GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Yoxsullar üçün “Lombard tələsi”

Yoxsullar üçün “Lombard tələsi”

Tarix: 4-04-2014, 10:47 Bölmə :İqtisadiyyat Baxış: 886
Yoxsullar üçün “Lombard tələsi”
Bu sistemi banklar himayə edir, kreditlər illik 100 faizdən də yuxarıdır

“Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində artım var”.
Bunu öz açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov dedi. Onun sözlərinə görə, istehlak kreditləşməsi 2013-cü ildə 35% artıb, bu da vətəndaşların kreditə olan tələbatının göstəricisidir: “Hazırda kommersiya bankları çox az sayda kredit verirlər. Verilən kredit isə çox ağır şərtlərlə təklif olunur. Həmin tələbatı lombardlar və sələmə pul verən şəxslər tuturlar. İstehlak kreditləşməsinin dayandırılmasından sonra lombardların təklif etdiyi pula tələbatın artması müşahidə edilir. Bu da təbii ki, lombardların təklif etdiyi kreditlərin faiz dərəcələrinin artmasına gətirib çıxarır. Yanvar ayının yekunları göstərir ki, lombardların faiz dərəcələrində 1% artım var. Bu da illik olaraq 12% artım deməkdir. Lombardların təklif etdiyi borclar üzrə faiz dərəcələri illik olaraq 40%-ə yaxındır. Bu da kifayət qədər böyük göstəricidir. Belə olan halda faizlər artır. Əgər lombardlar əvvəllər qızılla bərabər müxtəlif əşyaları da qiymətləndirirdilər. İndi isə, faizlərin artması nəticəsində lombardlar yalnız qızıl, zinət əşyaları qəbul edirlər”.
Vətəndaşın girovu təhlükə altında qalır
Ekspert bildirir ki, qanunvericilikdə lombarda qoyulan girovların icbari sığortalanması nəzərdə tutulmayıb. Onu da nəzərə alaq ki, qanunvericilikdə girov qoyulan əmanətin hansısa formada geri qaytarılması ilə bağlı da heç bir müddəa yoxdur: “Lombardlar lisenziya ilə fəaliyyət göstərsələr də, təəssüf ki, onların fəaliyyətinə nəzarət mexanizmləri zəifdir. Lombardlar məhz nəzarətin zəif olmasından istifadə edərək vətəndaşları aldadır. Bəzi hallarda onlar öz yerlərini asanca dəyişə bilirlər. Çünki banklardan fərqli olaraq adətən onların kiçik otağı olur. Həmin otaqlar da icarəyə götürülür. Ona görə də başqa yerə köçmə və eyni zamanda ölkəni tərketmə riskləri yüksək olur. Nəticədə nəzarətin gücləndirilməsinə ciddi şəkildə ehtiyac yaranır. Əgər lombardlar tez-tez yerlərini dəyişirlərsə, nəticədə min manat borca görə lombarda 2 min manatlıq qızılı əşyası qoyan vətəndaşın girovu təhlükə altında qalır. Hazırda lombardların vətəndaşları aldatması ilə bağlı kifayət qədər faktlar mövcuddur. Hesab edirəm ki, sözügedən fəaliyyətlə bağlı tələb olunan qaydalar və meyarların sərtləşdirilməsinə ehtiyac var”.
Lombardın girov əşyadan istifadə hüququ yoxdur
Hüquqşünas Araz Yusifov da lombardlarla bağlı müəyyən problemlərin olduğunu təsdiq etdi. O, bu sahədəki qanunvericilikdə də müəyyən dəyişiklik edildiyini bildirdi:
“Əvvəllər lombard xüsusi icazə (lisenziya) əsasında fəaliyyət göstərən hüquqi şəxs idi. Lakin indiki qanunvericiliyə görə lombard fəaliyyəti xüsusi razılıq tələb olunan fəaliyyət növlərinə aid deyil. Girov qoyan qismində isə ancaq fiziki şəxslər çıxış edə bilər. Girovun predmeti isə yalniz şəxsi istehlak üçün nəzərdə tutulan daşınan əşyalardır ki, lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur. Əgər müştəri girov əsasında götürdüyü pulu müqavilədə göstərilən zamanda geri qaytara bilmirsə, lombard girovluqda olan əşyanı sata bilər”. Xatırladaq ki, son zamanlar bankların nağd kredit şərtlərini sərtləşdirməsi vətəndaşların lombardlara axın etməsinə şərait yaradıb. Banklardan fərqli olaraq lombardlarda kiçik məbləğli kreditlər götürmək üçün sənədləşmə daha asandır. Heç bir zamin və iş yerindən arayış təqdim etmədən şəxsiyyət vəsiqəsi və girov qoyulacaq qızıl məmulatları ilə lazım olan məbləği əldə etmək mümkündür.
İqtisadçı ekspert Razi Abasbəyli isə bildirir ki, Lombardların böyük bir əksəriyyəti əsasən bankların və kredit təşkilatlarının nəzarəti altındadır. “Yəni Bakıda fəaliyyət göstərən bankların böyük bir qismi əslində kreditlər üzrə faiz dərəcələrindən əldə edilən gəlirlərini gizləmək üçün Lombardlar yaradırlar. Vətəndaşlar girovların əvəzində aldıqları ssudaya görə, hər 100 manata 8 manat ödəyirlər. Bu illik 96 faiz deməkdir. Banklarla birbaşa bağlılıq olduğundan Mərkəzi Bankın Lombardlar üzərində təsir imkanları kifayət qədər çoxdur. Həmçinin də Lombardlarda olan əmanətlər Əmanətlərin Sığortalanması Fondunda qeydiyyatda olmur. Lombardlarda qoyulan əmanətlərin sığortalanması mexanizmi yoxdur. Kredit alanla kredit verən arasında imzalanan müqavilələrdə belə vətəndaşın hüquqları qorunmur”, - deyə həmsöhbətimiz bildirdi.
ELMAN
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Lombardlar əhalini necə girova çevirir?

    Lombardlar əhalini necə girova çevirir? ...

    24-02-2014, 13:08

  • 
  • Elman Rüstəmov kreditlər üzrə faiz dərəcələrinin yuxarı həddinə məhdudiyyət qoydu

    Elman Rüstəmov kreditlər üzrə faiz dərəcələrinin ...

    28-07-2015, 19:40

  • 
  • Elman Rüstəmov kredit faizlərini necə artırır?

    Elman Rüstəmov kredit faizlərini necə artırır? ...

    9-10-2014, 12:59

  • 
  • Azərbaycanda kreditlər ucuzlaşır

    Azərbaycanda kreditlər ucuzlaşır ...

    7-05-2014, 10:12

  • 
  • İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi

    İqtisadçı bankların “faiz tələsi”ni ifşa etdi ...

    18-11-2013, 12:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu