GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Xaricdən gətirilən benzin Gəncədə Bakıdakından ucuz olmalıdır”

“Xaricdən gətirilən benzin Gəncədə Bakıdakından ucuz olmalıdır”

Tarix: 8-04-2014, 10:14 Bölmə :İqtisadiyyat Baxış: 917
“Xaricdən gətirilən benzin Gəncədə Bakıdakından ucuz olmalıdır”
İlham Şaban:
“Bakıdakı zavodda olan texnoloji xətlər yüksəkoktanlı avtomobil benzini istehsal etməyə imkan vermir”


Azərbaycanda “Premium Euro -9” markalı benzin satışa çıxarılıb. Eyni zamanda AI-95 markalı benzinlə müqayisədə onun qiymətində 13 qəpik artım var – “Premium Euro -95” 93 qəpikdən satılır. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban benzin bazarında baş verənləri şərh edib.
- İlham bəy, aprelin 4-də AI-95 markalı benzinin qiyməti 13 qəpik artıb. Sosial şəbəkələrd “benzin qalxıb, millət yatıb”, “mən maşınımı dəyişəcəyəm” və s. bu kimi reaksiyalar olub. Gözlənilən idimi bu artım?
- Bunun obyektiv səbəbləri var və qiymət artımı gözlənilən idi. Hələ iki ay əvvəl Dövlət Neft Şirkəti Azərbaycan hökuməti qarşısında məsələ qaldırmışdı ki, yüksəkoktanlı (AI-95) benzinin istehsalını dayandırır. Azərbaycanda iki neftayırma zavodu olsa da, yalnız birində - Heydər Əliyev adına zavodda benzin istehsal olunur. Bu zavoddakı texnoloji xətlər yüksəkoktanlı avtomobil benzini istehsal etməyə imkan vermir. Orda istehsal olunan AI-95 əslində AI-92 markalı benzinə aşqarlar qatılmaqla əldə olunurdu. Bu, oktan dərəcəsi müəyyən müddət üçün artırılmış benzin idi. Yəni, bu, Avropada gördüyümüz AI-95 deyildi. Neft şirkəti daxili bazarın tələbatını ödəmək üçün bütün imkanlarını AI-92-nin istehsalına yönəldib... Bu baxımdan martın 31-də Nazirlər Kabineti qərara alıb ki, AI-95 və AI-98 benzinlərinin qiymətini dövlət tənzimləməsin. Beləliklə də, həmin markalı benzinlərin qiymətləri sərbəstləşdirilib. İndi AI-95-in qiyməti 91 qəpiyə də düşə bilər, 95 qəpik də ola bilər. Hazırda 93 qəpiyə satılan benzin Rumıniyadan gətirilir. Rusiyadan da, Türkmənistandan da, daha başqa yerlərdən də gətirilə bilər. Bu baxımdan qiymətlər daim dəyişəcək. Xaricdən yanacağı gətirənlər Azərbaycan bazarına nə təklif edəcəksə, qiymət də elə olacaq.
- Onda belə çıxır ki, indiyə qədər Azərbaycanda satılan “AI-95” markalı benzin saxta olub?
- Dövlət Neft Şirkəti bunu heç özü də gizlətməyib. Bu marka qarışıqlar vasitəsi ilə, yəni süni yolla hazırlanırdı. Çünki, Azərbaycanda benzin istehsal edən zavodlar texnoloji baxımdan bunu hazırlamaq gücündə deyil. Onu da deyim ki, Rusiyanı çıxmaq şərti ilə Türkmənistandan başqa Xəzəryanı ölkələrin heç birində müasir neft emalı zavodu yoxdur. Qazaxıstanda “Avro-4” standartı olan benzin istehsal edəcək zavod 2016-17-ci ildə hazır olacaq. İranda bu məsələdən, ümumiyyətlə, söhbət getmir. Azərbaycanda isə belə zavodun 2020-ci ildən sonra işə düşəcəyi gözlənilir.
- Demək qiymət dəyişmələri yenə olacaq və 93 qəpik son qiymət deyil?
- Yox, başqa ölkələrdə yanacaqdoldurma məntəqələrində müxtəlif qiymətlərlə üzləşirik. Yavaş-yavaş bunu Azərbaycanda da görməyə başlayacağıq.
- Qiymətlər nə qədər bahalaşa bilər?
- Biz qiymətlərin qalxmasından danışırıq, amma heç kim ucuzlaşmadan danışmır. Bu, Azərbaycan bazarında ilk psixoloji məqam idi. İndi AI-95 benzininin Rumıniyadan dəmiryolu ilə gətirildiyi deyilir. Doğurdan da belədirsə, onda benzinin qiyməti Böyük Kəsikdə və Gəncədə Bakıdakından ucuz olmalıdır. Rusiyadan gətirilirsə, qiymət Şimal bölgəsində paytaxtdakından ucuz olmalıdır. Axı məsafə məsələsi var. Türkmənistandan gəlsə, onda benzin Bakıda regionlardan ucuz olmalıdır.
- Azərbaycanda belə bir şey mümkündürmü? Buna imkan veriləcəkmi?
- Ölkənin hər yerində qiymətlər eyni olacaqsa, onda buna «inhisar» və ya “karter sazişi” adını vermək olar. Hökumət deyirsə ki, artıq benzinin bu növünü tənzimlənən qiymətlər siyahısından çıxarıb, məsafənin uzunluğundan, müxtəlif bazarlardan alınmasından asılı olaraq qiymətlər də fərqli olmalıdır. Bundan başqa, yanacaqdoldurma məntəqələri, heç olmasa, 1 qəpik fərqlə olsa belə öz aralarında rəqabət aparmalıdırlar.
- Bəs AI-95 markalı benzinə Azərbaycanda tələbat nə qədərdir? İldə bu benzindən nə qədər idxal oluna bilər?
- Tələbat 7 faizdən artıq deyil, AI-98-ə tələbat isə hədsiz aşağıdır, demək olar ki, yoxdur. Statistika və Gömrük komitələrinin rəsmi məlumatlarına görə, 2013-cü ildə Azərbaycana cəmi 180 ton AI-98 markalı benzin gətirilib. AI-95-ə tələbat isə ildə 60-65 min tondur. Ümumi ölkə üzrə götürsək, AI-92-yə 70 faiz, dizelə 25 faiz, AI-95-ə isə 5 faiz tələbat var. Daxili bazarda ümumilikdə 1 milyon 300 min ton benzin satılır.
- Bəz indi xaricdən AI-95 markalı benzini kim gətirir?
Bildiyim odur ki, bunu Dövlət Neft Şirkəti gətirmir.
- “Azpetrol” şirkəti ola bilərmi?
- Ola bilər, çünki onların bu işi görmək üçün “Aztrans” şirkəti var. Mənə maraqlı olan odur ki, heç olmasa, Azərbaycan reallığında hansısa sahədə doğrudan da bazar elementi olaydı. Yəni, Bakıdan müxtəlif istiqamətlərə gedəndə yanacaqdoldurma məntəqələrində qiymətin dəyişməsini müşahidə edəydik.
- Bəs Rumıniyadan benzin neçəyə alınır, bu, sizə məlumdurmu?
- Gürcüstan bazarında AI-95 1 manat 8 qəpikdir. Gürcüstandan keçib Azərbaycana gəlir, əslində, bizdə baha olmalıdır, amma Azərbaycanda benzin idxalına gömrük rüsumları 15 faizdən 0-a, aksiz dərəcələri isə 1 ton üçün 250 dollardan 100-150 dollara endirilib. Yəqin, bu, ilkin dövr üçün belə olacaq. Bu o demək deyil ki, Azərbaycan baha alıb ucuz satır, sadəcə, faiz dərəcələrindəki endirim hesabına belədir. Avropada yanacaqdoldurma məntəqələrində AI-95-in 1 litri 1.20-1.30 arasındadır. Avropada bunun çox hissəsi dövlətə vergi kimi ödənilir. Azərbaycana gəldikdə isə, birincisi, bu benzin Avropadakı neftayırma zavodlarından topdansatış qiymətə alınır. İkinci isə Azərbaycan vergi hissəsini az götürür. Bundan başqa, Azərbaycan Qazaxıstan və Türkmənistanın neft məhsullarını Batumi limanına daşıyır və bu zaman geri qayıtmalı olan boş vaqonlara Rumıniya benzini doldurulur. Bu da qiymətə təsir edən amildir. Azərbaycan əlavə xərc çəkmir, geri qayıdan qatar yüklə qayıdır.
- AI-95-in bahalaşması Azərbaycanda əhalinin nisbətən ucuz AI-92-yə keçməsi ilə nəticələnə bilərmi?
- Bu olsa, ancaq adamların avamlığından ola bilər. Bizdə AI-98 işlədən də gedib qiymət fərqinə görə AI-92 vuracaq... Nəticədə avtomobillərini sıradan çıxarmış olarlar. Mən Rusiya saytlarında oxuyuram, orda da belə bir meyl olub, nəticədə adamlara xeyli ziyan dəyib.
Sadıq
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda benzinin qiyməti qalxdı

    Azərbaycanda benzinin qiyməti qalxdı ...

    7-08-2014, 01:48

  • 
  • Benzin hansı ölkədə neçəyə satılır?

    Benzin hansı ölkədə neçəyə satılır? ...

    3-12-2013, 12:29

  • 
  • Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq

    Azərbaycanda benzinin qiyməti ucuzlaşmayacaq ...

    3-09-2015, 20:34

  • 
  • Azərbaycanda benzinin qiyməti bahalaşıb?

    Azərbaycanda benzinin qiyməti bahalaşıb? ...

    2-04-2014, 11:29

  • 
  • Azərbaycanda benzinin qiyməti ilə kim oynayır?

    Azərbaycanda benzinin qiyməti ilə kim oynayır? ...

    5-04-2014, 13:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu