Gundemxeber.az » GündəmXəbər » Səhifə 264
“Poliklinikanın həkimi dedi: “Sənin sənədlərini VTEK-ə qaydasında göndərmək üçün bir az bizə “görüm-baxım” etməlisən”. Bildirdim ki, nənə-baba himayəsində yaşayan xəstə adamam, üstəlik də, sizdən mənimçün qanunsuz iş görməyinizi xahiş etmirəm ki… Xəstəliyim nədir, yazın ora, göndərin. Həkim sənədləri natamam doldurdu, ona görə də pensiyasız
İki Göyçay sakini “Gilan Holding”in “Gilan Orchard” şirkətindən məzuniyyət pulunu ala bilmədiklərindən şikayətçidir.
Tanınımış işadamı Kəbirə Məmmədova tərəfindən aldadılaraq, 220 000 (iki yüz iyirmi min) dollar pulunu vermədiyi ağsaqqal, açbirçək ər-arvad Nəsib və Suqra Daşdəmirovlar Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıb.
Məqsədin insanları narazı salmaqdırmı ? Bunu sənə kim sifariş edib, cənab Sahil Babayev ?
Neftçala Rayon İcra Hakimiyyəti başçısının Neftçala Şəhər İnzibati Ərazi Nümayəndəliyi “Fotret-So” MMC ilə maliyyə dəyəri 18 000 AZN təşkil edən satınalma müqaviləsi bağlayıb.
Ötən illərdə Səngəçaldan ta Bibiheybət məscidinə, Zirədən Novxanıya qədər Xəzəri məmur-oliqarxlar "dədə mülkü" kimi hasarlayıblar. Cənub istiqamətindən - Qaradağ tərəfdən paytaxta gələrkən insanlar illərdir sahil əvəzinə hündür hasarlar görür: Kimi villa tikib, kimi restoran açıb və paralel olaraq da sahil mühafizə zolağını zəbt edib.
Uzun illərdir ki, Azərbaycanda ən korrupsiyalaşmış və ən çox dövlət vəsaitinin mənimsənildiyi sahələrdən biri yol tikintisi hesab edilir. Təsadüfi deyil ki, məhz buna görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov ölkənin ən imkanlı, varlı məmurlarından sayılır.
Məlum olduğu kimi 3 gün öncə, Bakı Ağır Cinayətlər Məhkəməsində mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirildikdən sonra məhkəmənin baxış iclası iyunun 1-nə təyin edilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?