GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » Qeyri-neft sektoruna sərmayələr kəskin azalıb

Qeyri-neft sektoruna sərmayələr kəskin azalıb

Tarix: 22-11-2014, 00:02 Bölmə :İqtisadiyyat Baxış: 0
Qeyri-neft sektoruna sərmayələr kəskin azalıb

Nemət Əliyev: «Hökumət qeyri-neft sektorunun inkişafını prioritet elan etsə də, bu, fəaliyyətdə özünü göstərmir»
Bu ilin on ayına görə, qeyri-neft sektoruna kapital yatırımında kəskin azalma var. Bu haqda "Bizim Yol"a açıqlama verən iqtisadçı-ekspert Nemət Əliyev bildirib ki, azalma həm dövlət, həm də özəl sektor tərəfindən qoyulan sərmayələri əhatə edir. İqtisadçının sözlərinə görə, 2014-cü ilin on ayında qeyri-neft sektoruna kapital yatırımı 8,3 milyard manat olub. Amma 2013-cü ilin müvafiq dövründə bu rəqəm 9,1 milyard manat təşkil edib: "Deməli, qeyri-neft sektoruna kapital yatırımında 847,9 milyon manat azalma baş verib.

Azalmanın konkret səbəblərinə gəlincə, əsasən diqqətin neft sektoruna yönəlməsi ilə bağlıdır. Ölkəyə qoyulan ümumi investisiyaların həcmində 0,6 faiz artım var. Amma bu artım ölkənin neft sektorunda fokuslaşıb. Hökumət elə bir siyasət yeridib ki, bunun nəticəsində investorlar tərəfindən qeyri-neft sektoruna kapital yatırmağa maraq azalıb. Məhz buna görə də sərmayə qoyuluşu emal sənayesi üzrə 66,2 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 62,3 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq üzrə 43,4 faiz, informasiya və rabitə üzrə 35,5 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı üzrə 43,4 faiz azalıb.

"Peşə, elmi və texniki fəaliyyət"ə kapital yatırımı 58,5 faiz, "təhsil"ə sərmayə qoyuluşu 22,3 faiz, "mənzil tikintisi"nə sərmayə yatırımı 7,3 faiz düşüb".

N.Əliyev əlavə etdi ki, hökumət qeyri-neft sektorunun inkişafını prioritet elan etsə də, bu, fəaliyyətdə özünü göstərmir: "Çox maraqlıdır ki, əsasən, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşuna yönələn kapitalda azalma müşahidə edilir. Səhv etmirəmsə, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu azalma 1 milyard manatdan çoxdur. Kredit təşkilatları tərəfindən qoyulan kapital qoyuluşunda da 30 faiz azalma müşahidə edilir. Eyni zamanda büdcədənkənar mənbələrdə də vəsait yatırımları aşağı düşüb.

Təəssüf ki, bu illər ərzində qeyri-neft sektoruna sərmayə qoyuluşu stimullaşdırılmayıb. Dövlət büdcəsindən bu sahəyə yatırımların azalması fonunda kredit təşkilatları bu itkiləri sığortalaya bilərdi. Ölkə iqtisadiyyatı neftdən asılı vəziyyətə düşüb. İndi bir tərəfdən hasilat aşağı düşür, digər tərəfdən neftin qiyməti ucuzlaşır. Dövlət büdcəsində problemlərin yaranacağı gözləniləndir. Çünki büdcədə neftin baza hissəsini 90 dollardan hesablayıblar. Halbuki, dünya bazarında "qara qızıl"ın qiymətləri 80 dolların altındadır. Bu itkiləri qarşılamaq üçün Dövlət Neft Fondunun vəsaitindən istifadə ediləcək. İndiyədək fondun 75 milyard manatını xərcləyiblər, hazırda qalan 37 milyard manatını yaxın illərdə xərcləyəcəklər. Bu, yanlış bir siyasətdir".

N.Əliyevin fikrincə, kapital qoyuluşunun azalması istehsala da öz təsirini göstərib: "Statistika Komitəsinin məlumatlarından aydın olur ki, sənaye, aqrar sektorunda azalma var. Kənd təsərrüfatında bu azalma təqribən 3 faiz təşkil edir. Emal sənayesində artım olduğunu desələr də, təhlillər apararkən müəyyən istiqamətlərdə aşağı enmələri görərik. Bunlar onu deməyə əsas verir ki, hökumətin qeyri-neft sektorunun inkişafını prioritet seçdiklərini deməsi yalnız sözdədir".

Vüsalə RÜSTƏMOVA
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
Geri

Oxşar yazılar :

    
  • Azərbaycana kapital qoyuluşu azalır

    Azərbaycana kapital qoyuluşu azalır ...

    19-02-2019, 15:28

  • 
  • İlham Əliyev: "Qeyri-neft sektorunun inkişafı 2016-cı il iqtisadi sahədə əsas proritet olacaq"

    İlham Əliyev: "Qeyri-neft sektorunun ...

    10-01-2016, 16:24

  • 
  • Neft Tükənəndən Sonra Nə Olacaq?

    Neft Tükənəndən Sonra Nə Olacaq? ...

    18-11-2013, 12:29

  • 
  • Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi sahədir

    Kənd təsərrüfatı kredit payı ən az olan iqtisadi ...

    5-12-2016, 12:38

  • 
  • Ekspert büdcədə neftin qiymətini 90 dollardan götürməyi yanlış sayır

    Ekspert büdcədə neftin qiymətini 90 dollardan ...

    14-10-2014, 12:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu