gundemxeber.az Ölkədə fəaliyyət göstərən böyük tikinti şirkətlərinin və bəzi özəl banklarda yoxlamaların başlaması ilə bağlı xeyli müddətdir məlumatlar dolaşmaqdadır. Xəbərlərdə göstərilirdi ki, yaxın vaxtlarda oliqarxların nəzarətində olan bu şirkətlərin və bankların fəaliyyəti araşdırılacaq və ciddi nöqsanlara yol verənlərin həbsi həyata keçiriləcək. Dünən isə etibarlı mənbələrdən gələn məlumatlarda bildirildi ki, yoxlama prosesi artıq start götürüb. Bir neçə ay əvvəl əksər tikinti şirkətlərinin rəhbərlərinə işləri dayandırmaqla bağlı göstəriş verilibmiş. Həmin vaxt ərzində hətta kifayət qədər maddi imkanlara malik olan bu şirkətlərin əksəriyyətinin rəhbəri oyundan çıxmaq üçün yollar axtarıb. Həmin şirkət rəhbərləri özlərini həbsdən sığortalamaq üçün kənara çəkilməyə çalışıblar. Amma oliqarx məmurlar özləri onlara imkan verməyib. Çünki əks təqdirdə məmurların özləri hədəf ola bilərlər. Artıq bütün tikinti şirkətlərinə rəsmi olaraq göstəriş verilib ki, tikintini dayandırsınlar. Özülü yeni qoyulan binaların isə tikintisi təmamilə ləğv olunub. Şirkət rəhbərlərinə bildiriblər ki, insanlardan aldıqları pulu qaytarsınlar. Mənbə bildirir ki, burada məqsəd konkret olaraq bir oliqarxa məxsus olan şirkətin çökdürülməsindən gedir. Artıq bütün tələbləri pozan bu şirkətlər heç bir qaydalara əməl etmir. Məsələn, konkret şirkətlər var ki, 16 mərtəbəli göydələn tikmək icazəsi olsa belə, 18 mərtəbəli bina tikir. Bu isə qanunlara zidd olmaqla yanaşı, daha təhlükəli vəziyyət yaradır. Mənbə daha bir maraqlı məqamı da qeyd etdi. Yaxın günlərdə oliqarxlara məxsus tikinti şirkətlərində aparılan yoxlamalar başa çatdıqdan sonra özəl banklarda yoxlamalara başlanacaq. Məlumatlara görə, bəzi özəl banklarda oliqarxlara məxsus böyük həcmli çirkli pullar yuyulur. Kimlərin həbs ehtimalının olmasına gəlincə, mənbə bildirir ki, artıq həmin şəxslər vəziyyətin nə yerdə olduğunu duyaraq, oyundan çıxmağa çalışırlar. Artıq böyük tikinti şirkətlərindən birinin rəhbəri özünü sığortalamaq üçün yaxın günlərdə şirkəti satmaq istəyi ilə bağlı məlumat açıqlayacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?