GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Sürücüləri soyan pullu dayanacaqların siyahısı

Sürücüləri soyan pullu dayanacaqların siyahısı

Tarix: 30-03-2014, 14:20 Bölmə :İqtisadiyyat Baxış: 1 790
Sürücüləri soyan pullu dayanacaqların siyahısı
Dünyanın digər meqapolisləri kimi Bakının ən
böyük problemlərindən biri tıxaclardır


Nəqliyyat Nazirliyi, Dövlət Yol Polisi və digər strukturlar vaxtaşırı olaraq paytaxtda tıxaclara qarşı mübarizə aparmaq üçün yol kənarlarında park edən avtomobillərə qarşı kütləvi reydlər keçirir. Son vaxtlar bu tədbirlər daha da gücləndirilib. Nəticəsini isə hər gün yüzlərlə avtomobil sahibi az əvvəl park edib getdikləri maşınlarını qayıdıb yerində tapmayanda hiss edirlər. DYP evakuatorları şəhərin mərkəzi küçələrindən hər gün yüzlərlə avtomobili cərimə meydançalarına daşıyır.
Xatırladaq ki, ötən ilin avqust ayında Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “Bakı şəhərində yeraltı və yerüstü avtomobil dayanacaqları haqqında” sərəncamına müvafiq olaraq Bakı şəhərinin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin aradan qaldırılması məqsədilə paytaxtın mərkəzi hissəsində yerləşən dövlət və qeyri-dövlət müəssisə və təşkilatlarına məktub ünvanlamışdı. Bu məktub şəhərin mərkəzi hissəsində yaranan nəqliyyat sıxlığı probleminin və qanunsuz parklama, durma və dayanmanın aradan qaldırılması məqsədi daşıyırdı. Məktubda dövlət və qeyri-dövlət qurumlarında çalışan avtomobil sahiblərinə tövsiyə olunmuşdu ki, xidməti və fərdi avtomobillərini Heydər Əliyev adına Sarayla Füzuli meydanı arasında yeni istifadəyə verilmiş müasir tipli yeraltı avtomobil dayanacağında və ya digər yeraltı avtomobil dayanacaqlarında park etsinlər.
Son vaxtlar isə DYP evakuatorları ilə sürücülər arasında əsl “gizlənpaç” oyunu gedir. Şəhərin mərkəzi hissəsindəki iş yerlərində - dövlət strukturlarında və özəl təşkilatlarda çalışan avtomobil sahibləri üçün iki alternativ yaranıb: ya yeraltı dayanacaqlar, ya da cərimə meydançaları.
Bəs dövlət büdcəsinin vəsaiti hesabına tikilən və Nəqliyyat Nazirliyinin bildirdiyi kimi, “özəl sahibkarlara icarəyə verilən” yeni yeraltı dayanacaqlarda, digər özəl avtomobil dayanacaqlarında qiymətlər orta statistik sürücünün cibinə, ölkədəki orta aylıq əməkhaqqına nə dərəcədə uyğun gəlir? Bakının mərkəzində yerləşən avtomobil dayanacaqlarının qiymətləri haqda araşdırma aparıb. Araşdırmalarımız zamanı məlum oldu ki, Bakının mərkəzində ən bahalı dayanacaq “28 Mall” ticarət və əyləncə mərkəzinin altında fəaliyyət göstərən dayanacaq, ən ucuz dayanacaq isə “28 May” metrosunun qarşısında (Cəfər Cabbarlı heykəlinin arxası) və Dəmiryolu Xəstəxanası ilə Bakı Dəmiryolu vağzalı arasında yerləşən dayanacaqlardır.
“28 Mall”da parklamanın qiyməti belədir:
1 saat - 1 manat
1-3 saat - 2 manat
3-5 saat - 3 manat
5-7 saat - 5 manat
7-24 saat - 20 manat

Bu avtomobil dayanacağında təqdim olunan giriş çekini itirən müştərilər 20 manat cərimə olunur. Buradan daha çox ticarət mərkəzinə alış-verişə gələnlər istifadə edir. Bulvar ərazisində olan böyük ticarət və əyləncə mərkəzi “Park Bulvar”da isə qiymətlər “28 Mall”a nisbətən ucuzdur:
0-1 saat - 1 manat
1-3 saat - 2 manat
3-8 saat - 3 manat
8-12 saat - 6 manat
12-15 saat - 10 manat

Burada 24 saat avtomobil saxlamaq qadağandır. Giriş çekinin itirilməsinin qarşılığında isə 10 manat cərimə ödənilməlidir. Bakıda fəaliyyət göstərən ən böyük avtomobil dayanacaqlarından biri isə Fəvvarələr meydanın yanındakı “Garage”dir. Burada təklif olunan qiymətləri də ucuz hesab etmək olmaz. Beş mərtəbəli dayanacaqdan istifadənin qiyməti belədir:
0-1 saat - 1 manat
1-3 saat - 2 manat
3-6 saat - 3 manat
6-12 saat - 6 manat
12-24 saat - 10 manat
Bu dayanacaqdan uzunmüddətli istifadə etmək istəyən müştərilərə güzəşt edilir.
Ən böyük yeraltı avtomobil dayanacağı olan və 2013-cü ildə fəaliyyətə başlayan Azadlıq meydanının altındakı dayanacaqda da qiymətlər 1 manatdan başlayır.
0-2 saat - 1 manat
2-5 saat - 2 manat
5-12 saat - 3 manat
12-24 saat - 6 manat
Bu dayanacaq 24 saatlıq istifadəsi üçün ən ucuz qiymətə xidmət göstərən dayanacaqdır. Lakin bu dayanacağı digərlərindən fərqləndirən itirilmiş çekə görə cəriməsinin həddən artıq çox olmasıdır. Cərimənin məbləği 30 manat təşkil edir. Bu dayanacaqda güzəştlər yalnız dövlət məmurlarına edilir. Heydər Əliyev adına Sarayla Füzuli meydanı arasında olan yeraltı dayanacaq da minimal qiyməti 1 manatdan başlayaraq fəaliyyət göstərən avtomobil dayanacaqlarındandır. Burada da 1 saatlıq xidmətə 1 manat məbləğində ödəniş tələb olunur. Qeyd edək ki, yuxarıda adlarını qeyd etdiyimiz dayanacaqlardan 15 dəqiqəlik istifadə pulsuzdur. Amma bu bir az gülünc səslənir.
Bu, dayanacaqlardan istifadə edən sürücülər arasında apardığımız sorğudan da aydın oldu ki, bu pulsuz xidmətdən istifadə etmək mümkün deyil. Çünki dayanacağa girmək, maşını park etmək, dayanacağın ərazisini tərk etmək və qayıdarkən ödəmə terminalında məbləği ödəmək 15 dəqiqədən çox olur. Yəni pulsuz xidmətdən istifadə etmək praktiki olaraq mümkünsüzdür.
Ən ucuz avtomobil dayanacaqları isə “28 May” metrosunun qarşısında və Dəmiryolu Xəstəxanası ilə Bakı Dəmiryolu Vağzalı arasında yerləşən açıq dayanacaqlardır. Bu dayanacaqlara Nəqliyyat Nazirliyi nəzarət edir. Digər özəl dayanacaqlardan fərqli olaraq bu dayanacaqların gəliri nazirliyin büdcəsinə gedir. Bunu virtualaz.org saytının əməkdaşı ilə söhbətində dayanacaqlarda çalışan işçilər də təsdiq etdi. Bu dayanacaqlardan gün ərzində bir neçə saatlıq istifadənin qiyməti 20-30 qəpikdir. İşçilər deyir ki, sürücülərdən hansısa məbləğ tələb olunmur. Kim nə qədər verisə, onu da alırlar. Səhərdən axşama qədər maşın saxlamağın qiyməti isə maksimum 50 qəpik olur. Bulvar ərazisində salınan, Bayraq meydanı yaxınlığındakı yerüstü dayanacaq da sürücülərə ucuz qiymətə xidmət göstərir. Bu dayanacaqdan istifadənin qiyməti 20 qəpikdən başlayır. Bakının mərkəzində ara küçələrə nəzər yetirərkən məlum olur ki, sürücülər daha çox qeyri-rəsmi fəaliyyət göstərən bu dayanacaqlara üstünlük verir. Buna səbəb isə qiymətlərin ucuz olmasıdır. Ara küçələrdə səhərdən axşamadək maşın saxlamaq üçün ödənilən maksimum məbləğ 1 manatdır. Bir neçə saatlıq parklama isə 20 qəpikdir.
Avtomobil dayanacaqlarında qiymətlərin baha olması şikayətlərinə cavab olaraq Nəqliyyat Nazirliyindən bildirdilər ki, dayanacaqlar icarəyə götürüldüyündən qiymətləri sahibkalrar özləri müəyyən edir. Yəni qiymətlərin baha olmasına nazirlik heç nə edə bilməz.
Söhbətləşdiyimiz sürücülər isə şəhərin mərkəzində tikilən yeraltı dayanacaqlarda qiymətlərin həddən artıq baha olduğunu deyirlər. “Hər gün işə gələn adam üçün aylıq parkinq pulu az qala 200 manat edir. Orta aylıq əməkhaqqı 450 manatdırsa, deməli, camaatın aldığı maaşın yarısı parkinqə gedəcək. Bu nə yanaşmadır? Bu qiymətləri kim müəyyən edir və niyə əhalinin orta aylıq qazancı nəzərə alınmır? Yoxsa hökumətdə hesab edirlər ki, hamı nazir və deputat uşaqları kimi yüz minlərlə manat qiyməti olan maşınlar sürür və deməli, parkinqə gündə 20 manat da verə bilər? İndi şəhərdəki maşınların yarıdan çoxu kreditlə alınıb. Camaat kredit ödəsin, yoxsa gündə 10 manat parkinqə versin?”, - deyə Azadlıq meydanının altındakı parkinqdən köhnə “Mercedes”ini çıxaran İsmayıl adlı sürücü narazılığını bildirir.
Əfqan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Abutalıbov şəhərdə maşın saxlamağı qadağan etdi

    Abutalıbov şəhərdə maşın saxlamağı qadağan etdi ...

    22-08-2013, 11:32

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Parkomatlar yığışdırılır

    Parkomatlar yığışdırılır ...

    26-11-2014, 14:31

  • 
  • Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

    Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir” ...

    21-05-2015, 23:50

  • 
  • Bakı DYP rəisi Bakıda restoranlar açır?

    Bakı DYP rəisi Bakıda restoranlar açır? ...

    15-04-2014, 10:54


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu