GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Təhsilə görə "narahat olmayın, heç nə yaxşı olmayacaq" - FAKTLAR

Təhsilə görə "narahat olmayın, heç nə yaxşı olmayacaq" - FAKTLAR

Tarix: 16-09-2025, 17:12 Bölmə :GündəmXəbər / Manşet Baxış: 399

Yeni dərs mövsümünün başlamasına görə keçirilən bəzəkli tədbirlərlə balacaların başını aldatsaq da, problemlər köhnədir. Elm və təhsil nazirinin son mətbuat konfransındakı mənzərəyə baxmaq kifayətdir ki, vəziyyətin nə yerdə olduğunu təkrarən görək. Təhsilin başqa sahələri bir yana, baza təhsili olan ümumtəhsil nə vəziyyətdədir?! Köhnə hamam, köhnə tas. Bir şeirdə deyildiyi kimi, "narahat olmayın, heç nə yaxşı olmayacaq".


Bu dəfə sizə dərin təhlil, uzun-uzadı analizlər deyil, konkret gerçəklikdən yazmağı qərara aldıq. Ümumtəhsil Agentliyinin (MÜTDA deyirlər) fəaliyyətindən, qurumun başında baş verən olaylardan azacıq məlumatınız olsa, bilərsiniz niyə düzəlmirik, təhsilimiz niyə belə reanimasyon durumdadır.  Agentliyin iki illik işi niyə müsbət nəticə vermir? Bu vəziyyət birbaşa rəhbər şəxslər arasındakı münasibətdən və onların peşəkar səviyyələrindən qaynaqlanır.

Bilənlər bilir, bilməyənlər üçün qeyd edək ki, Agentliyin adı var, özünü isə işləməyə qoymurlar. Agentliyin gənc rəhbərliyinə xoşagəlməz halların aradan qaldırmağa nəinki imkan vermirlər, həmçinin neqativ halların artmasına rəvac verənlər, öz əməlləri ilə vəziyyəti ağırlaşdıranlar var. Bunlar kimlərdir və nə edirlər?

Ədalət üçün deməliyik ki, nazir Emin Əmrullayev bütün səhvləri və düzləri ilə islahatlar aparmaq, bacardığı qədər yenilik gətirmək istəsə də, Agentliyin direktoru Eşqi Bağırov ən azı öz perspektivi, öz adını ucaltmaq üçün cəhdlər etsə də, işpozanlar daha mahir oynayırlar. İşpozanların başında isə zorla MÜTDA-ya direktor müavini vəzifəsinə pərçim edilən Arslan Hacıyev durur. Bu adam o qədər bekar qalıb ki, Təhsil idarələrinin rəhbərlərinə ancaq adını internetdən götürdüyü bədii kitabları oxumağı tövsiyə edən göstərişlər yazmaq ideyası ilə rəhbər keyfiyyətlərini göstərir. MÜTDA direktorunun kadrı hesab olunmayan, təhsildən tamamilə uzaq (“pesoksatan” kliçkalı) A. Hacıyev Agentlikdə ancaq intriqa yaradır, layiqli kadrları sıxışdırır, iş bilən adamlara mane olur, öz adamlarını müxtəlif vəzifələrə təyin etdirmək üçün təzyiq göstərir və yersiz iddiaları naminə dəridən-qabıqdan çıxır. GundemXeber.Az-a daxil olan məlumata görə o, MÜTDA-nın direktor müavini olmağa hazırlaşan Nurlan İsmayılovun yerini tutub. A. Hacıyev hələ də əvvəl rəhbərlik etdiyi Qazax-Ağstafa Təhsil İdarəsini kurasiyasında saxlamaq, yerləşdirdiyi kadrları qorumaq üçün mübarizə aparır, Regional Təhsil İdarələrinin müdirlərinə gülünc tapşırıqlar verir.

Həmçinin MÜTDA-nın direktor müavini, Bakı Təhsil İdarəsinin direktor əvəzi Nərminə Hüseynova da “nazirin adamı” yarlığını əlində bayraq edərək Agentliyin rəhbərliyini aşkarca saymır, adi iclas və müzakirələrə qoşulmur, digər region idarə müdirləri üçün pis nümunə göstərir. Ən üzdə olan məktəblərin, yaxşı müəllimlərin Bakıda cəmləşməsinə rəğmən N. Hüseynovanın iki illik rəhbərliyi zamanında etdiyi yeniliklər və qazandığı cahanşümul uğurlar bunlardan ibarətdir:

1) Nazirlikdən gətirdiyi xidməti avtomobilini son model xidməti maşınla dəyişmək (Bu qədər baha maşın puluna bir məktəbi təmir etmək olardı. Müasir xidməti maşın ola-ola yenisini aldırmaq həm də dövlət vəsaitinin göyə sovrulmasıdır. Xidmətimaşın da bütün günü şəxsi məqsədlər,  ailə üzvləri üçün istifadə olunur).

2) Bir neçə rəfiqəsi, yaxın qohumu, vasitəçilik edən direktorlar və əlaltıları vasitəsilə maraqlı (!) təyinatlar etmək.

3) Külli miqdarda dövlət vəsaiti ayrılmış internat məktəblərinə göydəndüşmə direktorlar yerləşdirmək.

4) İdarədə müəssisə rəhbərlərindən bahalı hədiyyələr toplamaq (sürücüsünün və köməkçisinin tez-tez xidməti maşına qucaq dolusu hədiyyələr daşımasına dair kamera qeydləri əl-əl gəzir).

5) Fotoqraf ərinə iki bahalı-lüks maşın almaq.

6) İdarənin iki müavinini, beş şöbə müdirini kənarlaşdıraraq yerinə təhsili bilməyən, idarəetmə təcrübəsi olmayan öz adamlarını təyin etmək (iş bilməyənlərin, hər əmrini sözsüz yerinə yetirənlərin yanında özünü rahat hiss edir, ona görə yaxın ətrafına gələcək "təmizləmə" planlarını da açıqlayıb).

7) Qoyduğu şərtləri yerinə yetirməyən məktəb direktorlarını, direktor müavinlərini, bağça müdirlərini əmək qanunvericiliyinə zidd olaraq işdən qovmaq (Buna görə də qəzəbə tuş gələnlərin böyük hissəsi məhkəmə qərarı ilə işə bərpa edilir, on minlərlə manat dövlət vəsaiti təzminat kimi ödənilir).


7) Əmək Müfəttişliyinə rekord həcmdə cərimə ödəmək (səhv əmrlərə görə iki ildə şəxsən 30 min manata yaxın müxtəlif cərimələri hansı vəsait hesabına ödəməsi digər yazının mövzusudur).

8) Rus sektoruna seçim zamanı müsahibə komissiyasının mənfi cavab verdiyi uşaqların bir çoxunu mübhəm şəxsi rəyi ilə müvəffəq etmək (İndiki zamanda bu, şəxsi maraqların təmin olunmasından və rus dilinə şübhəli təəssübkeşlikdən başqa bir şey deyil. Hamı bilir ki, N. Hüseynova ruskoyazıçnı “London çocuqları”ndandaır).

9) Məktəb yeməkxanalarının və idman zallarının icarəyə verilməsindən rəsmi və müqavilədən kənar (!) ödənişlər üzrə ikili mühasibatlıq yaratmaq (Qaydalara görə məktəblərin ehtiyacı üçün sərf olunmalı bu vəsaiti müavini Anarın vasitəsilə bildiyi kimi xərcləyir, heç bir açıq hesabat vermir).

10) Bakıda məktəbli-bağçalı 800-ə yaxın təhsil müəssisəsinin fəaliyyətini iflic hala salmaq (İkivəzifəli xanım bir dəfə olsun təhsilə, tədrisə həsr olunmuş müzakirə keçirməyib. Bakı üzrə son sentyabr konfransında çıxışını isə bir əməkdaşın alayarımçıq, pedaqoji əsası olmayan hesabatı üzərində qurub. Direktorlar həsrətlə gözləsə də heç bir perspektiv proqram açıqlamayıb, fəaliyyət istiqamətləri göstərməyib. Taleyin ironiyasıdır ki, tədbir zamanı işıqlar və mikrafon da bu rəzalətə dözməyərək sönüb. Bundan qəzəblənən xanım hələ də bu təxribatın və ya taleyin labüd silləsinin səbəblərini və günahkarlarını axtarmaqla məşğuldur.MÜTDA-nın Respublika üzrə sentyabr konfransında isə 3-cü sırada fəxri tamaşaçı kimi oturdulmaqla şərəfləndirilib).

11) İşə qəbul imtahanlarını ləğv edərək şəffaflığa arxa çevirmək, subyektiv müsahibələrlə işə qəbul sistemi icad etmək.

12) Böyük və yağlı məktəblərə öz rəfiqələrini direktor təyin etmək və onları yoxlamalardan qorumaq (Son olaraq 20 nömrəli məktəbə öz ən yaxın rəfiqəsini, hansı ki N. Hüseynovanın ad günündə də məclisin başında oturur və bütün yağlı xahişləri onun vasitəsilə qəbul edir).

13)Günlərlə işə gəlməmək, işə gələndə isə bir dəstə əshabələrlə qarşılanmaq ənənəsi yaratmaq.

Bunlar Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixləridir. Otağında və bahalı restoranlarda rəfiq və rəfiqələri ilə qurduğu məclislərdə danışılanlar, hətta Agentlik, Nazirlik və sistemin əvvəlki rəhbərlikləri haqqındakı müzakirələri Nərminə Hüseynovanın iddialarının geniş üfüqlərə yayıldığını göstərir.

İxtisası beynəlxalq əlaqələr olan xanım müdirin təhsilə aid bir çıxışını izləyən, oxuyan olmayıb. Bakı Təhsil İdarəsindən bütün peşəkarları pərən-pərən salıb, idarənin direktor müavini professor Hüseyn Əsgərov kimi peşəkar, təhsili dərindən bilən şəxsi də 1 il qabaq işdən uzaqlaşdırıb. Hazırkı iki müavini Xəyalə Əhmədzadə və Anar Qədiməliyev isə yerin boşalmasını, nə vaxt birinci şəxs olacaqlarını gözləməklə məşğuldurlar. Ona görə də hər ikisi sirli şəkildə susur, hələki N. Hüseynova haqqındakı sirr boğçasını doldurmaqda maraqlı görünürlər.

Bakı təhsil şefinin  idarəyə gətirdiyi şöbə müdirləri bir ayrı aləm vücudlardı. Ümumi təhsil şöbəsinin müdiri Turanə Məcidova  ancaq direktorlara hədə gəlməklə və qeyri-praktik tapşırıqlar verməklə məşğuldur. Kadrlar şöbəsinin işini mənimsəyən Turanə xanım kadr bankı kimi çıxış edir, adi müəllimlərin qibtə etdiyi imkanlı namizədləri irəli çəkir. Bu işdə məktəb direktoru olan qaynanası da az rol oynamır. Kadr təyinatlarında aldığı rola görə İnsan resursları şöbəsinin müdiri Aygün Bayramova ilə duel vəziyyətindədir. Keçmiş müavin Anar Məmmədovun kadrı olan Aygün Bayramova İdarə rəhbərinin onun haqqındakı gizli planlarını bildiyi üçün hələlik sussa da, Nərminə Hüseynovanın qanuna zidd kadr təyinatları və ya qərəzli işdən azad etmələr haqqındakı əməllərindən ibarət qara çantasını da əlində möhkəm saxlayır, yaxınlarına bununla bağlı pıçıldayır. Yeri gəlmişkən belə qara işlərdən biri ictimailəşib artıq. Nərminə Hüseynovanın yaxın rəfiqəsi (hələlik adını çəkmirik) vasitəsilə olunan xahiş Agentliyin prinsipiallığı və nəzarəti sayəsində həllini tapmır. Təəssüf tamah güc gəlir, verilən vəsait geri qaytarılmır. Şikayət əsasında N. Hüseynova müstəntiq tərəfindən dəvət olunsa da, o saymazlıq göstərir, iş böyüyür. İstintaqçılar özləri Bakı Təhsil İdarəsinə gəlməli olurlar.  Sonrası da Nərminə xanım üçün narın-narın davam edir, biabırçılığın böyüyəcəyindən, adlarının (!) hallanacağından narahat olan üstdəki şəxs işə qarışır, məsələ yoluna qoyulur.

İdarənin keyfiyyətsiz fəaliyyəti ilə keyfiyyətə cavabdeh şöbəsinin olmayan işindən isə danışmağa dəyməz.

Təchizat şöbəsi də özlərinin dediyi kimi təcili yardım xidməti göstərirlər, ürəyi gedən binalara valokardin iylətməklə məşğuldular. Digər gülməşəkərşöbə müdirləri də onlardan fərqlənməyən Bakı Təhsil İdarəsində at izi it izinə elə qarışıb ki, təhsildən başqa hər işlə narın-narın məşğul olan Nərminə xanım indi də Yeni Azərbaycan Partiyasının İdarədəki nümayəndəsini dəyişmək eşqinə düşüb. Özü YAP üzvü olmayan N. Hüseynovanın belə əqidədə olması da təəccüblü deyil. Bu haqda daha ətraflı yazımız olacaq.

Azərbaycan təhsilinin sahibsiz olduğunu zənn edən, öz sisteminin rəhbərinə "müəllim"siz xitab edə bilən bu zatlar anlamalıdılar ki, təhsilin əsas himayəçisi ölkə rəhbəridir. Onun belə islaholunmaz, hədbilməz səlahiyyət sahibləri haqqında ölçüsü isə çox təsirli ibrətamiz hekayəyə  çevrilir. Çünki təhsil cameəsini narazı salmaq, bu sahəyə ac maraqların təmin olunması yeri kimi baxmaq cənab Prezident İlham Əliyevin kursuna qarşı getməkdən yana olmaqdır. O kursdan kənar yol isə uçuruma aparır. Qəzanız mübarək olmasın!


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Suriyaya gedən güləşçi tapıldı və danışdı: “Narahat olmayın, yaxşıyam”

    Suriyaya gedən güləşçi tapıldı və danışdı: ...

    5-09-2014, 11:14

  • 
  • Xəzər rayonunda icra başçısı 3 ildir dəyişib... - Amma...

    Xəzər rayonunda icra başçısı 3 ildir dəyişib... - ...

    16-05-2021, 11:06

  • 
  • 12 illik təhsil biliyimizi artıracaq, yoxsa vaxtımızı alacaq? (TƏHLİL)

    12 illik təhsil biliyimizi artıracaq, yoxsa ...

    6-12-2013, 18:06

  • 
  • Sabiq komitə sədri Təhsil İdarəsinə ETİRAZ ETDİ: Təhsili pullu etmək ABSURDDUR

    Sabiq komitə sədri Təhsil İdarəsinə ETİRAZ ETDİ: ...

    1-10-2017, 16:28

  • 
  • Məktəblərdə tətil günləri AÇIQLANDI

    Məktəblərdə tətil günləri AÇIQLANDI ...

    18-03-2017, 12:31


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (325)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu