Ələt qəsəbəsinin mədəniyyət evi və onunla üzbəüz yerləşən dəmiryolçular parkı illərdir baxımsız, bərbad vəziyyətdədir. Bu, təkcə bir məkan problemi deyil – bu, ictimai ehtiyacların və vətəndaş səsinin qulaq ardına vurulmasının təzahürüdür.
İllərdir bu məsələyə diqqət yetirilməsi üçün müraciətlər edilib. Səslər yüksəlib, suallar verilib, hətta qurumun özündən müxtəlif cavablar gəlib. Ancaq təəssüf ki, həmin cavablar özü də suallar doğurur.
Rəhbərlik adından vətəndaş Hacıağa Qayıbova verilən cavab bir yana, mətbuat katibinin səsləndirdiyi münasibət isə başqa yana çəkir bizi. İki ayrı mövqe, iki ayrı ton, iki fərqli yanaşma...
Bəs biz hansı səsə inanaq? Hansı mövqe rəsmi, hansı isə sadəcə formal açıqlamadır?
Vətəndaş olaraq haqqımız var ki, aydın, ardıcıl və inandırıcı cavab tələb edək. Və ən əsası – nəticə gözləyək. Gözlənti budur: boş vədlər deyil, real addımlar.
Hörmətli "Azərbaycan Dəmir Yolları" bu, sadəcə bir sual deyil – bu, uzun müddətdir cavabsız qalan bir çağırışdır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?