GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Deputat icra başçılarının qanunu saymamasından gileyləndi

Deputat icra başçılarının qanunu saymamasından gileyləndi

Tarix: 27-02-2014, 11:39 Bölmə :Siyasət Baxış: 1 006
Deputat icra başçılarının qanunu saymamasından gileyləndi
“Bu çox ciddi məsələdir. Milli Məclisdə, komitələrin iclaslarında bu məsələ ilə bağlı hər zaman müzakirələr gedir. Amma məhəl qoyan yoxdur, özbaşınalıqdır”.
Bunu modern.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov son zamanlar Xəzərin sahilboyu zolağının hasara alınması məsələsinə münasibət bildirərkən deyib.

Millət vəkili bildirib ki, qanunu sayan yoxdur: “Qanun çərçivəsində hərəkət etmək əvəzinə müəyyən imkanlı şəxslər istədiklərini edir, istədiyi hasarı çəkir. Rayon icra hakimiyyətlərinin başçıları bu işə səhlənkar yanaşırlar. Bu yolverilməz haldır. Xəzərin sahilboyu zolağının hasara alınmasına son qoyulmalıdır. Çünki dəniz hamınındır. İnsanlar orada istirahətə gedir, dincəlmək istəyir. Millət vəkilləri Zeynəb Xanlarova, Sabir Rüstəmxanlı da bu məsələ ilə narahatlıqlarını bildiriblər. Mən də bunun qarşısının alınmasının tərəfdarıyam. Qanunda nə nəzərdə tutulubsa, qanuna da uyğun hərəkət edilməlidir”.

Xatırladaq ki, 2003-cü il yanvarın 13-də mərhum prezident Heydər Əliyev Xəzər sahilində şəxsi evlərin və qurğuların tikintisini qadağan edən “Azərbaycan Respublikasında Xəzər dənizinin sahilindən istifadəyə dair bir sıra tədbirlər haqqında” sərəncamı imzalayıb.



Həmin sənəddə deyilir ki, sərəncam son vaxtlar vətəndaşların Prezidentin İcra Aparatına daxil olan çoxsaylı müraciətlərilə bağlı qəbul edilib. Həmin müraciətlərdə göstərilir ki, bir sıra yerlərdə Xəzər dənizinin sahilboyu zolaqları altında olan torpaqlar yerli əhalinin maraqları və ictimai ehtiyacları nəzərə alınmadan ayrı-ayrı fiziki və hüquqi şəxslərin istifadəsinə və icarəsinə verilib.

Həmin torpaq sahələrində bağ evləri və digər obyektlər inşa edilib, dənizin içinədək hündür hasarlar çəkilib. Bununla da əhalinin dəniz sahilinə gediş-gəlişi xeyli dərəcədə məhdudlaşdırılıb.

Mərhum dövlət başçısı Heydər Əliyevin sözügedən sərəncamı ilə Nazirlər Kabineti, Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı və Sumqayıt şəhərlərinin, həmçinin Xaçmaz, Dəvəçi, Siyəzən, Xızı, Abşeron, Salyan, Neftçala, Lənkəran, Masallı və Astara rayonlarının icra başçılarına tapşırılıb ki, Xəzər dənizi sahilinin 130 metrlik zolağında yerləşən torpaqların Azərbaycan Respublikasının qanunvericiliyilə müəyyən edilmiş inzibati və ya məhkəmə qaydasında huquqi və fiziki şəxslərin istifadəsindən və icarəsindən geri alınması təmin edilməlidir.

2003-cü il avqustun 4-də isə prezident “Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası qanununun təsdiqi barədə fərman imzalayıb. Bu dəyişikliklərə görə, Xəzərin Azərbaycan sektorunun sahil zolağından 80-130 metrlikdə yerləşən torpaqlar dövlət mülkiyyətinə aid edilir və onlar dövlətsizləşdirilə bilməz. Bu zolaqda yerləşən torpaq sahələri müvafiq icra hakimiyyəti orqanlarının qərarı ilə yalnız dövlət məqsədləri üçün istifadəyə, yaxud icarəyə verilə bilər. Sahil zolağının 80-130 metrliyində istifadəyə və ya icarəyə verilən torpaq sahələrində aparılan tikinti dənizə ümumi yolu məhdudlaşdırmamalıdır. Bu ərazilərdən dənizə çıxış yalnız dövlətin iqtisadi maraqlarının və ya təhlükəsizliyinin qorunması ilə bağlı icra hikimiyyəti orqanlarının qərarı ilə məhdudlaşdırıla bilər.

Lakin sonradan Milli Məclis “Torpaq islahatı haqqında” qanuna dəyişiklik edərək Xəzərsalili zolağın dövlətə məxsus hissəsinin enini 20-50 metr müəyyənləşdirdi.

Dəyişikliyə əsasən, 20-50 metrlik sahil zolağının altında qalan torpaqlar dövlətin mülkiyyətində qalmaqla özəlləşdirilə bilməz.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Nazir bizimlə niyə oynayır?” - Millət vəkili

    “Nazir bizimlə niyə oynayır?” - Millət vəkili ...

    6-12-2013, 12:56

  • 
  • Milli Məclis inhisarçılara qarşı mübarizəyə qalxır

    Milli Məclis inhisarçılara qarşı mübarizəyə qalxır ...

    23-01-2014, 13:19

  • 
  • Reklam qanunu dəyişdi

    Reklam qanunu dəyişdi ...

    15-05-2015, 12:40

  • 
  • Müəllim və həkimlərin maaşı artacaq

    Müəllim və həkimlərin maaşı artacaq ...

    7-01-2015, 00:35

  • 
  • Sabir Rüstəmxanlı daha deputat olmaq istəmir - AÇIQLAMA

    Sabir Rüstəmxanlı daha deputat olmaq istəmir - ...

    28-11-2013, 13:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu