Mən Hacıağa Qayıbov, Qaradağ rayonu Ələt qəsəbəsinin təpədən-dırnağa qədər olan problemlərinin 1 faizini yazdığıma görə, Qaradağ İcra Hakimiyyətinin rəhbərliyi mənə "maraqli" bir Təzyiq Metodu seçib. Belə ki, yaşadığım mənzilə qanunsuz olaraq "zibil pulu" borcu yazıblar. Baxmayaraq ki, illərdir ki, olan məişət tullantilarını həyətimizdə yandırırıq, zibil yeşiklərinə atmırıq.
Aydın məsələdir ki, öz aləmlərində mənə təzyiq etmək istəyirlər ki, Ələtin problemlərindən yazmayım. Amma boş və mənasız addımdır bunlar.
Çünki jurnalistin işi yazmaqdır da cənablar!
Hörmətli jurnalistlər, əziz həmkarlarım!
Sizə muraciət edirəm. Bilirəm ki, mətbuat böyük gücdür.
Əgər, mənim başıma bundan sonra nəsə xoşagəlməz bir iş gəlsə bilin ki, bu ya Qaradağ rayon rəhbərliyinin, ya da ki, Ələt qəsəbəsinin yetkililərinin sifarişi ilə olub...
Bununla bağlı ölkə rəhbərliyinə də müraciət etmişəm.
Axı, ictimai nəzarəti, problemləri, məmur özbaşınaliqları barədə məlumat verməyimizi cənab Prezident biz jurnalistlərə tövsiyə edib..."
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?