GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Maraqlı » 12 illik təhsil biliyimizi artıracaq, yoxsa vaxtımızı alacaq? (TƏHLİL)

12 illik təhsil biliyimizi artıracaq, yoxsa vaxtımızı alacaq? (TƏHLİL)

Tarix: 6-12-2013, 18:06 Bölmə :Maraqlı Baxış: 1 179
12 illik təhsil biliyimizi artıracaq, yoxsa vaxtımızı alacaq? (TƏHLİL)
Təhsil Nazirliyinin mövqeyi ilə razılaşmayanlar qaranlıq məqamların olduğunu əsas gətirirlər

Təhsil Son zamanlar Azərbaycan ictimaiyyətini narahat edən əsas məsələlərdən biri də, orta məktəblərdə təhsil müddətinin artırılmasıdır. Valideynlər bu müddət ərzində uşaqların təhsil haqqlarını neçə ödəyəcələrini düşündükləri halda, şagirdlər isə 12 ilin necə gəlib keçəcəyini düşünürlər. Bəs görəsən, təhsilimizin inkişafının əsas məqsəd olduğunu vurğulayanlar burada vaxt itiksi olmadan bilik sahibi olmaq istəyən şagirdlərin fikirlərini nəzərə alıblarmı? ANS PRESS-in 12 illik təhsillə keçidlə əlaqədar olaraq apardığı araşdıra müxtəlif qaranlıq məqamları üzə çıxarıb.

Təhsil Nazirliyindən bildirdilər ki, ümumi təhsil müddətinin 12 il müəyyənləşdirilməsi, ölkə prezidentinin 24 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədində təsbit edilib. Həmçinin Nazirlikdən sənəddə 10 illik icbari ümumi orta və 2 illik tam orta təhsil səviyyələrini əhatə edən modelin qurulması məqsədəuyğun hesab edildiyini də qeyd ediblər. Bəs görəsən sənəd hazırlanarkən hansı prinsilər nəzərə alınıb? Görəsən, uşaqların psixoji durumundan tutmuş məktəbə uşaq göndərən ailənin maddi durumunun bu müddətdə olacaq təhsil haqlarını ödəməyə kifayət edəcəkmi?

Sualımıza cavabında nazirlikdən dünyanın əksər inkişaf etmiş ölkələrində ümumi təhsilin müddəti 12 il, bəzilərində bundan da artıq olduğu bildirilib. Nazirlikdən 12 illik ümumi təhsilə keçid müddət artırıldığı üçün mövcud tədris proqramlarının yüngülləşdirilməsinə, təlim materiallarının səmərəli tədrisinə əlverişli şəraitin yaranmasına və buna görə də uşaqların sağlamlığının mühafizəsinə müsbət təsir göstərəcəyini də qeyd ediblər.

Təhsil Nazirliyindən yeni 12 illik təhsilinə keçiddən sonra şağirdlərin biliyinin qiymətləndirilməsi məsələsinə belə aydınlıq gətiriblər: “Tam orta təhsil səviyyəsinə isə icbari hesab edilən ümumi orta təhsil səviyyəsini bitirənlər təlim nəticələri və potensiallarına görə müsabiqə əsasında qəbul edilir”.

Nazirlikdən həmçinin, 12 illik təhsilə keçiddən sonra ümum təhsil məktəblərində təhilin təmayülləşəcəyini də bildiriblər. “Təhsil haqqında” Qanuna, “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə görə və Dövlət Strategiyası sənədində nəzərdə tutulduğu kimi, ümumi təhsilin tam orta təhsil səviyyəsində təhsil müxtəlif təmayüllər üzrə təşkil olunacaq”

Bu 12 illik təhsilin nə olması, bu poressə keçidin hansı yolla aparılması ilə bağlı Təhsil Nazirliyinin mövqeydir.

Təhsil ekspreti Nadir İsrafilov isə məsələ ilə bağlı başqa fikirdədir. Onun fikrincə. bu məsələlərdə qaranlıq məqamlar var. N.İsrafilov, qaranlıq məqamları Yeni Təhsil Strategiyasının fəaliyyət planının olmaması ilə izah edib: “Məktəblərin hamısı, yoxsa konket ayrı-ayrı məktəblər bu sistemə keçəcək? Bu məsələlərdə müəyyən qaranlıqlar var. Baxmayaraq ki, yeni təhsil strategiyasında 12 illik təhsilə keçid nəzərdə tutulub, amma demirlər ki, nə vaxtdan keçiləcək, hansı formada keçiləcək? Təhsil Strategiyasının özü vacib sənəddir və ordakı fəaliyyət planı ortalıqda deyilsə, burada müəyyən qaranlıqlar var”

Nadir İsrafilov, təhsilin keyfiyyətinin müddətlə heç bir bağlılığının olmadığını da da qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda hal-hazırda elə kurslar var ki, 12 illik təsil müddətində öyrədilənləri 5-6 aya öyrədirlər: “Sovet dönəmində bizdə 7 illik icbari təhsil olub, ümumi orta təhsil isə 10 illik olub.Bu dövrədə Azərbaycan təhsili öz intibah dövrünü keçib. Əsas məsələ təhsil və tədris planlarının necə hazırlanmasıdır. 12 illik təhsilə keçid işin bir tərəfidir. Deyirlər ki, 10 illik təhsil icbari təhsil olacaq. Belə çıxır ki, iki ili biz yalnız tələbə hazırlayacağıq”.

Azərbaycanda məktəbəqədər təhsillə əhatələnmənin aşağı olduğunu deyən təhsil eksperti, bütün ölkənin məktəbəqədər təhsillə əhatə olunması üçün 30-40 ilin lazım olduğunu qeyd edib: “Strategiyada göstərilir ki, respublikanın 90%-i məktəbəqədər təhsillə əhatə olunacaq. Amma indi şəhərlərimizdə məqtəbəqədər təhsil 23%, kəndlərdə isə 8%-dir.Ümumilikdə isə ölkənin 16%-i məktəbəqədər təhsillə əhatə olunub. Bəs Azərbaycan məktəbəqədər təhsillə nə vaxt tam təmin olunacaq? Bu, ola bilsin, 30-40 ilə həyata keçirilsin”.

N.İsrafilovun sözlərinə görə, 6 günlük sistemdən 5 günlüyə keçdikdən sonra məktəblərdə dərs proqramları daha da sıxlaşdırılıb. Onun sözlərinə görə Təhsil Nazirliyi 12 illik təhsil siteminə keçiddən sonra konkret addımlar atmalıdır: "Tədris həftəsi 6 günlükdən 5 günlüyə keçirdikdən sonra 6-cı günün materialları sıxışdırıldı. Nəticədə 5 günlük həftəliyin proqramlarında ağırlıq əmələ gəldi. Bu baxımdan 12 illik təhsilə keçidlə əlaqədar olaraq, nazirlik müvafiq təhsil proqramları hazırlamalı və bölgü məsələlərini həll etməlidir”.

12 illik təhsil sistemində məktəbəqədər təhsilin icbariləşdirilməsinin nəzərdə tutulduğunu deyən Nadir İsrafilov, region və kəndlərdə bağçaların az olmasını bu fəaliyyətə əsas maneə kimi qiymətləndirib: “Məktəbəqədər təhsilin icbarilik məsələsi nəzərdə tutulub. Gərək bir şagirdi 100%-lik məktəbəqədər təhsillə əhatə edə ki, ondan sonra biz 100%-lik məktəbəqədər icbari təhsili tətbiq edək. Bizim elə regionlarımız və kəndlərimiz var ki, orada baxça yoxdur. Biz onda məktəbin direktorunu tənqid edəcəyik ki, sən məktəbəqədər təhsili keçməmiş, uşağı məktəbə götürmüsən!?”

Müsahibimiz, 12 illik təhsilin sonuncu iki ilində universitelərə tələbə hazırlamaq əvəzinə, şagirdlərə müxtəlif peşə vərdişlərinin öyrədilməsini təklif edib: “Türkiyədə də 12 illik təhsil tətbiq olunur. Amma onlarda “məslək okulları" var. Şagirdlər son 2 ili peşə öyrənirlər. Əgər biz bu 2 ili ali təhsilə yönəldəcəyiksə, o zaman Yeni Peşə Təhsili Strategiyası niyə hazırlanır? Təhsi Nazirliyi 12 illik təhsillə və Peşə Təhsili Startegiyası arasında hansısa şəkildə uzlaşdırılmanın aparılması ilə bağlı konkred addımlar atmalıdır”.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) isə 12 illik təhsilin onların fəaliyyətinə aid olmadıqları fikrindədirlər. TQDK-da aparat rəhbəri Nərminə Bayramova sözlərinə görə, onlar üçün əsas odur ki, təhsilin məzmunu dəyişdirilsin: “Təhsilin neçə illik olmasının bizə aidiyyatı yoxdur. Təhsilin və tədrisin məzmunu dəyisəndə, biz bunu qiymətləndirmə zamanı nəzərə alacağıq. Bu da onsuz da daimi olan bir şey deyil”.

N.Bayramova, təhsilin məzmunun tez-tez dəyişirilməsindən şikayətlənib: “Təhsilin müddəti 12 illik və yaxud 11 illik olsun, fərqi yoxdur. Onsuz da təhsilin məzmunu krukuliuma keçiddən sonra tez-tez dəyişir. Biz də bu dəyişimləri nəzərə alaraq qiymətləndirmə sistemində dəyişiklər edirik”.

12 illik təhsildə qiymətləndirmə sisteminin dəyidiriləcəyini də bildirən müsahibimiz, imtahan zamanı verilən sualların da dəyişdiriləcəyini vurğulayıb: “Əgər təhsilin məzmunu dəyişərsə, əvvələr iki vur iki dörd öyrədirdilərsə, bu gün iki vur iki ilə ayrı şey öyrədəcəklərsə, biz də biliyin qiymətləndirilməsində və suallar qoyanda da dəyişiklik edəcəyik. İmtahanda yoxlama işlərini də başqa formda aparacağıq”.

TQDK aparat rəhbəri, 12 illik təhsilə keçidlə bağlı heç bir dəyişikliyin olmadığını da bildirib: “Bu gün deyirik ki, 12 illik təhsilə keçirik, amma hələ nəyin dəyişiləcəyi məlum deyil. Sırf 12 illik təhsilə keçidlə bağlı heç nə dəyişməyəcək. TQDK olaraq 12 illik təhsil sisteminə keçidin bizə fərqi yoxdur”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Qəbul qaydalarında dəyişiklik ola bilər”

    “Qəbul qaydalarında dəyişiklik ola bilər” ...

    10-12-2013, 16:02

  • 
  • Orta məktəblərdə yay tətili azaldılacaq

    Orta məktəblərdə yay tətili azaldılacaq ...

    13-12-2013, 19:09

  • 
  • Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar aparacaq

    Təhsil Nazirliyi orta məktəblərdə yoxlamalar ...

    18-11-2013, 16:03

  • 
  • Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək

    Ödənişli təhsil üzrə qəbul planı ləğv ediləcək ...

    25-10-2013, 11:01

  • 
  • Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq

    Gələn ildən məktəblərdə dərs vaxtı artırılacaq ...

    11-12-2013, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu