Qubad İbadoğlu: “Bankların verdiyi borcların hər 3 manatından biri vətəndaşlara yönəlir ki, nəticədə də bu istiqamətdə artım ilin əvvəli ilə müqayisədə 21,7% olub”
Azərbaycanda bank kreditlərinə görə zaminlərin sayı kəskin şəkildə artıb. Əgər 2006-cı ilin martında bankdan kredit alan hər fiziki şəxsə orta hesabla 2 nəfər zamin dururdusa, ötən il bu göstərici bir kredit alana 3 nəfərə çatıb. Bu dövrdə borc alanlara zamin duranların sayı təqribən 48% artaraq 4 milyonu keçib. Yaranmış acınacaqlı durumla bağlı FaktXeber.com-a açıqlama verən iqtisadçı-ekspert Qubad İbadoğlu bildirdi ki, dövlət hesabına ayrılan kreditlər getdikcə daha böyük sürətlə artır: “Belə bir hal isə ev təsərrüfat borclarının artması deməkdir. Bu ilin ilk 9 ayında bankların kredit portfelində bankların ev təsərrüfatlarının kreditləri 33,6% təşkil edib. Yəni bankların verdiyi borcların hər 3 manatından biri vətəndaşlara yönəlir ki, nəticədə də bu istiqamətdə artım ilin əvvəli ilə müqayisədə 21,7% olub. Bu proses həm borc alanların sayına, həm borcların məbləğinə, həm də ki, borc alanlar üçün zamin duranların sayına təsir göstərib.” Bankların faiz dərəcəsinin yüksək olduğunu bildirən ekspert, “ düzdür ki, bu göstərici banklar tərəfindən risklərin idarə edilməsini asanlaşdırır. Lakin yaşananlar ev təsərrüfatı risklərini daha da çətinləşdirir. Çünki faiz yüksək olanda əlavə ödənişlər və risklər də artır” , - deyə bildirdi: “ Nəticədə də vətəndaşlar banklar qarşısında borclu qalırlar. Biz bununla bağlı açıqlama vermişdik ki, baş verənlər narahatçılıq doğurur. İlk öncə bizim ev təsərrüfatı vəsaitlərini idarəetmə təcrübəmiz yoxdur. Digər tərəfdən banklar da ev təsərrüfatları ilə işləmə təcrübəsinə malik deyil. Hazırda riskli kreditlərin Azərbaycandakı faiz dərəcəsi 6,5% təşkil edir. Hesab edirəm ki, bu sahədə olan göstəricilər getdikcə artacaq. Son nəticə də münaqişələrin artmasına gətirib çıxaracaq. Xəyal Şükür
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?