GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » «Azərsun”un bir müəssisəsində 180 milyon dollar itki var - BÖHRAN

«Azərsun”un bir müəssisəsində 180 milyon dollar itki var - BÖHRAN

Tarix: 2-02-2019, 12:26 Bölmə :Cəmiyyət Baxış: 496
«Azərsun”un bir müəssisəsində 180 milyon dollar itki var - BÖHRAN


«Azərsun Holdinq»ə məxsus İmişli Şəkər Zavodu 180 milyon dollar həcmində valyuta itkisi yaradıb. Burada istehsal 54 faiz, ixrac isə 59 faiz aşağı düşüb.

İqtisadçı Nemət Əliyev bildirib ki, idxalın məhdudlaşdırılması normalda yerli istehsala təkan verməlidir: “Bu, nəzəriyyədə belədir. Praktikada da belə olmalıdır. Lakin ölkəmizdə hökumətin idxala tətbiq elədiyi məhdudiyyətlər yerli istehsalın sıxışdırılması, itkilərin daha da böyüməsi ilə müşayiət olunub. Ölkənin yeganə şəkər zavodu olan İmişli Şəkər Zavodunda baş verənlər bunun bariz nümunəsidir. Bu zavodun gətirdiyi itkilər on milyonları aşıb”.

N. Əliyev qeyd edib ki, Dövlət Gömrük Komitəsinin yaydığı məlumatlara görə, əvvəlki illə müqayisədə 2017-cı ildə şəkər tozunun idxalı 1 faiz və ya 3 min ton artsa da, 2018-ci ildə bu göstərici 35 faiz və ya 130 min ton azalıb:

“Belə vəziyyət yerli istehsala təkan vermək üçün bir fürsət kimi qiymətləndrilməli idi. Lakin DSK-nın açıqladığı rəsmi məlumatlar göstərir ki, 2016-ci ildə 419 min ton şəkər tozu istehsal edən İmişli Şəkər Zavodu 2017-ci ildə 228 min ton, 2018-ci ildə isə 194 min ton istehsal edib. 2017-ci ildə 45 faiz azalan istehsal 2018-ci ildə daha 15 faiz düşüb. İstehsalın səviyyəsi iki ilə 54 faiz və ya 224 min ton enib.

Deməli, idxalın məhdudlaşması yerli istehsalda tərəqqi ilə deyil, 2 dəfədən çox tənəzzüllə müşayiət olunub. Baş verənlər bu məhsul çeşidinin ixracının 59 faiz (64 min ton) düşməsinə də səbəb olub.

İstehsal və idxalın düşməsi nəticə etibarı ilə şəkər tozuna tələbat göstəricisinin pisləşməsinə gətirib çıxarıb. Tələbat göstəricisi son iki ildə 42 faiz pisləşərək 675 min tondan 389 min tona düşüb. Tələbatın yerli istehsalla təminolunma səviyyəsi isə 62 faizdən 50 faizədək enib”.

İqtisadçının fikrincə, ortaya çıxan ümumi mənzərə bundan ibarətdir ki, idxal kəskin azalıb, istehsal və ixrac tənəzzül edib, şəkər tozuna tələbat göstəricisi sıxışdırılıb və yerli istehsalla təminolunma səviyyəsi pisləşib. İstehsalın düşmə tempi idxalın azalma tempi ilə müqayisədə daha sürətli olub və bu da xaricdən asılılıq səviyyəsinin artması ilə nəticələnib.

N. Əliyev pul ifadəsində ümumi itkiləri də dəyərləndirib: “Əvvəla qeyd edək ki, xaricə valyuta axınının qarşısını almaq məqsədi güdən hökumət şəkər tozunun idxalının azalması hesabına, həqiqətən də, 66 milyon dollar məbləğində valyutaya qənaət edə bilib. Lakin ixracdan daxil olan valyutanın 37 milyon dollar azalması həmin qənaətin həcmini 29 milyon dollara düşürüb (66-37=29). Əgər yerli istehsalın 2 dəfədən çox azalması hesabına əmələ gələn itkiləri də burada nəzərə alsaq, o zaman mənzərə tamamilə dəyişər və valyutaya qənaət etmək istiqamətində atılan oxların daşa dəyməsi üzə çıxar.

2017-ci ildə istehsal həcmi 190 min ton, 2018-ci ildə isə 34 min ton azalıb. Həmin illərdə orta illik ixrac satış qiymətlərinin müvafiq olaraq 0,65 dollar/kq və 0,57 dollar/kq olmasını nəzərə alıb hesablasaq, iki ildə istehsalda 143 milyon dollar itki əmələ gəlməsi üzə çıxar (190∙0,65+34∙0,57≈143 mln dollar). Başqa sözlə, əgər yerli istehsala təsirli dəstək verməklə əvvəlki tempi 2017 və 2018-ci illərdə də saxlamaq mümkün olsaydı, ixrac yönlü fəaliyyəti artırmaq hesabına bu illərdə əlavə olaraq 143 milyon dollar valyuta qazana bilərdik. Lakin bu imkan əldən verilib”.

İqtisadçı bildirib ki, idxalda 66 milyon dollar valyuta qənaətinə aludə olduğumuz bir vaxtda istehsal və ixracda 180 milyon (143+37=180) dollarlıq valyuta itkisinə məruz qalmışıq. Ümumi itkilər 114 milyon (180-66=114) dollar hesablanır. Bu, yalnız şəkər tozunun istehsalı, idxalı və ixracından yaranan ikidir.

Onu da nəzərə almaq lazımdır ki, istehsalın, idxalın və ixracın düşməsi bir qayda olaraq iş yerlərinin itirilməsi ilə müşayiət olunur. İş yerlərini itirmiş işçilərin sonrakı dövrdə yaşadıqları maddi və mənəvi sarsıntılar, fəaliyyətini dayandırmış zavodun istehsal güclərinin məruz qaldığı aşınmalar yuxarıda hesablanmış itkilərin miqyasını daha da böyüdür.

N. Əliyev qeyd edib ki, bütün bunlar şəkər tozunun istehsalı və satışı üzərində şəriksiz inhisara, böyük maliyyə resurslarına və təsir imkanlarına malik olan «Azərsun Holdinq»in patronajlığında olan iri bir müəssisədə baş verənlərdir: “Belə bir fonda maliyyə və digər resurslar baxımından çox məhdud imkanlara malik olan digər yerli istehsalçıların yaşadıqları aqibətin nə dərəcədə acınacaqlı olmasını təsəvvür eləmək elə də çətin olmamalıdır.

Deməli, hökumət yerli istehsalı buxovlayan və ixracı əngəlləyən əsas maneələri aşa bilməyib və bu üzdən də milyonlarla ölçülən ikilərə məruz qalmışıq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəkər tozunun da qiyməti qalxdı - ÖZƏL

    Şəkər tozunun da qiyməti qalxdı - ÖZƏL ...

    11-12-2015, 03:04

  • 
  • Azərbaycanın daha çox məhsul ixrac etdiyi ölkələrin SİYAHISI

    Azərbaycanın daha çox məhsul ixrac etdiyi ...

    13-07-2017, 23:34

  • 
  • Çörək də bahalaşacaq - Siyahı

    Çörək də bahalaşacaq - Siyahı ...

    13-01-2015, 17:42

  • 
  • Milli Şura sosial-iqtisadi böhran vəziyyətini müzakirə etdi

    Milli Şura sosial-iqtisadi böhran vəziyyətini ...

    28-07-2017, 19:00

  • 
  • Azərbaycana kərə yağının idxalı 2 dəfə azaldı - ölkədə qıtlıq yarana bilər

    Azərbaycana kərə yağının idxalı 2 dəfə azaldı - ...

    22-10-2017, 11:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu