İdxal edilən düyünün çoxu gömrük nəzarətindən keçmir
2012-ci ildə Azərbaycanda 3878 ton düyü yığılıb. Bu, inişilkindən 1,4% çoxdur. Amma ölkədə düyü istehsalı 2009-cu ildən azalır. Dövlətstatkomun məlumatına görə, 2012-ci ildə 1686 ha sahədə düyü əkilib. Bu, 2011-ci ildəkindən 4,5% azdır. Artım məhsuldarlıq hesabınadır. Ötən il 1 ha-dan 23 sentner düyü yığılıb, bu, 2011-ci ildəkindən 1,3 s çoxdur. Dövlət düyü istehsalına yardım edir. Hər hektara 40 manatdan əlavə, düyü əkən fermerlər 40 manat da alır. Amma Kənd Təsərrüfatı Nazirliyi mütəxəssislərinin sözlərinə görə, bir sıra fermerlər tərəvəz istehsalına üstünlük verir. Ənənəvi olaraq düyü Ağdaş və Astarada yetişdirilir. 2000-ci il ilə müqayisədə Astarada düyü istehsalı 14 320 ton azalıb və 2012-ci ildə 589 ton olub. 2000-ci ildə ölkədə 22,3 min ton düyü yığılıb. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ilin 9 ayında Azərbaycana $5 bəyannamə qiyməti ilə 15 237 ton düyü gətirilib. Qeyd edək ki, DSK-ya görə, ölkədə adambaşına illik düyü istehlakı 7,4 kq-dır. Bu hesabla illlik düyü istehlakı 68 min ton edir. Beləliklə, belə görünür ki, idxal edilən düyünün çoxu gömrük nəzarətindən keçmir. “İqtisadiyyat şöbəsi”
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?