Bakıda fəaliyyət göstərən daha bir tikinti şirkəti dələduzluqda ittiham edilir. “Report”un xəbərinə görə, Bakı şəhər sakini 37 yaşlı Elmira Süleymanova hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, B.Sərdarov küçəsi – 4 ünvanında yerləşən “Qlobal” MMC-nin inşa etdiyi binadan 36 739 manata mənzil alıb. Lakin bir müddət sonra həmin binada tikinti işlərinin dayandırıldığını görüb. O, pulunu geri istəsə də, yalnız 1 500 manatını geri ala bilib. Pulun qalan hissəsi isə qaytarılmayıb. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?