vermir ki, filial “müdafiəçidir”, “başqasının” (yəni nazirliyin) “hüquq qoruyucusudur”, dövlətin sosial müdafiə siyasətini pensiyaçıların, əlillərin, şəhid ailələrinin, qazilərin, bir sözlə sosial müdafiəyə ehtiyacı olan şəxslərin konstitusion “hücumlarından” qoruyur! (??) Daha bir haqlı sual: Bəs sosial müdafiəyə ehtiyacı olan şəxslərin hüquqlarını hansı dövlət qurumu təmin etməlidir? Dövlət (qurumu) özünə peşəkar müdafiəçi ordusu yaradıbsa, qarşı tərəfə də bu hüquq yardımını etməyə borcludur axı! Belə birtərəfli hüquq müdafiəçiliyi ilə hansı əlil, qazi, şəhid ailəsi, pensiyaçı sosial müdafiə oluna bilər? Özü də DSMF-in Məhkəmə Filialı tam tərkibdə 39 saylı vəkil bürosundan ibarətdir. Filialın direktoru Abuzər Mütəllimov, direktor müavinləri Məsili Nicat, Daşqın İbadov (Roman İsmayılov iki ildir Füzuli hərbi məhkəməsinə hakim edilib), departament müdirləri Arzu Səfərova, Emil İsgəndərli (bu vəkilin əlillərə qarşı özbaşınalıq xidməti yüksək qiymətləndirilib, adi mütəxəssisdən departament müdirinə kimi “ucalıb”), Yeganə Məmmədova hamısı 39 saylı vəkil bürosunun vəkilləridir.

Onu da vurğulayaq ki, məhkəmə filialının-39 saylı vəkil bürosunun konkret işlər üzrə uyğun etibarnamə olmadan məhkəmə işlərinə buraxılması da qanunsuzdur. Təsəvvür edin, cavabdeh hansısa pensiya filialıdırsa, ona qarşı iddialarda yalnız həmin pensiya filialının rəhbərinin verdiyi etibarnamə ilə MƏHKƏMƏ FİLİALI işə çıxa bilər. Halbuki bütün mübahisələrdə qanunvericiliyin bu tələbinə əməl edilmir. Məhkəmələrə illər öncə DSMF sədrinin, ƏƏSMN müavinin MƏHKƏMƏ FİLİALINA-39 SAYLI VƏKİL BÜROSUNA topdan verdiyi “ETİBARNAMƏ”(lər) təqdim edilir. Bilirsiniz niyə? Axı, ƏƏSMN-in, DSMF-in “vaxtı yoxdur” əhalini sosial yöndən müdafiə etsin; əhalinin ayrı-ayrı təbəqələrinin qaldırdığı iddialar isə o qədər çoxdur ki, hərəsinə bir etibarnamə vermək praktiki mümkün deyil. Ona görə də “topdan etibarnamə” özbaşınalığı hələ də qüvvədədir. Bu sətirlərin yazarının ali dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana DSMFdə yaradılan MƏHKƏMƏ FİLİALININ Konstitusiyaya zidd olması səbəbindən Konstitusiya Məhkəməsinə (KM) sorğu göndərilməsi barədə müraciətlərinə heç bir reaksiya verilmir. Yalnız Ombudsman Aparatı özümün sorğu verməyimi (??) məsləhət bilib. Halbuki vətəndaşın KM-ə sorğu vermək hüququ yoxdur. Belə görünür ki, qanunsuzluq hakimiyyət orqanları, ombudsmanla razılaşdırılıb, yoxsa bu yekəlikdə özbaşınalıq ola bilməz!

İPM-in XV fəslinə (“Normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair iddialar üzrə icraat) uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində “ ƏƏSMN-in 18.02.2020-ci il tarixli əmrinin etibarsız sayılması” tələbi ilə qaldırılan iddia 17.06.2025-ci ildə qeydə alındı və... artıq iki ildir 1-ci dərəcəli Qarabağ əlilinin müdafiə, hüquqi yardım, məhkəmə təminatı hüququna qərəzli qadağa qoyan Pərviz Hüseynov, Şərafət Məmmədova, Ceyhun Məmmədov üçlüyünə verildiyi bildirilən kimi məhkəmə tərkibinə etiraz edildi. Etiraza baxılmadan qərəzli heyət iddianı mümkün saymayıb. Halbuki belə işlərdə mümkünlük şərti nəzərdə tutulmayıb. Özü də heç mümkünsüzlüyə əsas da yoxdur. Məhkəmə tərkibi qarşı tərəfin- qanunsuzluğu

mübahisə edilən MƏHKƏMƏ FİLİALININ (39 SAYLI VƏKİL BÜROSUNUN) qeyriprosessual sifarişi ilə iddiaçı Qarabağ qazisinin iddia qaldırmaqda subyektiv hüququnun olmadığını (?) qərara alıb. Əlbəttə, iki il qabaq eyni tərəflər arasında mübahisədə “tərəflərin hüquq bərabərliyini pozmaq” “əsası” ilə 1-ci dərəcəli Qarabağ qazisinə dövlət hesabına vəkillə təminatdan imtina edən, bu imtinanı ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQU kimi aktlaşdıran eyni heyətdən (Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov (indi Ceyhun Məmmədov) növbəti qeyri-prosessuallıqdan özgə nə gözləmək olardı? Qeyri-prosessuallığa baxın, onda da ƏƏSMN tabeliyində DSMF-in MƏHKƏMƏ FİLİALI Şərafət Məmmədova və b. qeyri-prosessual sifariş edib, indi də. Sadəcə iki il qabaq topdan etibarnaməni imzalayan DSMF sədri olub, indi isə ƏƏSMN müavini ANAR KƏRİMOV. Bəyəm Anar Kərimov 4 aydır maliyyə nazirinin 1-ci müavini deyil? Qarşı tərəf hazırkı ƏƏSMN sədrinin, yaxud onun müavinin topdan etibarnaməsini “vaxt çatışmazlığından” təşkil edə bilməyib və ...Anar Kərimovun ilin əvvəlində-30 yanvarda imzaladığı etibarnaməni “Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin” möhürü ilə təsdiqləyiblər. Elə bu faktın özü məhkəməni qanunsuz əmri ləğv etməyə, etibarsız saymağa əsas versə də, iddianın mümkün sayılmamasına üstünlük verilib. Özbaşınalığa baxın, qanunsuzluğu mübahisələndirilən MƏHKƏMƏ FİLİALI işdə ƏƏSMN-in “hüququnu” necə müdafiə edə bilər? Biz elə bu qanunsuz müdafiəçilikdən şikayətçiyik də! Anar Kərimovun imzaladığı topdan

etibarnamədə də MƏHKƏMƏ FİLİALININ belə işlərə yox, “ƏƏSMN-in tərəf olduğu ÜNVANLI DÖVLƏT SOSİAL YARDIMI, HƏRBİ QULLUQÇULARIN və DAXİLİ İŞLƏR ORQANLARI ƏMƏKDAŞLARININ VƏRƏSƏLƏRİNƏ (yəni şəhid uşaqlarına, ailələrin və b.- M.B.) BİRDƏFƏLİK ÖDƏMƏNİN VERİLMƏSİ, habelə CİNAYƏT İŞLƏRİ ÜZRƏ İŞİN MÜVƏFFƏQİYYƏTLİ HƏLLİ ÜÇÜN zəruri olan PROSESSUAL HƏRƏKƏRTLƏRİN EDİLMƏSİ MƏQSƏDİLƏ (14 MƏHKƏMƏ FİLİALInın departament müdirləri, İŞÇİləriVƏKİLƏ) verildiyi yazılıb. Bu 14 (DSMF sədrinin etibarnaməsində siyahı daha uzundur, 40 çatır) vəzifəli şəxsin, vəkilin adını yazsaq, yazını sona çatdıra bilməyəcəyik. Burda nöqtələmək zamanıdır, amma Ali Məhkəmə, Məhkəmə Hüquq Şurası başda olmaqla, bütün dövlət hakimiyyəti, hüquq orqanlarına, Ombudsmana, KM-ə müraciətlərimiz sürür. ƏƏSMN-in sifarişini Konstitusiyadan üstün tutan məhkəmələr, hakimləri Konstitusiyaya boyun əydirmək dövlətin borcudur. Belə sosial müdafiə siyasəti heç bir dövlətə başucalığı gətirə bilməz.

 Məğrur Bədəlsoy, konstitusion təminata subyektiv hüququ olmayan 1-ci dərəcəli Qarabağ qazisi


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ƏƏSMN tabeliyində DSMF- də 39 saylı vəkil bürosu yaradılıb (?)

    ƏƏSMN tabeliyində DSMF- də 39 saylı vəkil bürosu ...

    21-06-2023, 13:26

  • 
  • DSMF-in MƏHKƏMƏ FİLİALI- VƏKİL BÜROSU sosial, hüquqi müdafiəni heç edir

    DSMF-in MƏHKƏMƏ FİLİALI- VƏKİL BÜROSU sosial, ...

    13-11-2024, 16:02

  • 
  • “Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə tətbiq olunmur

    “Əmək pensiyaları haqqında” qanun qazi, şəhidlərə ...

    2-11-2023, 12:30

  • 
  • Bakı Apellyasiya Məhkəməsi də xəstəxanada yatan qazinin hüququna “ölüm” oxudu

    Bakı Apellyasiya Məhkəməsi də xəstəxanada yatan ...

    2-11-2023, 12:43

  • 
  • Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial “falı da yeyib”

    Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial ...

    10-06-2023, 21:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu