GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Dövlət Dəmiryol İdarəsində vaqon talanı

Dövlət Dəmiryol İdarəsində vaqon talanı

Tarix: 20-05-2014, 09:54 Bölmə :İqtisadiyyat Baxış: 0
Dövlət Dəmiryol İdarəsində vaqon talanı
Minlərlə vaqon hara yoxa çıxıb?

“Respublikanın dəmir yollarında acınacaqlı vəziyyət hökm sürür. 1990-cı illə müqayisədə dəmir yolları ilə yük dövriyyəsi 37 milyard ton/km-dən 8 milyard ton/km-ə qədər düşüb. 29 milyard azalma var. Daşınan yüklərin həcmi 141 milyon tondan 29 milyon tona enib. Azalma 112 milyon ton və ya 5 dəfəyə yaxındır. İnkişafın buralarda izi-tozu görünmür”.
Bu sözləri iqtisadçı-ekspert Nemət Əliyev sosial şəbəkədə paylaşıb. Azalmanın səbəbini şərh edən iqtisadçı bunu bir neçə amillə əlaqələndirir: “Birincisi, qeyri-neft sektorunun inkişafdan qalması ilə əlaqədardır. İkincisi, qeyri neft malları üzrə xarici bazarlarda mövqelərimizin itirilməsi ilə, üçüncüsü isə uçotdan yayınma ilə bağlıdır. Yükü, yəni malı, əmtəəni əvvəlcə istehsal etmək lazımdır ki, daşımağa bir şey olsun. İstehsalın həcmi xeyli azalıb. Misal üçün, emal sənayesi üzrə istehsalın səviyyəsi 1990-cı ildə istehsal olunan həcmin 50 faizi qədərdir. Deməli, daşınan yüklərin həcmi də azalmış olur. Odur ki, rəsmi dairələrin “anoloqu olmayan inkişaf” haqqındakı gurultulu açıqlamalarına inanan azdır”. N.Əliyevə görə, dəmiryol nəqliyyatına yatırılan milyonlar üzə çıxmır, “batır”: “Yalnız dəmir yollarına 2000-2007-ci illərdə 87,7 milyon manat, 2008-2010-illərdə isə daha 19,5 milyon manat sərmayə qoyulub. Üst-üstə 107,2 milyon manat kapital yatırılıb. Lakin, burada yükdaşımaların səviyyəsi 2012-ci ildə 7 milyon tondan çox azalıb (2006-cı illə müqayisədə 23,5% enmə olub). Yerli əlaqələr 33 faiz, ölkələrarası əlaqələr 20 faiz zəifləyib. Görülən işlərin həcmi 2,8 mlrd ton/km azalıb. 2008, 2009, 2010-cu illərdə dəmir yollarında yük daşıma fəaliyyətindən mənfəət götürmək mümkün olmayıb. Mənfəət bir yana qalsın, ziyanın qarşısını kəsmək müşkülə çevrilib. 42 milyon 109 min manat zərər dəyib. Bəs, kapital kimi yatırılan milyonlarla pullar nə üçün zərər verib? Olmaya əlavə vaqonlar, yük konteynerləri alınıb? Heç oxşamır. Təsdiq olunan məlumatlara görə, 1995-ci ildən sonrakı dövrdə yük vaqonlarının sayı 11 min 313 ədəd, konteynerlərin sayı 13 min 676 ədəd azalıb. Sərnişin vaqonlarının sayı da düşüb. Yoxa çıxan vaqonların və konteynerlərin yeri boş qalıb. Bu cür izaholunmaz ziddiyyətlərə gətirib çıxaran vəzifəlilərin kimliyi, məsuliyyəti müəyyən olunubmu? Hesablama Palatasının, Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin Azərbaycan Dəmir Yollarında baş verənlərə münasibətindən xəbər tutan varmı?”
“Azərbaycan Dəmir Yolları” QSC-dən minlərlə vaqonun yoxa çıxması barəsində kütləvi informasiya vasitələrində yayılan məlumatlarla münasibət bildirib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəhbəri Nadir Əzməmmədov açıqlamasında, yayılan məlumatların səhv olduğunu söyləyib.“Azərbaycan Dövlət Dəmir Yolu Dövlət Proqramı çərçivəsində bir çox işlər həyata keçirir. Yollar təmir edilir, yeni vaqonlar alınır, yaxın zamanda yeni zavodların tikintisinə başlanacaq. Belə yazı yazmaqla kimisə gözdən salmaq istəyirlər. Amma onlar özlərini gözdən salırlar. Daşımalarla əlaqədar göstərilən rəqəmlərin heç biri düzgün deyil. Vaqonlar sovetlər birliyindən qalan vaqonlardı. Vaqonların da müddəti var. Bəzi vaqonlar var ki, istismar müddətlərini baş vurub. Təmirə ehtiyacı olan vaqonları biz artıq təmirə göndərmişik. 76 vaqon Rusiyada və Ukraynada təmir olunaraq artıq ölkəyə gətirilib. Digər vaqonlar da təmir olub və ölkəyə gətirilir. Orada göstərilən göstəricilər yalnışdır və onların mənbəyi də məlum deyil”,- deyə Əzməmmədov açıqlamasında bildirib.
Qeyd edək ki, iqtisadçı-ekspert Nemət Əliyev sosial şəbəkədə paylaşdığı məlumatlar kütləvi informasiya vasitələrində yayılıb. Məlumatlarda dəmir yollarında daşımaların faizinin aşağı düşməsi, yük və sərnişin vaqonlarının sayının azalmasından bəhs olunur.
E.Qasımov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanın neft ixracı 3 milyon ton azalıb

    Azərbaycanın neft ixracı 3 milyon ton azalıb ...

    9-01-2013, 11:55

  • 
  • Qeyri-neft sektoruna sərmayələr kəskin azalıb

    Qeyri-neft sektoruna sərmayələr kəskin azalıb ...

    22-11-2014, 00:02

  • 
  • «Azərsun”un bir müəssisəsində 180 milyon dollar itki var - BÖHRAN

    «Azərsun”un bir müəssisəsində 180 milyon dollar ...

    2-02-2019, 12:26

  • 
  • Azərbaycan qaz hasilatını 5 faiz artırıb

    Azərbaycan qaz hasilatını 5 faiz artırıb ...

    15-08-2014, 10:15

  • 
  • Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər daha da aşağı salınacaq

    Banklarda vəziyyət gərgin olaraq qalır: faizlər ...

    6-12-2017, 22:35


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu