Rabitə nazirliyində maxinasiya və internet sürəti yarışda
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Dövlət Neft Fondu Azərbaycanda “evlərə optika” modeli üzrə ölkənin bütün yaşayış məntəqələrinə yüksəksürətli genişzolaqlı İnternet xidmətlərini verən optik şəbəkənin qurulması üzrə layihə hazırlayıb və 2013-cü ildə artıq bu layihəyə 103 milyon manat vəsait ayrılıb. Bildirilib ki, layihə üç il müddətində həyata keçiriləcək və yüksək rentabellidir. Əsas hədəf ucqar kəndlər də daxil olmaqla, sürəti 10-100 meqabit-saniyə arasında olan genişzolaqlı internetə çıxışı təmin etmək, istifadəçilərin sayını isə təxminən 85 faizə çatdırmaqdır ki, bu da həmin vaxt üçün, yəni 2017-ci ildə inkişaf etmiş ölkələrin səviyyəsinə bərabər olacaqdır. Nazirin sözlərinə görə, ötən ildə Azərbaycan dördüncü nəsil mobil rabitə texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olub və ölkədə hər 100 nəfərə təxminən 110 telefon düşür. Qeyd olunub ki, Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı başa çatıb və fevral ayının birinci ongünlüyündə orbitə çıxarılması planlaşdırılıb: “Peyk orta çəkilidir – 3,2 ton, ABŞ-ın “Orbital” şirkəti tərəfindən istehsal olunub və Fransanın “Arian” şirkəti tərəfindən orbitə çıxarılacaq. Peyk resurslarının 20 faizi ölkəmizin yerli tələbatını ödəmək üçün istifadə olunacaq, qalan 80 faizi isə dünya bazarlarına ixrac olunacaq”. Son dövrlər bu cür bəyanatlar verən nazirimizə onu da xatırladaq ki, 2012-ci il daxil olmaqla küllü miqdarda internetin bölgələrdə inkişafına ayrılan vəsaitlərin görəsən necə oldu? Naxçıvandan tutmuş Azərbaycanın bütün nöqtələrində manapoliya ilə çalışan internet nə vaxt surətlə çalışıb? Fərid
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?