GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Kəmaləddin Heydərovun pambıq biznesi

Kəmaləddin Heydərovun pambıq biznesi

Tarix: 23-01-2013, 10:22 Bölmə :İqtisadiyyat Baxış: 4 031
Kəmaləddin Heydərovun pambıq biznesi

Fövqəlnazirə məxsus “MKT İstehsalat
Kommersiya” MMC-nin biznes gizlinləri açılır


Qəzetimizin pambıqçılıq sahəsində apardığı araşdırma nəticəsində ölkənin pambıqçılıq sahəsində böyük maxinasiyaları ortaya çıxarıb. Öncəliklə onu deyək ki, bir zamanlar ölkə iqtisadiyyatının neftdən sonra ikinci aparıcı sahəsi olan pambıqçılıq demək olar ki, tam olaraq Kənd Təsərrüfatı Nazirliyinin nəzarətindən çıxarılıb. Nazirlik ancaq pambıqçılıq haqqında statistik rəqəmləri açıqlayır və heç bir halda pambıq əkininə, becərilməsinə və yığımına nəzarət edə bilmir.
Amma bir zamanla pambığın becəriləməsi və yığılması üçün orta və ali məktəblər bağlanır, rayonların büdsə və istehsalat müəssisələrinin işçirləri bu pambığın becərilməsinə və yığımına cəlb olunurdu. Müstəqillik əldə etdikdən və kolxozlar ləğv olunduqdan sonra sonra tədricən pambıqçılıq sahəsi tənəzzül yaşamağa başladı. Çünki bu strateji xammalı yetişdirmək üçün böyük zəhmət və işçi qüvvəsi tələb olunur.
Hazırda uzun illərdir ki, pambıqçılıq sahəsi MKT İstehsalat Kommersiya MMC-nin inhisarındadır. Bizim araşdırmamız zamanı məlum oldu ki, ölkədə pambıq istehsalını öz nəzarəti altında saxlayan MKT İstehsalat Kommersiya MMC bu sahədə dözülməz şərait yaradıb. Elə ona görə də kəndlilər pambıq əkməkdən imkanları daxilində qaçmağa çalışırlar. mma əgər bacarsalar... Bir çox hallarda isə onlar illərlə zorla pambıq əkməyə məhkum olunurlar. Necə deyərlər bir dəfə pambıq bataqlığına girən kəndli bir daha o bataqlıqdan çıxa bilmir. Bu barədə ətraflı danışmadan öncə dünən “Turan” informasiya agentliyi tərəfindən yayılan bir məlumata diqqət yetirək:
“Əmlak Məsələləri Dövlət Komitəsi “Beyləqan-Pambıq” ASC-nin səhmlərinin pul hərracında satılmamış 30,34% hissəsinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Oliqarx Kəmaləddin Heydərovun ailəsinə məxsus şirkət bu metodla qalan 13 pambıq müəssisəsində dövlətin 30% payını özəlləşdirir. ƏMDK-nin məlumatına görə, müsabiqədə iki iddiaçı iştirak edib. Əvvəllər olduğu kimi, rəqabət aparan şirkətlərin adı çəkilmir. Azərbaycanda bu saxta iddiaçıların iştirakı formal xarakter daşıyır və özəlləşdirmənin nıəticəsi əvvəlcədən bəlli olur: Turan bu müsabiqəinin nəticəsini ötən ilin dekabrında proqnozlaşdrmışdı.
ƏMDK-nin məlumatında deyilir ki, “Beyləqan-Pambıq” ASC-nin 30,34% səhmlərinə görə “MKT İstehsalat Kommersiya” dövlət büdcəsinə 40 min manat köçürülməsini, habelə İnvestisiya Proqramına əsasən 6 ay ərzində 250 000 manat məbləğində investisiya qoyuluşunun yerinə yetirilməsini öhdəsinə götürüb. Bu vəsaitlər müəssisənin emal sexinin təkmilləşdirilməsi məqsədi ilə müasir standartlara cavab verən avadanlıqların alınmasına yönəldiləcək. İnvestisiya fəaliyyəti dövründə 20 yeni iş yerinin açılması da nəzərdə tutulub. Bir neçə il “MKT İstehsalat və Kommersiya” bu yolla “Sumqayıt Xovlu iplik” ASC-nin 30% səhmlərini alıb. Sonradan bu səhmlər şirkətin mülkiyyətinə keçib, amma müəssisə işləməyib. 2008-ci ildən Azərbaycanda pul hərraclarında satılmayan SC-lərin 30% səhm paketinin satışı üzrə yeni metod tətbiq edilir. Səhmlər nominalın 100-50% qiymətinə təklif edilir. “MKT İstehsalat Kommersiya” MMC özəlləşdirdiyi pambıq zavodlarının tərkibində məhdud məsuliyyətli cəmiyyətlər təşkil edir Onlar öz aralarında xidməti müqavilələrlə işləyir. SC pambığın emalı üçün ödəniş alır, son məhsulun sahibi (pambıq lifi, toxum və s.) isə “MKT İstehsalat Kommersiya” MMC-nin törəmə strukturlarıdır. Bu ödəniş zavodun əməliyyat xərclərinə güclə çatır. Məsələn, «Beyləqan-Pambıq» ASC-nin nizamnamə kapitalı 840,7 min manatdır. SC-nin 1 oktyabr 2012-ci il üçün öhdəliyi 690 min manat olub.”
Azərbaycanın pambıqçılıq sahəsini öz nəzarəti altında saxlayan MKT İstehsalat Kommersiya MMC fermerlərlə pambıq xammalının əkilməsi ilə əlaqədar müqavilə əsasında işləyir, pambıq əkinini təşkil edir, pambıq xammalını tədarük edir, onun pambıqtəmizləmə müəssisələrində emalını həyata keçirir və hazır məhsulun satışını təşkil edir. Şirkət öz məhsullarının 90%-ni dünyanın müxtəlif ölkələrinə ixrac edir. "MKT İK" MMC, həmçinin, pambıq xammalının emalı nəticəsində pambıq mahlıcı tullantıları - ulyuk, lint və tiftik də istehsal edir və həmin məhsulları daxili və xarici bazarda realizə edir. MMC-nin ixrac üçün hər il pambıq mahlıcı tullantılarının hər növündən 2000 tona qədər təchiz etmək imkanı vardır.
Bu barədə MKT İstehsalat Kommersiya MMC-nin rəsmi səhifəsində bildirilir.qeyri-rəsmi olan isə odur ki, MKT İstehsalat Kommersiya MMC Azərbaycan kəndlilərini təhkimli vəziyyətdə çalışdırır və bu sahədən böyük gəlirlər əldə edir. Ölkədə olan pambıq zavodlarının demək olar ki, hamısını alan MKT məhz pambıq zavodları vasitəsi ilə öz işlərini həyata keçirir. Əvvəla onu deyək ki, Mərkəzi Aran rayonlarında bələdiyyələrin bütün məhsuldar və əkinə yaralı torpaqlarını MKT ələ keçirib. Bələdiyyələrə isə ildə qəpik-quruş olaraq icarə haqqı ödənilir.
MKT İstehsalat Kommersiya MMC-nin kəndlilərin başına açıdığı oyunlar isə böyük maxtnasiyaların nəticəsidir. Belə ki, MKT ilin əvvəlində kəndlilərlə müqavilə imzalayır. Müqaviləyə əsasən MKT pambıq üçün gərəkən xərcləri qabaqcadan kəndlilərə avans şəklində ödəyir. Pambıq zavodlarına nağd pul şəklində daxil olan bu avanslar zavod müdirləri tərəfindən mənimsənilir. Kəndlilərə isə əkin üçün gərəkən çiyid, neft, dərman pereparatları verilir. Tutaq ki, pambıq zavodu öz traktorları ilə kəndlinin yerini şumlayır, əkir, və s. Hər bir xidmət üçün kəndlinin hesabına normal qiymətlərdən daha artıq borc yazılır. Pambığı isə kəndlidən su qiymətinə alır. Tutaq ki, keçən il 41 qəpikdən alınan pambığı fermerlərin narazılığından sonra 42 qəpiyə qaldırıblar: Halbuki MKT təmizlənmiş pambığı dünya bazarına 4 manatdan baha çıxarır. MKT İstehsalat Kommersiya MMC kəndlidən pambığı bu qədər ucuz qiymətə almasını pambığı çiyiddən təmilədikdən sonra kütlənin 80 faiz azalması ilə izah edir. Amma MKT bu zaman onu söyləməyi unudur ki, əldə olunan çiyidi Şirvan Yağ Emalı Zavoduna kilosu 40 qəpikdən olaraq satır. Yəni MKT kəndliyə verdiyi pulu duru yerdən çiyiddən çıxarır.
Amma bu bu də hələ hamısı deyil. MKT pambığın zibilindən uylux hazırlayıb fermerlərə baha qiymətə satır. Uylux heyvandarlıqda ən bahalı yem hesab olunur. 1 ton pambıqdan 350-400 kq təmiz mahlıc alınır. Yəni faktiki olaraq emal xərclərini çıxsaq belə MKT təkcə xarici bazara çıxardığı mahlıcdan üç qat artıq gəlir gldə edir. Buna baxmayaraq MKT kəndlidən pambığı su qiymətindən də ucuz alır.
İşin başqa tərəfi isə odur ki, kəndli pambığı əkib becərmək üçün cəhənnəm əzabı çəksədə sonucda MKT İstehsalat Kommersiya MMC-yə borclu qalır. İlin sonunda demək olar ki, bütün pambıq əkən kəndli təsərrüfatları Pambıq zavodlarına borclu qalır. MKT isə öz növbəsində borclu qalan kəndliləri məhkəməyə verir. Məhkəmənin qərarını aldıqdan sonra isə gələn ildə həmin kəndlini borcu qaytarmaq məqsədi ilə pambıq əkməyə məcbur edir. Yəni kəndli tam olaraq MKT-nin təhkimlisinə çevrilir. Borcun yaranmasında əsas səbəb isə pambığın sortunun aşağı salınması vasitəsi ilə yaranır. Pambığın üstünə azacıq yağış yağdımı, Pambıq zavodları kəndlidən pambığı ikinci sort olaraq qəbul edir. Yəni 42 qəpiyə aldığı pambığı artıq 35 qəpiyə alır. Bu isə kəndlinin əməyinin zaya getməsinə və Pambıq zavodlarından asılı vəziyyətə düşməsinə səbəb olur. Hazırda Azərbaycanda elə kəndli təsərrüfatları var ki, on ildən artıqdır ki, MKT-yə borcludur və hər il MKT üçün pambıq əkmək zorundadır.
Qeyd edək ki, MKT İstehsalat Kommersiya MMC Azərbaycan kəndlisini bu şəkildə açıq istismar edərək hər il milyonlar qazanır. Bu təşkilatın arxasında duran isimlərdə çox maraqlıdır. Əldə etdiyimiz məlumata görə MKT-nin açması üç nəfərin -Mahmud (Məmmədquliyev), Kəmaləddin (Heydərov) və (Ömər Lütfü) Topalın - adlarının baş hərfidir. Sonradan digər iki şəxs bu biznesdən kənar durub və “fövqəlnazir” sahibliyini mütləq şəkildə həyata keçirməkdədir.
Azər Talıbov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazirlik: 15 mindən çox yeni iş yeri açılacaq

    Nazirlik: 15 mindən çox yeni iş yeri açılacaq ...

    6-02-2016, 18:34

  • 
  • Çin Azərbaycanda pambıq istehsal edəcək

    Çin Azərbaycanda pambıq istehsal edəcək ...

    11-02-2016, 21:35

  • 
  • Azərbaycanın pambıq bazarında qeyri-sabitlik davam edir

    Azərbaycanın pambıq bazarında qeyri-sabitlik ...

    11-01-2013, 10:55

  • 
  • Azərbaycanda pambıqçılıq necə məhv edilir?

    Azərbaycanda pambıqçılıq necə məhv edilir? ...

    27-11-2013, 16:24

  • 
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (282)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu