370 min manat məbləğində kompensasiyanı kim yeyib?
Təxminən dörd il əvvəl Neftçilər prospekti 95/97 ünvanında yerləşən evindən qanunsuz olaraq çıxarılmış Bakı sakini Qurban Əliyev indiyədək kompensasiya almayıb və harada gəldi yaşayır. Onun “Obyektiv TV” telakanalına (Obyektiv.tv) şikayətinə əsasən Ali Məhkəmə də daxil olmaqla, bütün məhkəmə instansiyaları ona düşən pulların verilməsi barədə qərar çıxarıb, lakin paytaxt meriyası bu qərarı yerinə yetirməyə tələsmir. Q.Əliyev iki dəfə Ədliyyə Nazirliyi Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi Xanlar Zeynalovun qəbulunda olub. Hər iki halda general meriya katibliyinin rəhbəri Zülfəli İsmayılovdan iddiaçıya kompensasiyanın verilməsini xahiş edib. Z.İsmayılov bu barədə düşünəcəyini vəd edib. 2009-cu ilin noyabrında məhkəmə qərarı olmadan o, “Qız Qalası”nın yaxınlığındakı 200 kv. m. sahəsi olan evindən çıxarılıb. Şəhərin görkəmli yerində yaşayan Q.Əliyevi xəbərdar ediblər ki, bu yer yüksək vəzifəli dövlət məmurunun xoşuna gəlib, lakin onun adı indiyədək açıqlanmır. Şikayətçi YUNESKO-nun memarlıq abidələri siyahısına daxil edilən və dövlət tərəfindən qorunan evdəki mənzilinə görə yarım milyon manat istəyəndə bundan imtina ediblər. Polislər gələrək bütün ailəni əşyaları ilə birlikdə bayıra atıblar, sonra fəhlələr binanı söküblər. Meriya məhkəmələrdə bu hərəkətinə binanın qəzalı vəziyyətdə olması və FHN-in rəyi ilə haqq qazandırıb. Məhkəmələr bunu əsas kimi götürərək 370 min manat məbləğində kompensasiya müəyyən ediblər. Lakin paytaxt İcra Hakimiyyəti bu qiyməti olduqca yüksək hesab edir və ödəməkdən imtina edir. Baxmayaraq ki, Səbayel rayon İcra Hakimiyyətinin başçısının müavini Qəzənfər Novruzov ev sökülərkən bildirib ki, sakinlərə 1 kv.m.-ə görə 2500 dollar məbləğində kompensasiya veriləcək. Bu da o deməkdir ki, bu məbləği milli valyutaya çevirəndə Q.Əliyev 390 min manat almalıdır. Q.Əliyevin sözlərinə görə, sərsəri həyat sürməkdən ikinci qrup əlilə çevrilib, şəkər xəstəliyinə tutulub, hazırda təcili onkoloji əməliyyata ehtiyacı var. Q.Əliyev ölkə prezidentinə, Azərbaycanda akkreditə olunmuş diplomatik qurumların rəhbərlərinə müraciət edib. O, özünü bu ölkədə lazımsız hesab edir, heç olmasa nəzərdə tutulan kompensasiyanın yarısının verilməsini və sonra vətəndaşlıqdan məhrum edilməsini xahiş edir. Maraqlıdır ki, evin fotosunun google-da axtarışı zamanı onu tapmaq çətindir. Demək olar ki, şəbəkədəki bütün fotolar “silinib” və Qız Qalasının yanında bu ev yoxdur. Yüzdən iki foto istisna təşkil edib. Hüseyn
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?