GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Mərkəzi Bank “ərköyün oyunçuları” meydançadan çıxarır”

“Mərkəzi Bank “ərköyün oyunçuları” meydançadan çıxarır”

Tarix: 11-02-2014, 12:10 Bölmə :İqtisadiyyat Baxış: 711
“Mərkəzi Bank “ərköyün oyunçuları” meydançadan çıxarır”
Bəzi banklar filiallarını bağlamaq qərarına gəlib

Mərkəzi Bankın tövsiyəsi ilə kredit şərtlərinin dəyişməsi bankların vəziyyətini çətinləşdirdi, artıq bəzi banklar filiallarını bağlamaq qərarına gəlib.

Virtualaz.org saytı xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib: “2013-cü ili kredit bumu ilə başa vuran bank sektoru yeni ilin ilk aylarının soyuğuna tab gətirə bilmədi: kommersiya bankları, demək olar, bütün istiqamətlər üzrə fərdi kredit xətlərini dondurdular. Mərkəzi Bank (MB) nikbin görünsə də, kommersiya banklarının görüntüsü bəlli deyil. Bəzi banklar kreditlərin verilməsinin məhdudlaşdırılmasından sonra hətta öz filallarının bağlanması barədə də qərar qəbul ediblər. Təbii ki, vəziyyəti qiymətləndirmək çətin deyil - 15,0 milyard manata yaxın kredit qoyluşları 20,4 milyard manatlıq bank aktivlərinin 73,5 faizini təşkil edir və deməli, kreditləşmənin məhdudlaşdırılması eyni zamanda bank fəaliyyətinin limitləşdirilməsi deməkdir. Kütləvi kredit təkilf etməyən və ya edə bilməyən banklar, əsas fəaliyyətlərini həyata keçirə və deməli, ciddi gəlir əldə edə bilmirlər. Mövcud status-kov pozulmasa qısa müddətdən sonra riteyl bankçılıq ilə məşğul olan banklar ciddi ziyanla üzləşəcəklər”.

İqtisadçı hesab edir ki, son məhdudlaşdırıcı addımadək kredit faizləri ilə bağlı vəziyyətin yaxşı olmaması bəlli idi: “Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdir. Kommersiya banklarının təklif etdikləri kredit faizləri 16-30 faiz intervalında dəyişirdi, baxmayaraq ki, depozitlər üzrə orta faiz dərəcəsi son bir ildə 16 faizdən 8 faizə düşmüşdü. Amma MB-nin son məhdudlaşdırıcı tədbirlərinin kökündə kredit faizlərinin əsas faktor olmadığı mübahisə edilmir. Sözügedən bank əslində son addımları ilə bu sektorda yeni bir şəkil cızmağa çalışır”.

V.Bayramov “Bank sektorunda nələr baş verir”, “Niyə eyni gündə və bəlkə də eyni saatda bütün banklar istehlak kreditlərinin mədudlaşdırılması ilə bağlı qərar qəbul etdilər” sualına da cavab verib: “Kredit qoyluşlarının məhdudlaşdırılmasını MB-nin 2014-cü il üçün nəzərdə tutulan inflyasiya ilə bağlı hədəflərinə çatmaq üçün etdiyi güman edilir. Doğrudur, MB kommersiya banklarına kütləvi kreditləşmənin məhdudlaşdırılmaması ilə bağlı göstəriş vermədiyini qeyd edir. Əslində mövcud qanunvericilk də MB-yə belə səlahiyyət vermir. Amma aydındır ki, baş bankdan istənilən tövsiyə kommersiya bankları üçün heç bir halda qərardan az təsirli deyil. “Ötənilki “istehlak krediti bumun”dan ehtiyatlanan MB artıq 2013-cü ilin sonlarında inzibati alətlərdən istifadə edilməsini nəzərdə tuturdu. Ötən ilin dekabrında enerji daşıyıcılarının qiymətlərinin artırılması iqtisadi baxımdan özünü bu ilin fevral və mart ayında yerli istehsal olunan digər məhsulların qiymətində göstərməli idi. Bu baxımdan, bir tərəfdən tənzimlənən qiymətlərdəki artım, digər yandan isə istehlak kreditlərinin kütləviləşdirilməsi hesabına pul dövriyyəsinin şişməsi MB-ni əsas hədəfinə çatmaqda problem ilə üz-üzə qoyub. 2014-cü ildə birrəqəmli inflyasiyaya nail olmaq MB üçün eyni zamanda bu bankın idarə heyətindəki tarazlığı qorumaq baxımından da əhəmiyyətlidir. İstehlak kreditləşməsindəki kütləvi artım inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq ilə bağlı hədəflərə nail olmaği sual altına alır”.

V.Bayramlının fikrincə, pul dövriyyəsinin şişməsi də müşahidə edilir. Bu isə inflyasının tənzimlənməsi imkanlarını xeyli məhdudlaşdırır: “MB kommersiya banklarına istehlak kreditləşməsinin məhdudlaşdırılması tövsiyəsini verməklə onları biznes kreditlərinin həcmini artırmağa çağırıb. Məsələ ondadır ki, MB bu qaydaya əsaslanaraq bankları biznes kreditlərinin verilməsinə istiqamətləndirə bilir. Problemli kreditlərinin həcmində müşahidə edilən artımlar da MB-ə məhz bu vastədən istifadə imkanları verir...

İndiki halda, biznes kreditlərinin istehlak kreditləri ilə müqayisədə daha aşağı fazilə təklif olunması MB-ə bank kreditlərinin faiz dərəcələrinin aşağı salınması təssüratı yatarmağa imkan verəcək. Əlbəttə, MB indiyədək kredit faizlərinin yüksək olmasını “bazar faktoru” ilə əlaqələndirirdi. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmırdı. İqtisadi və Sosial İnkişaf Mərkəzinin tədqiqatları göstərir ki, real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 50 faizə yaxın olur”.

İqtisadçı qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən banklarda faiz siyasəti mərkəzləşdirilmiş şəkildə idarə olunur, bu da faizlərin aşağı düşməsinə şərait yaratmır. MB bu siyasətlə həm Milli Məclisdə onlara ünvanlanan tənqidlərə ara verə bilər, həm də portfel faizlərinin aşağı düşməsinə nail ola bilər. Beləliklə, bank sektorunda mövsümü olsa da struktur dəyişiklikləri aparmağa çalışan MB hədəfində istehlak kreditlərinin biznesləşdirməkdir.

Kreditlərinin məhdudlaşdırılması eyni zamanda korporativ maraqlar ilə əlaqələndirilə bilər. Bu riteyl bankçılıqda mövcud oyunçuların yeni oyunçular ilə əvəzlənməsinə gətirib çıxar bilər. Bununla da, “ərköyün oyuçular” meydançadan sıxışdırılib çıxarıla bilər. Bundan əlavə, inzibati metodlardan istifadə etməklə MB ilin sonunadək “axsayan banklar” problemini həll etməyə çalışır. “Sərt qaydalar ilə oyun” MB-ə imkan verəcək ki, sözügedən bankları “üzüyola banklara” çevirə bilsin.

Beləliklə, bank sektorunda yeni bir mərhələnin əsası qoyulur.

Hələlik nəinki müştəriləri, hətta kommersiya banklarını da bir sual düşündürür: kütləvi kreditləşmə nə zaman bərpa ediləcək?

Jalə
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bank sektorunda nələr baş verir?

    Bank sektorunda nələr baş verir? ...

    11-02-2014, 16:19

  • 
  • Banklardan bəzi müştərilərə arayışsız kredit imkanı – Ayrı-seçkilik

    Banklardan bəzi müştərilərə arayışsız kredit ...

    30-01-2014, 18:41

  • 
  • İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi

    İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi ...

    18-11-2013, 12:40

  • 
  • Əhalinin banklara 750 milyon manat borcu var

    Əhalinin banklara 750 milyon manat borcu var ...

    13-12-2013, 15:07

  • 
  • Banklar öz filiallarını bağlayırlar (VİDEO)

    Banklar öz filiallarını bağlayırlar (VİDEO) ...

    1-02-2014, 00:46


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu