Dünən videosu yayılan və həkimə yaraşmayan hərəkətlərə yol verən qadının qeyri-etik davranışıyla gündəmdə olması göz qabağındadır. Yayılan xəbərlərdə bu qadının ad və soyadı da dəqiq göstərilib - Gülbədə Əliqismət qızı Abdullayeva!
Onun barəsində sosial şəbəkələrdə yayılan məlumatlarda bildirilir ki, o, əvvəllər qadın salonunda saç ustası işləyib. İndi isə, həkim kimi pasiyentləri əməliyyat edir.
Belə demək olarsa, Gulbədə Abdullayeva indi olub "doktor Gülü". Kim olursa-olsun, əgər haqqında belə bir məlumat və video yayılıbsa, mütləq və mütləq onun fəaliyyəti ilə bağlı ciddi araşdırmalar aparılmalı, lazım olan sənədlərə diqqət yetirilməlidir.
İlkin araşdırmalar zamanı onun fəaliyyəti haqqında lisenziyasının, diplomunun olub-olmaması yoxlanılmalıdır. Eyni zamanda, onun psixoloji durumuna da diqqət yetirmək vacibdir.
Videoda göründüyü kimi, narkozda olan qadını anlamsız vəziyyətdə çəkib, sosial şəbəkələrdə yayımlamaq heç cür əxlaq və etik qaydalara uyğun gəlmir, milli qayda-qanunlarımıza, mental normalarımıza da ziddir. Belə əməllərə yol vermək, sözün əsl mənasında, tam bir cinayətdir.
Hesab edirik ki, heç bir qadın belə vəziyyətdə olduğu halda çəkilişə, nə də belə bir yayıma razı olsun.
"Dost" Estetik Mərkəzdə belə "həkim"in varlığı, sözün əsl mənasında, həm də Azərbaycan səhiyyəsinə ləkədən başqa bir şey deyil.
Baxın, xanım pasiyentin başına anlaqsız və çılpaq vəziyyətdə nə oyunlar gətirilir. Bu cür qeyri-etik hərəkətləri nəinki həkim, heç adi bir qadın da etməz. Bütün hallarda belə bir xoşagəlməz hərəkətlərə yol verən şəxs haqqında hüquq-mühafizə orqanları ölçü götürməli və lazımi cəza tətbiq olunmalıdır.
Videonu izləmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?