GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi

İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi

Tarix: 18-11-2013, 12:40 Bölmə :İqtisadiyyat Baxış: 1 027
İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi
İqtisadi və Sosial Inkişaf Mərkəzinin rəhbəri, iqtisadçı Vüqar Bayramov kredit faizlərləri ilə bağlı Mərkəzi Bankın siyasətini tənqid edib.
İqtisadçı bu tənqidi fikirlərini sosial şəbəkədə yazıb.

“Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdir. Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 16 -30 faiz intervalında dəyişir. Depozitlər üzrə orta faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşüb. Etiraf etmək lazımdır ki, Mərkəzi Bankın bildirdiyi “bazar faktoru” da var. Digər sektorlarda mənfəət dərəcəsinin yüksək olması banklara faiz dərəclərini tam olaraq aşağı salmaq şəraitini yaratmır” - deyə V.Bayramov yazır.

İqtisadçı qeyd edir ki, rəhbərlik etdiyi qurum bu sahədə tədqiqatlar aparıb: “Real sektorun əksər seqmentləri üzrə illik faiz norması bəzi hallarda 50 faizə yaxın olur. Bütün hallarda real sektorda mənfəət dərəcəsinin yüksək olması bankları da daha yüksək mənfəət əldə etmək üçün yüksək faizlə kredit verməsinə gətirib çıxarıb. Real sektorda mənfəət norması birmənalı şəkildə bankların faiz siyasətini diqtə edən əsas faktorlardan biridir”.

V.Bayramovun firkincə, Mərkəzi Bankın əlində bazardakı kredit faizlərini tənzimləmək üçün kifayət qədər alətlər var: “Birincisi, Mərkəzi Bank real kredit faizlərinin yüksəlməsində əhəmiyyətli təsirə malik olan komisyon haqlarının tənzimlənməsini və haqlar üçün “qiymət tavanının” müəyyənləşdirilməsini həyata keçirməlidir. Təəssüf ki, komisyon haqları vətəndaşları daha aşağı faizli kreditlər adı ilə cəlb etmək üçün bankların ən çox istifadə etdiyi metoddur. Bəzi kommersiya bankları hətta 10-12 faizlik komisyon haqları təklif edirlər. Bankların”faiz tələsi” əslində çox sadədir: banklar faizi elan edirlər, amma komisyon haqlarının faizini bildirmirlər. Məsələn, 500 manatlıq kredit təklif edən bank 8 faizlik komisyon haqqı hesablayaraq həmin vəsaiti kreditin üzərinə əlavə edir. Bu zaman müştəri iki sənədə qol çəkir - 540 manatlıq kreditin alınması və 40 manatlıq komisyon haqqının ödənilməsi barədə. Amma ona 500 manat təqdim edilir. Buna baxmayaraq kredit faizləri 500 manatdan deyil, 540 manatdan hesablanır. Bu isə daha yüksək faizin ödənilməsinə səbəb olur. Hazırda inkişaf etmiş ölkələrdə simvolik olan komisyon haqqları üçün Mərkəzi Bank maksiumum limitlər müəyyyənləşdirə bilər. Bu baxımdan Mərkəzi Bankın komisyon haqlarının 2 faizdən çox təyin olunmasını qadağan etməsi məqsədəuyğun olardı”.

V.Bayramov hesab edir ki, Mərkəzi Bank kommersiya banklarına “məzənnə oyununu” da qadağan etməlidir. Vətəndaş 500 manat kredit götürmək istəyirsə, o zaman əksər banklar həmin vəsaiti ABŞ dollarına konvertasiya edir. Daha sonra isə yenidən manata keçirir. Faktiki olaraq bank müştərini valyutanın alış-satış məzənnəsində də aldadır. Manatla verilən kredit isə dollarla hesablanır. Buna görə də Mərkəzi Bank kredit valyutasının müştərinin istədiyi valyuta ilə ödənilməsinə göstəriş verməlidir.

Digər tərəfdən, Mərkəzi Bank bank sektorunda liberallaşmanı sürətləndirməlidir. Bank sektoruna xarici kapitalın daxil olmasında süni baryerlər var. Bütün bunlar bank sektorunda rəqabətin formalaşmasına, kredit faizlərinin düşməsinə imkan vermir. Bu gün heç bir xarici bank Azərbaycanın bank sektorundan sərbəst fəaliyyət göstərmir. Bu isə həmin sektorda rəqabətin inkişafına imkan vermir. “Əkiz bankların” mövcudluğu hazırda rəqabətin formalaşmamasının əsas səbəblərindəndir. Bank sektorundakı liberallaşma kredit faizlərinin hətta 2 dəfə aşağı düşməsinə gətirib çıxara bilər”.

İqtisadçı kommersiya banklarının mərkəzləşdirilmiş kredit resurslarına çıxış imkanlarının genişləndirilməsini təklif edib: “Mərkəzi Bankın 4,75 faizlik uçot stavkası kommersiya kreditlərinin faiz dərəcəsindən 4 dəfə azdir. Bu isə iqtisadi baxımdan anormal balansdır. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 7 faizini təşkil edir. Bu da bankların vəsaitin 93 faizini kənardan cəlb etməsi deməkdir. Bu baxımdan kənar mənbələrin sayının çox olması cəlb edilən kredit resurslarının bahalı olmasına səbəb olur ki, son nəticədə kredit faizləri yüksəlir. Nəzərə alaq ki, banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır. Beynəlxalq kredit reytinqinin yüksək olmaması banklara birbaşa kredit resurslarına müraciət etmək şəraiti yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da faizlərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu da kredit xərcini artırır. Buna görə də Mərkəzi Bank “ucuz resurslar”la bankların kredit xərclərinin azalmasına və faiz dərəcələrinin aşağı düşməsinə nail ola bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kredit faizlərini necə azaltmalı?- EKSPERT TƏKLİFİ

    Kredit faizlərini necə azaltmalı?- EKSPERT TƏKLİFİ ...

    17-11-2013, 10:37

  • 
  • “Mərkəzi Bank “ərköyün oyunçuları” meydançadan çıxarır”

    “Mərkəzi Bank “ərköyün oyunçuları” meydançadan ...

    11-02-2014, 12:10

  • 
  • Kredit faizləri niyə aşağı salınmır?

    Kredit faizləri niyə aşağı salınmır? ...

    11-06-2013, 12:15

  • 
  • Əhalinin banklara 750 milyon manat borcu var

    Əhalinin banklara 750 milyon manat borcu var ...

    13-12-2013, 15:07

  • 
  • Elman Rüstəmov bank faizlərinin yüksək olmasını etiraf etdi

    Elman Rüstəmov bank faizlərinin yüksək olmasını ...

    13-11-2013, 21:15


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu