GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Xəzər kimin dənizidir?

Xəzər kimin dənizidir?

Tarix: 16-04-2014, 10:49 Bölmə :İqtisadiyyat Baxış: 980
Xəzər kimin dənizidir?
Dənizin hüquqi statusunun müəyyən olunmasında növbəti mərhələ başlayır

Xəzərsahili ölkələrin liderləri arasında bu ilin sentyabrında keçirilməsi planlaşdırılan zirvə görüşünə hazırlıq işləri ilə bağlı aprelin 22-də Rusiyanın Həştərxan şəhərində dövlət başçılarının növbəti görüşü nəzərdə tutulur. SSRİ-nin dağılmasından sonra müzakirə predmeti olan Xəzərin hüquqi statusu problemi hələ də sahilyanı ölkələr tərəfindən həll edilməmiş qalıb. Bu məsələnin həllində razılığın əldə olunmamasının nəticəsidir ki, Xəzərin təbii ehtiyatlarından hələ də tam istifadə etmək mümkün olmayıb. Sahil boyu ölkələri 7000 km məsafədə əhatə edən Xəzərin bölünməsində 5 ölkənin - Rusiyanın, İranın, Qazaxıstanın, Türkmənistanın və Azərbaycanın maraqları toqquşur. Hələ də dənizdə kəşf olunmamış çoxlu neft və qaz yataqlarının olduğu güman edildiyindən heç bir tərəf öz mövqelərindən geri çəkilmək niyyətində deyil.
Xəzər dənizinin hüquqi statusunun təyin edilməsi zamanı 3 əsas yanaşma ortaya çıxıb. Bunlardan birincisi, beynəlxalq quru sərhədlərinin orta xətt boyunca dənizə qədər uzadılması ilə milli sektorların yaradılması və sahil dövlətlərin özlərinə aid milli sektorlar daxilində hər cür suverenliyə və haqqa sahib olmasıdır. Bu yanaşmaya Rusiya və Qazaxıstan qarşı çıxır. İkinci yanaşma isə 1982-ci il tarixli BMT Dəniz Hüququ üzrə Müqaviləyə uyğun olaraq hər bir ölkə üçün 12 millik dəniz suları nəzərdə tutur, qalan ərazi isə sahil ölkələrinin ümumi istifadəsinə verilir. Türkmənistan ilə İran bu yanaşmaya müsbət yanaşır. Xəzərin hüquqi statusu mövzusunda ortaya qoyulan üçüncü yanaşma isə dənizin beş ölkə arasında bərabər bölünməsini nəzərdə tutur. İranın irəli sürdüyü bu həll yoluna Xəzərlə ən uzun sahili olan dövlətlər Qazaxıstan və Rusiya qarşı çıxır. Mövcud bölünmədə yalnız Qazaxıstanın payı 20 faizdən çoxdur. İran ilə sərhədi olan Azərbaycan və Türkmənistan kimi ölkələr öz paylarından İrana təhvil verəcəyi halda özlərinə qonşu olan Qazaxıstandan pay ala bilməyəcəyini bildikləri üçün bu yanaşmanın əleyhinədir.
Ümumiyyətlə, SSRİ və İran arasında Xəzərin bölgüsü zamanı əldə olunmuş ən son razılaşmaya əsasən, dənizin 86 faizi SSRİ-nin, 14 faizi isə İranın nəzarəti altında olub. SSRİ eyni orta xətt prinsipi üzrə Xəzərin ona aid olan 86 faizlik hissəsini Rusiya, Qazaxıstan, Türkmənistan və Azərbaycan arasında 1970-ci ildə milli sektorlara bölüb. Həmin bölgüdə Rusiya 19 faiz, Qazaxıstan 29 faiz, Azərbaycan 21 faiz, Türkmənistan isə 16 faizlik pay almışdı. Sovet imperiyasının süqutundan sonra beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklər Xəzərin hüquqi statusunda da özünü göstərdi. İndiyə qədər hüquqi statusun müəyyən olunmamasında ən əsas pozucu rolu İran və Türkmənistan oynayır. Ümumi tezislərinin bir-birinə yaxın olmasına baxmayaraq, Türkmənistan tərəfi Abşeron yarımadası məsələsində razılığa gəlmək istəmir. Türkmənistan Azərbaycanla arasında çəkiləcək orta xətt zamanı Abşeron yarımadasının nəzərə alınmamasında israr edir. Əgər Türkmənistan variantı işə düşərsə, Azərbaycan “Kəpəz” və “Azəri-Çıraq” yataqlarını itirə bilər. Bölgü prosesində Qazaxıstanın Rusiya və Azərbaycan ilə demək olar ki, ciddi bir problemi yoxdur.Qazaxıstan hər iki ölkə ilə sərhədlərin müəyyən olunmasında “orta xətt” prinsipi əsasında sərhəd bölgəsindəki enerji yataqlarının bərabər istifadəsinə dair razılıq əldə edib.
İran isə Xəzərin beş bərabər hissəyə bölünməsi prinsipində israr edir. Molla rejiminin bu prinsipdə əsas hədəfi daha çox Azərbaycanı enerji qaynaqlarından məhrum etməkdir. Azərbaycanın Xəzərdə yerləşən mühüm enerji yataqlarına nəzarət etməsini qəbul etmək istəməyən qonşu ölkə bu yolla ölkəmizin iqtisadi maraqlarına zərbə vurmağı hədəfləyir. Hüquqi statusun müəyyən edilməsi prosesində Azərbaycanı təkləmək üçün İran Türkmənistana dəstək verməklə onun mövqelərini müdafiə edir. Həmçinin İran Rusiya ilə müəyyən anlaşmalar etməklə onu da Azərbaycana qarşı çevirmək istəyir. Hər iki dövlətin bölgədə Türkiyənin, Avropa Birliyi ölkələrinin, Amerikanın mövqelərinin möhkəmlənməsindən dolayı narahatlıqları Azərbaycana qarşı mövqelərini birləşdirməyə yardım edir. Bu məqsədlə bir neçə dəfə İranın Xəzərin Azərbaycan sektorunda hərbi təlimlər keçirdiyi də məlumdur.
Bütün bu sadalanan amillər səbəbindən uzun müddət keçməsinə baxmayaraq, Xəzərin hüquqi statusu məsələsində ortaq məxrəc əldə etmək mümkün olmayıb. İranın rəvac verdiyi seperatçılıq səbəbindən Xəzər dostluq və barış dənizi olmaqdan daha çox mübahisə predmetinə çevrilib. Aprelin 22-də keçirilməsi planlaşdırılan görüşdə də ümumi razılığın əldə olunması real görünmür.
Sərdar MUSA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ABŞ Xəzər dənizinin enerji ehtiyatları ilə bağlı hesabat yayıb

    ABŞ Xəzər dənizinin enerji ehtiyatları ilə bağlı ...

    28-08-2013, 10:53

  • 
  • zərbaycan donanması Xəzərdə Rusiyaya qarşı Azərbaycan və Qazaxıstan Rusiyadan asılılığa son qoymağa çalışacaqzərbaycan donanması Xəzərdə Rusiyaya qarşı Azərbaycan və Qazaxıstan Rusiyadan asılılığa son qoymağa çalışacaq

    zərbaycan donanması Xəzərdə Rusiyaya qarşı ...

    16-12-2015, 17:27

  • 
  • Hafiz Paşayev Türkmənistana nə üçün gedib?

    Hafiz Paşayev Türkmənistana nə üçün gedib? ...

    3-09-2014, 14:00

  • 
  • Deputat icra başçılarının qanunu saymamasından gileyləndi

    Deputat icra başçılarının qanunu saymamasından ...

    27-02-2014, 11:39

  • 
  • “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya gəlir

    “Milyarderlər İttifaqı”nın üzvü də Putinlə Bakıya ...

    12-08-2013, 12:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu